Saturday, November 27, 2010

kimlər nələri önəmsədirlərmi?

    Bundan öncəki postda nə‌lərin önəmsə‌ndiyindən yazımışam. bu önəmsə‌lər zaman sürə‌sində fərqli‌lənirlər. önəmsə‌mək‌lər fərqli yerlərdə çox fərqli olurlar. ancaq çox yerlərdə ortaq olan bir para önəmsənilənlər var dır. bu ortaq olan‌lar məlməktə‌lərin arasında fərqli görsənmələrinə baxmayaraq necə‌lik baxımından bir ölçüdədirlər. dil, tarix, milli‌qəhrəmanlar  zaman boyunda milltə‌lərin aralarında yaranırlar. bunlar millətin bütünlüyünə ayid olduğundan, hər bir görüşdə olan qurup‌lar bu ortamı qorumağa çalışırlar. bu ortamlar pozulmuyan‌dırlar. əlbət ola bilsin bir sıra yaranan ortam‌ların yalnış yapı‌lar olsun‌lar. yalnış qurulan yapı‌lar; bir düz yataq yerinə oturmadan bütünlük‌lə silinmirlər.
 
     Ortaq ortama gələnlərin qayğı‌ların millətin bütün adam‌ları çəkirlər. onların özəl qoruqçuları təkcə onların özəl gəlişməyinə çalışırlar. bütün millət gəlişmə‌də ortam olurlar. bu qazanılan hər kəsin olur. bu ortama gələn qonuları kimsə‌lər yiyə‌lənə bilməzlər. belə bir ortama gələn qonular, millət yaşadıq‌ca millt‌lə yaşar. millət‌dən bu ortamı almaq isə çətin olar.
 
    Millətin ortamına gələn qonular hər zaman önəmsə‌nilə bilərlər, bir qonular da var ki hər kəs onu görə bilməzlər ancaq bir sıra adamlar onları ortama gətirərlər. elə bir qonuların ortamda qalmaq‌ları uzun zaman‌lar qoruqçu istər. bu qoruqçular önəmsəyən‌lər olarlar. bunlara tay qonular, bir xalqın yaddan çıxmış dəbləri, mahnı‌ları, oyun‌ları, uşaq oyun‌ları və hər bir millətin yadırqamaq halında olan hər varlığı ola bilər. bunları önəmsətmək; çox rahat olmaz.
 
    Önəmsə‌tmək‌lərin qarşısında özələrini millətin qoruqçusu tan‌ınan kimsə‌lər də dura bilərlər. daha doğrusu belə bir varlıqların önəmli olub-olmadıq‌larını düşünərkən önəmsə‌tməklərin qabağında dururlar.
 

nələr önəmsənilirmi?

   Çevrhəmizdə olan kimsə‌lərin nəə‌ləri önəmsə‌diklərini bilmək çətin iş dir. çevrə dedikdə, ayilə‌mizdən tutub bütün yer üzündə yaşayanlar ola bilərlər(görürsüz nücə geniş cevrəmiz var!). düşünürlər çeşitli görüş‌lər bu haqda  ortaya qoyub‌lar. biri‌ləri birey‌lik özgürlüyü, başqaları isə toplum‌ları önəmli görübə‌lər. birləri  savaşı önəmli bilib‌lər biri‌ləri tutqularını yerinə yetirməyini önəmsəyib‌lər. bu önəmsə‌mə‌lər ancaq düşünürlərdən asılı olub. kütlə(qara qoşun) necə düşünüb, nəyi önəmsəyib o fərqli olub.
    İlk baxışda nəzərə gəlir kütlə, gündəmdə olan olay‌ları önəmsəyirlər. ona görə də toplum‌ların sayılan adam‌larıla ( ıdmançı‌lar, oyunçular, oxuyan‌lar, pullu‌lar, gözlə‌lər, güclülər, devlət adam‌ları ) ilgi‌li hər bir olay toplumun bütünlüyünü ilgi‌ləndirə bilir. bu ilgi‌lənmək bəlkə yaşayışın ilk çağlarından belə olub. bu gün hər bir nəsnə‌ni satmaq üçün bu adam‌ların ən çox sevlənlərini nəsnə‌ləri satmağa qol‌lanırlar.
yuxarıda yazdığım sözləri mən demə‌dən  hər kəs bilir. sözün düşünmə‌li yeri bu ki; kimlər necə, sayılan şəxs‌lərə çevrilirlər ? bunların anadan doğma bacarıq‌larıdır mı  yuxsa başqa nədən‌lər sayılan‌ları saydıra bilir?

qaranlıqda qaranlığa gözü alışıb görən insan

   Qaranlıqda gözün açan insan, qaranlığa gözü alışdıqda bir şeyələri görə bilir(eləki görür). bu adam ışıq görmə‌sə, gün görmə‌sə elə bilər dünyada ən yaxşı görən insan‌dır. bu ki ışıq nəqər olsa insan lap yaxşı görə bilər, bilmirəm. ışıq bir həddən artıq olmamalı‌dır, yoxsa yeni‌dən insanı qaranlıq ölkə‌sinə qaytarar. ancaq bu dönə gözdə ışıq olmaz ki qaranlığa alışsın.
    İnsan‌lar qaranlıq‌da göz açsalar. qaranlığa alışa bilərlər, ancaq ağ - qara görərlər . çox ışıqdan gözlərinin ışıq‌ların itirsə‌lər bir dönə daha görənməzlər hələ qalsın ağ - qara görmkə‌ləri.

Tuesday, November 16, 2010

geniş baxmalıyıq

   Yan-yövrə‌mizdə olub-keçən bütün olay‌lar, varlıq‌lar, nəsnə‌lər və başqaları çeşitli açılardan baxılır. hərkəs gördüyünə inanıb, onları açıq‌lamaqda ınadıq‌larına dirənib, bir addım dalı çəkilmir. belə bir görüş‌lərin üstə‌lərində sərt dayanmaq son on‌illikə‌lərdə çox azalıb. dünyada başqa görüşdə olan‌ları da görmək‌ istəyən‌lər çoxalıb. hər nəyə ağ-qara baxmaqdan dünya uzaq‌laşmağa çalışır. əlbət bu uzaq‌laşmaq inanc‌larından uzaq‌laşmaq demək‌ deyil. başqa yönləri nəzərə alaraq öz gördükləri açını yaymağa çalışırlar.
 
    Bu sürəc fikir yaranan yerlərdə olub, ancaq üçüncü dünyanın fikri alanlara gec qatılmaq‌larından ötrü, sorunların üstündə çevrə‌li baxmaq‌lar da az olub. daha doğrusu çevrə‌li baxmayan‌lar az olub‌lar. ona görə də hər kəs başqası‌nı onun görüşündə olmadıqda ınsan‌lıq duşmanı‌ kimi o adama toxunub.
 
   Ağ-qara görüşlər dalı‌sı tutulub. geniş baxmaq sözü ortaya gəlsə‌ də beyin‌lərin geniş baxmaq ölçüləri olmuyub.

Saturday, November 13, 2010

Alım Qasımof Xoyda

   Keçən yetdi‌günündə xoyunan urmuda təbrizli şəmsin ağırlama törəni keçirildi. belə bir törənələrin qurulmağının dəyərləndirmək istə‌mirəm. ancaq xoy‌ şəhərinə etgi‌sini buraxmışdı. şəhər canlanmışdı. heç olmasa törə‌nin çevrə‌sində danışıq‌lar şəhərin gündminə gəlmişdi.

   Törə‌nin son gününə ( qapatma gününə ) fars oxuyan şəhram nazırını çağırmışdılar. onun oxumağına təbrizli şəmsin məzarında yer vermişdilər. şəmsin türbəti açıq yer olduğuna görə hər kəs ora gələ bilərdi. daha doğrusu törə‌ni dulandıran‌lar hər kəsin ondan faydalanmağını ayarlamışdılar. şəhram nazırının o gün çıxış elə‌məyə neçə gün öncə‌dən bütün yayın bacalarından yayılırdı. bu iş doğal iş idi.
  Çərşəmbə günü axşam üstü böyük parçalarda azərbaycanın adlım oxuyanı ( Alim Qasımov ) cuma axşamı xoyun səmin hotelinin talarında konsert olacağını bilindirdilər. bu konsertə kimə‌lər qatıla bilə‌ckələrini bildirmhəmişdilər. bu ki Alim xoya gəlib, bir konsert verə‌cək‌di sevindiricidi. ancaq bu ki Alimi şəms adına çağırmışdılar, şəmsin törəni qapanandan sonra konsert verəcək‌idi,  bir böyük oxuyanı dəyərsizləndirməyin görsə‌dirdi.

  Bir yandan da Alimin konsertinə hər kəs qatıla bilməzdi( bir sıra adam‌lara çağırış verilmişdi ), Alimi bəyə‌nən‌lər ( vurqunları ) necə olmalı olsaydı, Alimin konsertini əldən verməzdilər. Alimin xoyda olduğu gec yayıldığına görə hər kəs bilənmə‌di. bilsəydilər nə edə bilərlərdi bilmirəm. heç bir yerdə bilit satılmırdı.

  Buna baxmayaraq konsert günü 2000 adama yaxın Alimi dinləməyə getdilər, qalabalıq olduğuna görə, gedənlərin qabağın alanmadılar, 700ـə yaxın ayaq üstə Alimi dinlə‌dilər ( oturmağa yer yox idi ). hər necəydi Alim oxudu, dinləyən‌ləri dinlə‌dilər.

Doğrusu Alimin olmağını xoyun özəl sayt‌ları yaymamış‌dılar!

Monday, November 8, 2010

soyuq dəymə, soyuq vurma

   Bu günlərdən ( payızın ortası ) belə ( bayramacan ) ıstı - soyuq elə‌məkdən özümüzü qorumal‌ıyıq. adam özünü nə qədər qorusa, qorusun. iş yerində, küçə - bacada, nə bilim harda biri tutan zaman(soyuq dəyən soyuğu tutur) sənə də soyuq dəyə‌cək. bu yazı necə soyuq dəyməyə görə deyil. bu yazı soyuq dəymə sözcüyünü ələşdirmək istir! daha doğrusu əlləşmək istəyir.
 
  Soyuq dəymə yoxsa suyuq vurma; bizlər genl olaraq ad ünvanında " soyuq dəymə " işlə‌dirik. ancaq dəyd‌iyi zaman dəydiyin bəlltmək üçün soyuq vurmaq‌la soyuq dəyməni işlə‌dirik.
 
    Farslar soyuq yemək işlə‌dirlər ( deyə‌sən onlarda soyuğu yemək olar, yerlərinin isti olduğuna görə ).
 
   İngilizli‌lər genl soyuq ( commun cold ) deyirlər. elə bil orda bu soyuq genl olaraq hər kəsin canına oturur.
 
Soyuq dəyəndə bizim boğazımız gəlir onlarin nə‌ləri gəlir bilmirəm!
Soyuq vuranın yazısı, soyuğu yansıtmalı dır!

Saturday, November 6, 2010

adıvı qoydun dəyirmançı, çağır gəlsin dən koroğlu

   Yəqin sizlər, bir qonuda dildə deməyə sözləri olan, işdən qaçan bir kəsələrinən üzləşib‌siz. belə kimsə‌lər özlərini haqlı görüb, danışanda aşağılarda olmağa razilaşmayan olurlar.
   
     Belə bir adam‌ların bilmə‌dik‌ləri işlər olmaz, hər işi bilərlər. bilən iş‌lərin heç biri görülməz, daha doğrusu iş‌ləri bilməkələrinə baxmayaraq başarmaz‌lar. bacarıq deyilən bir başarını qazanmağa bir anlıq olsun, çabalamazlar. özləri heç bir işin dalısıca getməzlər. ancaq yeri gələn zaman, onlara hər nə hazır olan yerdə, dəyərli vaqt‌larını minntə‌lə o bacarığı qazanmağa 2 saat‌lıq olaraq ayırarlar. iki saat ayrılan zamandan başqa, daha vaqt ayırmazlar. hər işi bildikə‌ləri üçün, özlərini işə çox girişdirməzlər. işə girişdirilmək zorunda olan yerdə bacarığı öyrədən öyrətmənin bacarıq‌sızlığın vurğuluyub, o bacarıq‌dan bütünlük‌lə vaz keçərlər. daha doğrusu vaz keçməzlər, uzman‌ olmaqdan uzaq‌laşarlar.
 
    Yuxarıda deyildiyi özəlli‌lik‌də olan adam‌ları çox görə bilirik. ancaq bu özəlli‌li‌yi necə dəyişdirib, bacarığı öyrətməyin yolun tapmaq gərəkir. bu yolu tapmağın neçə nədəni ola bilər. neçə nədəndən iki‌sini burda gətirirəm: bir bu ki bilənlərə, bilmə‌diklərilə başarmadıq‌larını bildirmək, ikinci‌si yerə yenməyən bilməyən‌lərə koroğlunun olduğunu vurğulamaq.
 
    Bir sözü yaddan çıxarmayaq, dəyərli bilgi‌ləri, dəyər bilməyən kəs‌lərə, rahat‌casına verməmə‌l‌iyik. dəyəri qazanmaq istə‌y‌ənlər dəyərin dəyərli olduğunu başa düşə bilərlər!

Tuesday, November 2, 2010

özünə ad axtaran adam

biri hər kəsə yetişirmiş sörüşürmüş mənə nə ad yaraşar? hərə bir ad deyirmiş! o da bir kağazda yazırmış. ad deyən adam‌ların öz adlarını sürüşürmüş, onu da yazırmış. hər kim də cavab vermirmiş ( adını demirmiş ) adının qabağına bir çizgi çəkirmiş!. sonunda öz adını da deyirmiş.
bu işi ozun zaman görəndən sonra, böyük bir list əlində varıdı, bütün ad deyənə‌lərin yanına gedib, ondan bir dönə olaraq, ona ad verməyi istə‌iyrdi. adı deyən adam‌lardan adı verməkələrin nədənini soruşurdu. hər kim də ni‌yə bu ış gördüyünü ondan soruşduqda, bir aydan sonra bir yerdə cavab verd‌iyini bildirirdi.
bir aydan sonra o yerə baş vuran‌lar, oranı qalabalıq bir ış yeri görürdülər. adam da orda olmadığına görə hərəni bir başqa zaman görməyini  baş ‌vranlara çatdırırdı.
ad axtaran adam, bir ıl ondan sonra adlım iş adam‌larından olmuş‌du .
hər kəs də verdiyi adla adlım adamı tanıyırdılar.