Wednesday, December 29, 2010

qar doşabı

    Qar doşabı ünvanında bir yazı qayaqızından gördüm. bu yazıda ad aparılan iki nəsnə, özlərini  özələdilməkləri bildirilir. özələ‌likə‌lə qar dəyərin çox qaldırıb.
   Qar, qış‌la yox payızla gələrdi. xəzan yeli, payızın ilk ayında yarpaq‌ları yerə sərdirə‌rdi. orta ay girməmiş püsə‌r gəlib qardan xəbr gətirərdi. dalısıca qar yağardı. bəlkə ilk yağan qar əriyərdi, ondan sonrakı qarlar, üst-üstə qalanardı. hər bir qar yağının‌dan, yerdə bir iz qalardı. günəş olan yerlər bəlkə əriyəbilərdi, ancaq qüzey‌yerlər ( gün görmüyən yerlər) qişin başa-başı qarı saxlayardı. qişin soyuğu hər zaman küçə-baca, çöl-bayırda gəzrədi.
 
  Soyuq havalarda istilik yemək‌lər yapışardı. isti‌likli əlverişli yemək‌lərin əsas bölümü doşab olardı. qayqanaq hər yemkə‌dən çox sevilərdi.
   Neçə illərdi nə o qarlardan xəbər var, nə də o qayqanaq‌lardan. elə bil yemək‌lərimizi dəyişdiyimizdə havamız da öz-özünə dəyişdi. isti yerlərin yemək‌ləri havamızı da dəyişdi. doğrusu indi doşab var, ancaq hər evdə tapılmır. doşab dedikdə ağzımızın suyu axır. amma neynə‌mək doşab‌lıq qatığımız da qalmayıb.

Friday, December 24, 2010

bir dildən deyilən deyimlər fərqli olmalı dır

   Türklərin farsca danışanda, ləhcələri eyb sayıla bilərmi? başlığında miyanalı düşərgə‌sində Əkbər paşa‌nın yazdığı bir yazı‌da türkələrin farsca danışdıq‌da həhcələ‌rinin olmağı əlşdirilmişdi.

 
   Bu yazıda siyasi nədən‌lərə toxunmaq istə‌məsə də toplum‌sal-siyasal nədən‌ləri deyəndən sonra dil‌bilimi nədən‌lərdən örnəkə‌lər gətirmişdi. nədənlərin heç biri‌lə işim yox‌ dır. ancaq dil‌bilim nədən‌lərinə gəldik‌də, bizim üç səsli‌mizin artıq olmağını vurğulamışdı. saydığı səs‌li‌lər, vavul‌lar idi. rəhmətlik  Zəhtabı onu səsli adlan‌dırsa da biz indiki bilgi‌lərimizlə gərək onu düz işlədək. dildə biz səsli, səs‌siz tanıdığımız bir az fərqli işlə‌dilmhəli ‌dir. dəyərli ustad Zəhtabı onlara başqa ünvan da vermişdi. samit, sayıt(ərəb terminləri dir).

    Onların iki‌sindən də yaxşı ünlü, ünsüz sözcük‌ləri dir. ni‌yə ki hər bir hərf deyildikdə səsli olmasa qolağımıza səsi gəlib çatmaz. mən özüm də səsli-səs‌siz işlədirdim, ancaq düzünü öyrənmkə‌dən zərər gəlməz.

urmu gölünü hər zaman ağlamaq olar

   Bu ki urmu gölü ni‌yə bü‌ günə qalıb. hər kəs bilir!! sizcə bilmir? hər kəsdən soruşduqda nədən‌ləri bir-bir anladır. hər kəs deyir deyirlər "körpüdən, sədlərdən, quraq‌lıq‌dan, gözə‌lərin dolmağından və bir bollu bunlara tay nədən‌lərdən dir". nədənləri sanasalar da,  bu sürəcin necə qabağın almağını deyən yoxdur.
    Bu arada araşdıran‌lar da olub(babal deyənlərin boynuna). nə araşdırıb‌lar mən bilmirəm. ancaq deyirlər araşdırıb‌lar. özaramızdı gölün yan-yövrə şəhərlərində olan‌lar necə ilgi‌lənirlər bilmirəm. danışırlar, danışmağını ancaq nə qədər ciddi olmağını mənimsəyə bilə‌lər bəlli deyil.


   Bəlkə indi‌lik‌də onlar üçün sorun‌lar başlanmaya, gələ‌cək‌də necə olmağını başa düşmək olar. urmu gölünə bu gün ağlamaq gərək‌li dir. ancaq bu ağlamağımızı saxlayaq gölü quylayandan sonraya. hər zaman ona yas saxlayıb , ağlaya bilərik. indilik dava-dərmana fikirləşmə‌li‌yik.
                                                              

  Görək bizim əlimizdən ağlamaq‌dan sevay nə gəlirki elə‌mirik?! görəsən bu gölə çara varmı?! arazdan pay alaq, yoxsa öz çay‌larını qaytaraq. bəlkə də gölə bir örtü örtək, suyu bundan artıq buxarlanmasın. deyirsiz duzunu azaldaq, şorluğu azalsın, tez qurumasın.

Tuesday, December 21, 2010

zehtabinin doğum günü, azərbaycan düşüncəsinin doğum günü

    Məhəmməd Təqi Zəhtabı bu ad azərbaycan‌la ilgi‌lənən hər kəsə tanış olmalı ‌dır. bu ad azərbaycanlı bir yazarın adı dır. heç bir siyasi gücə malık olmadan, ömür‌boyu azərbaycanı yaşayıb, və yaşadıb.

    Zəhtabı 1325 də təbrizdə olsa da siyasi addım atmayıb, təkcə azərbaycanın yeni qurulmuş yüniversitə‌sində Azərbaycan Türkchəsini düzənli öyrənmək üçün öyrənci olub.
   
     ‌Türkdili təbrizdə yasaq olduqdan sonra, türkcə‌ni öyrənmək üçün qaçaq‌casına bakı‌ya gedib. tutuq‌lanıb, sibride sürgün‌də dustaq‌lanıb. üç il sürgündən sonra doşənbəyə sürgün olunub. sonunda bakı‌ıa qayıdıb, azərbaycan türkcə‌sində dərs‌ləri bitirib. neçə ildən sonra bağdada gedib, orda yüniversitə‌də öyrətmənə‌lik edib. sonunda təbrizə qayıdıb. təbrizdə də iki yüniversitə‌də öyrətmənə‌lik edəndən sonra dörd il dostaq‌lanıb.
    yenə dayanmayıb, dustaqdan qurtulduqdan sonra, bütün azərbaycanın öyrətməni olub. o özü yaşadığı kimi azərbaycanı yazmağa başlayıb. bütün kitab‌larını Azərbaycan türkcə‌sində yazıb. buna baxmayıb ki bəlkə məni oxuyanmadılar. o yazıb, öyrədib, oxudub , yaşadıb.

Saturday, December 18, 2010

sözcüklər toxunduqları üçün silinirlər

   Bilirsən nə yazacaqsan, başlayırsan yazmağa, bir an görürsən yazıb‌san. lap yaxşı‌da yazıb‌san. bilmirsən nə zaman bu qədər yazdın. dönürsən yeni‌dən oxumağa, yazı‌lar cümlə-cümlə silinir. hər cümlə‌də nəzərivə birinə toxunmaq iyisi gələn cümləni silirsən. sətirdən sətirə silinir. kəlmə-kəlmə silinir. sözcü‌klər toxunduq‌ları üçün silinirlər. heç nə qalmır. təkcə bir başlıq qalır. başlığa baxırsan, o da özüvə toxunub. özüvə toxunduğuvu görmüyə bilərsən, deyirsən olmuya başqaları səni korlamaq üçün yazıb. başlığı da silirsən.
 

Saturday, December 11, 2010

nə zaman dediyimiz sözə inanacayıq

Azərbaycan‌la ilgi‌li yazılan bütün düşərgə‌lərdə, azərbaycan türkcəsi‌nin " ana " dili olaraq öyrənməyin gərəyi vurğulanır. vurğulayan düşərgə‌lərin çoxu Azərbaycan ‌türkcə‌sində yazmaqdan çəkinirlər. deyəsən onların sözlərini türkcə deyildi‌yində alınmır. Azərbaycan‌türkcə‌sini yaşatmaq üçün özümüz yaşamalı‌yıq. ola bilər Azərbaycan türkcəsi‌ni həm anadili, həm atadili , həm öz diliniz həm də uşaq‌larınızla nəvə‌lərinizin dili olaraq mənimsəyəsiniz. bilmirəm bəlkə də ana‌nızdan başqa kimsə‌lərin dilinin qorumaq zorunda deyil‌siniz. daha doğrusu sizə düşən ananız sağ ikən dilinin solmağını anlıq dayandırmaq dır ? ! ! !

bəh-bəh deməkdən hər yer bəh-bəh qoxuyur

    Bizim düşərgə‌lərə baş vurun, türkcə yazan düşrgə‌ləri deyirəm. atlaq-pıtlaq bir yorum‌lar yazılır. bir sıra düşərgə‌lərin yorum‌ları çox olur(özümüzə görə). yorum‌‌ların çox olduğu o yazı‌la maraq‌lanmaq‌ların göstərir. bu da özü üçün yaxşı iş dir. yorum‌ları oxuduqda, bəh‌-bəhdən sonra bir şey gözə dəymir. bir yazıçı‌nı alqış‌lamaq bizim görəvimiz, çox da yaxşı. Oxuyan‌ların hamısı yazı‌ları bütünlüklə bəyənirlərmi?
bəlkə də oxumamış bəh-‌bəh deyirlər.
bir az yurum‌larımızı yurum‌ladaq. nə deyirsiniz? ! ! ! !

beyinin sellu‌ları dəyişməyi bəy‌ənməzlər

    Bədən beyindən başqa hər yeri dəyişməyi bəyə‌nir. beyin isə çalışır dəyşmə‌dən özünü saxlasın. bədənin hər işinə beyin yetişdi‌yinə görə özünün dəyişməsini düşünə bilməz. bədənin başqa yerlərinin durum‌ları‌la çevrə ilgi‌ləndiyi qonular olur. ona görə özünü dəyişməyi düşünə bilmir . dəyişildiyi zaman bədənin bütünlüyülə ilgi‌lənən yer olmadığına görə bədənin başına hər iş gələ bilər. beyin öldükdə ürək çalsa da bir şey‌ə yaramır.

Sizcə bir toplumun beyini nə olmalı‌dır?

Beyin olmadıq‌da bir toplum necə yaşaya bildi‌yİ soruşulsa siz nə cavab verə bilərsiz?

İnsan‌ların hamısı beyin olmalı‌dırlar, yoxsa yox?

Toplumun beyinini necə qorumaq olar?

qadınlar

   Qadın‌ları başa düşmək biz erkək‌lər üçün çətin olsa da, qadın‌lara görə öz ilgi‌lənməyimizi yaxşı bilirik. bir insanı düşünməyə, bizlərin çərək bilgi‌ləri yetərli deyil. qadın‌ları düşünməyə, özü də istə‌d‌iyimiz kimi düşünməyə baxış‌larımızı bütün kişi‌lərin baxış‌ları göstərmək düz deyil. kişi‌lər öz açı‌larından istə‌dik‌ləri kimi qadın‌lara baxa bilərlər. birsıraları baxış‌larını dilə gətirirlər, birsıraları da gətirmirlər.

    Qadın‌lara görüş‌lər necə olur olsun, insanın yaranışı cüt‌ləşməyə dir. beyin‌ləriz caymasın. cüt‌ləşmək təkcə cinsəl deyil. qadın‌lar‌la erkək‌lər bir-birlərini bütövləşdirirlər. bu bütövləşmə hər yöndə olur. hər bir insanı bir eş bütövləşdirə bilib-bilmədiyni kimsə subut‌laya bilmir. ni‌yə ki insan‌ların fizyoloji-pəsikoloji gərək‌ləri bir-birlərindən fərqli‌dir. ancaq zaman sürəsində insan‌lar gələnək‌ləri gərkə‌li görüb, toplum‌ların yaxşı yaşamağına bir eş‌liyi seçib‌lər ( tam olaraq yox ).

    Erkək‌lər başqa qadın‌larla ilgi‌ləndikə‌də ola bilsin bütün bütövlşməyən bölümlərin bütövləşdirməyə çalış‌sın‌lar. kişi‌lərin erkək‌lik duyğuları bu ilgi‌lənmək‌də etgi‌li ola bilər. hər zaman fizyoloji-pəsikoloji nədən‌lə qadın‌lara ərlik hissi‌lə atalıq hissi ( yiyə‌lənmək duyğusu ) əl‌lərı çatan qadın‌larla ilgi‌lənməyi qaçmaz eləyir. əlbət bu kişi‌lərdə fərqli də olur.

kəndli şəhərlilər

  İndiki şəhərlərin yüzə doxsanını kəndli şəhərli‌lər tuturlar. kəndli şəhərli‌lər kəndin yaşayışından qürtülsün deyə şəhərlərə qaçdılar(hələ də qaçırlar). gözləri şəhərin büşlüğü tutan kəndli‌lər şəhərdə yaşamağı hər qimətə seçdilər. yerlərin (zəmi‌lər, yaylaq‌lar, çaylaq‌lar) buraxıb, şəhərlərdə fəhlə‌li‌yə başladılar.

   Şəhərdə yerləri olmadıq‌ları üçün ( ata-babalarının yerləri kəndlərdə idi ), şəhərin qıraq yerlərin qan‌bahasına alıb, bir kolux düzəldib, arvad-uşaq‌larını yerləşdirdilər. şəhərli‌lərin fırıldaq‌lığın öyrənmə‌dik‌ləri üçün hər canavara yem oldular. uşaq‌ları dərsə getdikdə kəndlik‌lərin gizlətsin deyə kənd qururlarını itirdikə‌ləri üçün şəhərli‌lərə bütünlükə‌lə əzildi‌lər.

      Bir nəfər səhərdən gecəyə dayanmadan çalışır, sonunda beş-on tümən alıb, gələcəyi düşünmə‌dən o günü zor keçirdirlər. kişi işləyir, bir bollu xızan yeyir( yemək nə yemək ! ). uşaq‌ları yiyə‌lənmədikləri üçün ouşaq‌lar özbaşına olurlar.

    Belə bir şəhərli‌lər hər nədən qalırlar. kənddən də şəhərdən də. kəndlikdən də şəhərlikdən də.

şəhərli kəndlilər

şəhərli kəndli‌lər , kəndləri şəhər olan kəndli-şəhərli‌lərə deyilir. belə bir şəhərli‌lər şəhərliyi qazanmaq üçün elə vaqt‌lar olur savaşıb, qan tökürlər. hər nə olsa, yerləri böyüyüb, özünə bulvar, xiyavan, park, bilim‌yurdu, xəstə‌xana, bələdiyyə başqanı və . . . istə‌iyir.
    Şəhərli kəndli‌lər kənd işə‌lərinin bütününü görürlər. bu iş görənələrin içində şəhərli‌lərə tay adam‌lar da var. biri tukan dulandırır, biri devlət işinə girir. birləri də boş-boş gəzib pul tuplamağı bəyə‌nirlər (belə pul qazanmaq indi‌likə‌də kəndlərə də girib) . sümük‌ləri ağırlanan‌lar, ata-babalarından qalan yerləri ( şəhər olduqda metirə düşür, əkin əkmək yerinə bölüb metirini istə‌diyi pula satır ) satıb-sovırırlar. eninə-boyuna xərcl‌iyib səsini gürüldə‌dirlər. şəhərli‌kəndli‌lər başlar içində baş çıxartmağı bəyənirlər. şəhərlər arası hər yarışmaya qatılırlar.
    Özlərini çox bəyə‌nmək‌lərinə baxmayaraq gözləri başqa şəhərlərdə gəzir. daha doğrusu başqa şəhərləri özlərinə örnək götürüb gəlişdirirlər. bilmirlər örnək götürdükə‌ləri şəhər, başqa şəhəri özlərinə örnək götürüb‌.
     Bu şəhərlərin özlərinə məclis vəkil‌ləri olmadıq‌ları üçün gözləri başqa böyük şəhərdən çıxan vəkil‌də olur. hərdən məclisə vəkil yollamaq üçün bütün güc‌lərin vururlar, olmur ki olmur.

Şəhərlilər

   Şəhərli‌lik nə zamandan tapılıb, bir sözlər demək olar. amma bu ki indiki şəhərli‌lər nə zamandan şəhərli olub‌lar onu bilmək çətin dir . bir sıra şəhərli‌lər zir şəhərli‌dirlər. belə şəhərli‌lərin ata-baba‌ları yadlarına gələn şəhərdə olub‌lar, ata-babadan şəhərdə ev qalıb.
    Şəhərli‌lərin evləri yığcam olur, evləri bir zaman yekə olmuşdusa, sonra evlər uşaq‌ların arasında bölünüb, getdikcə kiçilib. şəhərli‌lərin böyük iş‌ləri işdən qaçmaq, iş‌lərini başqaların başına salmaq dir. şəhərli‌lərin gözləri başqalarının əlində olar. qonaqdan xoşlanmazlar. hər zaman bir şey‌lərin gizlə‌dərlər.
    Bazarda olmaq‌la devlətə iş‌ləməyi bəyənərlər. aralarınd iş‌adam‌ları olur, bu iş-adam‌ları isə iş‌lərini hər kəsin üzünə çəkir. şəhərli‌lər dərs oxumağa önəm verirlər, devlət işinə girmək üçün( keçmişdə necə idi‌lər bilmirəm).
    hər adam‌la yaxın‌laşmazlar, başardıq‌ca bir kəsi qonaq elə‌məzlər . əllərindən gələn hər kəsə qonaq olarlar, qonaq‌ olduq‌larını fəxrlə deyərlər. hər zaman börk‌lərindən bərk tutarlar. yeri gəlsə hər kəsi satarlar ( qardaş , yoldaş , bacı , ana ).
     yuxarıda yazdığım özəlli‌lik bütün şəhərli‌lərin deyil. şəhərli‌lərin içində yaxşı adam‌lar aza-çox tapılar. şəhrin böyük-kiçik‌li‌ ilə fərqli şəhərlərin adam‌ları fərqlə‌nir.

Kəndlilər

   kəndli‌lər , uşaqlıqdan çöl-bayırla ilgi‌lənirlər. kəndli‌lərin durum‌larına görə iş‌ləmək‌lərı fərqli olur. hər kəs gün çıxandan işə gedir. arvadlı-kişi‌li, qızlı-oğlanlı hər kəs iş‌lmə‌li‌dir. ola bilsin işə təzə başlayan uşaq‌lar iş üçün zorlansın‌lar, onlardan başqa hər kəs işin bir ucundan yapışıb işləirlər. gərəkən yemkə‌lər, nəsnə‌ləri özləri yetişdirirlər (indi‌likdə bir az dəyişibə‌lər, bir az şəhərli‌ləşib‌lər).

      kəndli‌lər yalan danışmaqdan acıq‌ları gələr, qonağı sevərlər. bir sufra başında otursalar, duz-çörək yedik‌lərinə görə daldan xənçər vurmaqdan çəkilərlər. ış çevirməyi düşünməzlər. böyük-kiçik hörməti saxlanılar. dostluqda sununa qədər olarlar, duşman olduqda duşmanlığı üzlərində yansıdarlar.

      kəndli‌lər tez evlə‌nərlər, tez evləndikləri üçün gözləri onun-bünün namusunun dalısında olmaz. arvad-kişi bir-birindən çəkilməzlər. qızlar oğlanlardan qaçmazlar. biri birin sevsə, tez üzə çıxarar. gizli sevgi‌ni uzatmazlar. qızı vermə‌di‌lər qaçırdarlar.

       kəndli‌lərin sıxıntı‌lar dərs‌oxuyan uşaq‌‌larının çətinli‌yə düşdükləri olur. dərsi oxuyub bitirən kəndli‌lər daha kəndə qayıtmazlar.

       şəhərli‌ləri öz yerlərində (kənədlərdə) sevərlər, şəhərə getdikdə şəhərli‌lərlə xoş‌lanmazlar(şəhərli‌lərin kəndli‌lərə toxunduq‌ları üçün). şəhərə gəldikdə calışarlar şəhərli‌lərin dəb‌lərilə davranalar.

     kəndli‌lər sağlam yaşayarlar. hər kəs kəndli‌ləri gördükdə süt-qatıq‌la sarı‌yağı sağlam‌lıq‌ları üçün etgi‌li bilərlər. iş‌lməyi , doğada yaşamağı, düz yaşamağı etgi‌li bilməzlər.

kənddə kasıb, devlətli o qədər seçilməzlər( toyda - yasda ).

Monday, December 6, 2010

kəndli‌lər , şəhərli‌lər , şəhərli kəndli‌lər , kəndli‌ şhərli‌lər

   Yaşadığımız yerlərlə bağlı , toplum kiçiltmələ‌rini görə bilə‌rik. Tehranda(böyük yığıntı şəhər nəzərdə tutulur) olan‌lar( tehranda yaşayan hər kim var ), yan - yövrə‌dən gəlmə‌ləri kiçildirlər (özələri gəlmə olduq‌larını nəzərə almayaraq). Tehranda yaşayan hər kəs bu durumun yaranmağında rolu var.

     Sözüm tehran deyil. başqa şəhərlərdə, kəndlərdə kiçiltmə‌ləri görə bilirik. ilk olaraq şəhərli‌lər özələrini( fərq elə‌məz neçə il kənddən gəlməkləri , önəmli‌si şəhərli‌lşmək‌dir) şəhərli‌ ilə kəndli‌yə ayırırlar . kəndli‌lər də özlərini şəhərli‌lərdən ayrı bilirlər.

    Şəhrin boşluğu adam‌ları boş yetird‌iyi üçün, şəhərli‌lərin çərçivə‌lərini incə yetirir, ona görə də şəhərli‌lər incə görünürlər( dış görüntü‌ləri ). kəndli‌lər isə iş‌lədik‌lərindən ötrü gönləri qalın‌laşır ( dış görüntü‌ləri ).
   İç görüntü‌ləri tam tərsinə olur, kəndin düzlüyü, kənədli‌lərin ürə‌klərində oturur, özlərinə yansı‌dır. şəhərli‌lərin buruşuq‌luq‌ları iç‌lərıidən, üzlərinə yansıdılır. bu yansıtmaları itirsin‌lər deyə özlərini bə‌zəyirlər.
      Şəhərli‌lər tehrana getdikdə tehranlı‌lara görə düz orlurlar, ona görə saf şəhristanlı adını özələrinə qazanırlar. bu qazanma çox tez qurtarır.