Monday, February 28, 2011

QAXINC

   Özünü biləndən, üzünə söz gələrdi. gördüyü işə‌lərin hamısını başına qaxınc olardı. gördüyü işələr təkcə ona yox bütün tanış‌larına qaxınc ıdı. tanış‌lar öz aralarında, onu ələ salıb gülsəydi‌lər də, çalışardı‌lar qoymasın‌lar başqalarının gülüncü olsun‌lar.
   O bilirdi, gələn sözlər, onun ki yox, ona tay düşünmüyən‌lərin‌ki idi. böyüdükcə, düz işlə‌di‌ ilə, düz düşündüyünə inanırdı. evlərindən sonra başqalarının qaxınc‌ları iki, üç dəfə olmadı. hər kəs yerində oturmuşdu. gülənlər də üzdə gülmürdülər. heç kəsin ürəyin sındırmağın istə‌məzdi. yavaş-yavaş danlamaq‌lar başlanmış‌dılar. kimsə daha gülüncdən söz danışmırdı. sözləri palaza bürün elinən sürün idi.
    Düşünürdü, eli palaza bürüyüb, uçuruma sürürdülər. uçuruma getməyə‌ni ələ salıb, elin qaxıncına qoyurdular.

TOPLUM GÜVƏNCİ

   Güvənci iki yerə bölmək olar: 
Birey‌səl güvənc‌; birey‌səl toplum içində olan‌ların birbirlərinə güvəndikləri dir.
toplum güvənci; dünyada olan toplum‌ların aralarında olan güvənc‌ dir.
     Keçmişdə‌ki dünyada bir bölgə‌də olan toplum‌ların arasında güvəncin olub-olmadığı söz qonusu idi. hər dən də olurdu, bölgə‌dən uzaq ölkə‌lərin arasında, güvənməklər ortaya gəlirdi.
   İndiki dünyada güvənmək‌lər bölgə‌səllik‌dən çıxıb. toplum‌lar bölgə‌lərə baxmayaraq özlərinə, güvənə‌bilən devlət‌lə toplum‌lar axtarırlar. bir-birinə tam güvənən‌ iki millət tapılsa, yəqin onlar bir millət dir. daha doğrusu, hər toplum təkcə özünə tam güvənə bilər.
    Güvəncin tam olmadığına baxmayaraq, dünyada ölkə‌lər öz güc‌lərindən asılı, başqa devlətlərə güvənmək zorunda qalırlar. özlərinə güvənc yeri qazanan ölkə‌lər güvəncin qarşılığında güvəndik‌ləri toplum‌lara özlərindən pay verirlər.
Tam güvənc‌də olan toplum, yox dır. ancaq lap yuxarı gövənc, özlərinə güvənən toplum‌ların dır.

bireysəl güvənc

    Uşaqlıq‌dan, bir‌kəs‌ləri özümüzə yaxın bilib, onlara arxalanıb gün keçitmişik. elə o günlərdən, birlərinə güvənməyi öyrənmişik. darda qaldığımız zaman‌lar, onların yardımına inanmışıq.
    Bizə arxa duran‌ların güclərinə dayanaraq, ayağımızın ölçüsünü tapmışıq. boy atıb böyüdükcə, başqalarının güvəncini qazanmağa çalışmışıq. yeni güvənc alanları, özlərilə sorumluluq‌lar da gətirib‌lər. bu sorumluluq‌lar, uşaqlıqdan güvəndiymiz kimsə‌lər ilə qarşı durmağa nədən ola bilir. onda, seçmək zorunda qalarıq. yeni güvənc qaynağı, əsgi güvənc‌lərimizin yaratdığı qadağaları pozmağa görə çəkici olur.
   Yeni güvənc qaynağı yeni olduğu üçün, onu saxlamağa çalışdığımız zaman, keçmişdə güvənən‌lərimizdən uzaq‌laşırıq. belin bağlanan yeni arxa‌‌daş‌ların nə qədər bərk olduğunu çətin‌li‌yə düşən çağ‌larda anlayırsan.
    Güvəndik‌lərimizi dəyişməyə alışırıq. güvəncimizi əldən verdi‌gimiz dönələrin hər birində,  yeni öyrəndik‌lərimiz olur.
     Yavaş-yavaş öyrə‌nir‌ik özümüzdən sonra kimsəyə güvə‌nməyək. daha bir sözə yetiririk; ilk güvəndik‌lərimiz  kimsələr sonra güvəndiyimiz hər kəsdən çox güvənmə‌li imişlər. toplum‌da hər kəsə güvə‌nməməyimizi öyrənirik. biz güvə‌nmə‌d‌iyimizdə başqaları da bizə güvənmirlər. güvənc olmayan yerdə hər yer uçuruma dönüşür.

deyir: məndən sonra bilib danışan yoxdur deyəsən?

   Qulaq‌larında, beynində olan‌lar ağıza gəldikdə eşidilir. qulaq‌lar eşitdik‌lərini önərmə‌sinlər neynə‌sinlər ? ! nə eşidir düşündük‌lərinə bənzəyir. eşit‌dik‌lərindən, dedikə‌lərini yaxşı deməyə maraqlanır. bir daha qulağındakı‌lar  istədiyi ikimi olur. düşündük‌ləri, danışdıq‌ları, eşitdik‌ləri üst-üstə düşür.

   Necə olar, eşitdik‌lə dedik‌lərini yaza. yazdıq‌larını oxuyub, eşidir. yazdıq‌ları yoldaş‌lara oxunulur, nəzərlər soruşulur. yenə özünü eşidir. demək onlar da onun kimi düşünürlər.

   Həm yazır, həm danışır, həm eşidir, sonunda düşünür hər nə birdir. birdən utqunur, utqunanmır. yadına düşür soyuq dəyib. qulaq‌ları tutulub. amma yenə də o dedikə‌lərini hər kəs deyir. yazdıq‌larını yazır. yorulur gözlərini yumur. yenə də özünü yuxuda görür. özünə gülür.

XOCALI FACİƏSİ; musəlman‌ların otanc‌lı yenilmələ‌rinin ardı

     Bölgəmiz ( orta doğu ) tək‌allah‌lıq din‌lərinin, yetişdi‌iy bölgə sayılır. ortaduğu, mədəniyyət‌lərin yarnıb, toqquşan yeri dir. ortaduğu da, tarix xatırladığı qədər toqquşmamış yüz‌illər, on‌il‌lər bəlkə də il‌lər olmayıb. hər zaman burda yaşayan‌ların din, dil, yaşam‌tərzi fərqlik‌ləri, onların aralarında toqquşmalara nədən olub.
     Dünyada üç böyük ibrahimi adlanan tohidi din‌lərin, müqəddəs torpaq‌ları orta-doğuda dır. bu din‌lərin arasında yəhud dinində olan adam‌larının say‌azlığını nəzərə alsaq, böyük savaş‌lar xırıstı‌yan‌larla müsəlman‌ların arasında olub.
      ‌Xaç savaş‌ları, yetdi‌yüz il sürdü. bu savaş‌ların sonunda müsəlman‌lar ilk baxış‌da qazandıq‌larına baxmayaraq, xırıstı‌yan‌ların oyanış‌larına səbəb oldu. üz-üzə savaşda müsəlman‌lar qazansalar da, xırıstı‌yan‌lar müsəlman‌ları içə‌ridən yenməyi düşündülər. necə ki son yüz ildə xırıstı‌yan‌lar istə‌dikləri yerlərdə istə‌dik‌ləri içsləri görüb‌lər. xırıstı‌yanlıq‌ görüş‌ləri kiçik bölgə‌lərdə aydın görülsə də, böyük alanlarda ayınlaşmaqdan gizlədiliblər.
    Aşkarda xırıstı‌yanlıq, xırıstı‌yan‌ların tarixi toqquşma yerlərində üz verib. ona görə də Azərbaycan, xırıstı‌yan‌ların həcmə‌sinə açıqca məruz qalıb. azərbaycan‌da xırıstı‌yanlıq görüşülə neçə dönə soy‌qırım‌lar olub. birinci dünya savaşında, Azərbaycanın urmu, Salmas , Xoy bölgə‌lərində soyqırım üz verib. onla birlikdə Bakı, Quba, İrvan və bir çox başqa yerlərdə üz verib. bir ömür azərbaycanlı‌ların egəmənlikələri altında rahat yaşayan erəməni‌lər, macal tapdıqda əllərindən gələni əsirgə‌mə‌dilər.
   Müsəlman‌ların yenilmək vaqtında, müsəlman‌lar birbirlərilə düşmanlığa başladılar. bu düşmanlığın toxumunu xırıstı‌yan‌lar səpsə‌lər də, müsəlman‌lar yeritməmə‌li dirlər.
    Yirmi il öncə erməni‌lərin yaratdığı soy‌qırımına, azərbaycanlı‌lardan başqa müsəlman‌lar təkcə baxdılar. yuxarı başı pis‌lə‌dilər. onların içində erməni‌ləri dəstək‌ləyənlər də oldu. ancaq bütün xırıstı‌yan ölkə‌ləri erəməni‌lərdən yana oldular. qırlan‌lar azərbaycanlı‌lar oldu. qadağalar da elə azərbaycanlı‌lara kəsildi. özü də, amerika, rusya, fəransa, inəgliz və bir çox başqa demokurat simgəsi olanların öndərlikləri ilə.

DUVARLARIMIZI ÇƏKİB QAPILARIMIZI QOYMALIYIQ

    Azərbaycanda bir para kəndlərinin, hasar duvarları‌la, qapı‌ları olmaz. ancaq hər evin örüşü bəlli olar. hər kəs də bu örüşü tanı‌ıyb, yol elə‌məz. biri istə‌sə bu evlərə yaxınlaşa, örüşə girməmişdən, ev yiyə‌sini səslə‌mək‌lə orüşlərinə girəməyi bilindirər.

   Ev yiyə‌si qonaq istə‌mirsiz ? ! evdə biri var ? ! ya allah ! , ay bala heyvan yumulmasın ! və buna tay oyarlamarla evlərə yaxın‌laşarlar. kənədlərdə yaşayan‌ların, kəndi özlərinki bildikdə qoyduq‌ları qural‌larla addım‌layal‌lar. qural‌ların pozulmaları hər kəsin ayağını tutar.

   Belə bir kəndlər başqa kənədlə, şəhərlərə gedən yol‌ların yol üstünə düşdükdə örüş‌lərinə oyarılmadan girilər. keçmişdə‌ki düzən‌ləri pozular. yoldan keçənlərdən qorunmaq üçün, həy‌ətlərini hasarlayıb, qapı qoyarlar. yoldan keçən‌lər də bağlarına, örüş‌lərinə girsə‌lər yaxşı qarşılamazlar. orüş‌lərə girənlər kəndin varlığını hədələyirlər.

   Yüz il bundan öncə şəhərləri qorumaq üçün qalaları yiyələ‌nirdi‌lər, ölkə‌ləri qorumaq üçün sınırları yiyə‌lə‌nirdilər. yügürmə‌lər üz-üzə olurdu. millət‌lər üz-üzə gəlmə‌lərə hazırlanırdılar. dünya yüz ildə çox yehin dəyişdi. keçmişdə‌ki qalalar varlıq‌ları qorumaq üçün yox bəlkə keçmişləri xatırlamaq üçün qullanılır lar.

    Örüşə girən‌lər səs‌sizcə‌sinə girdi‌lər. örüşün köpəyni belə oyandırmadı. ev yiyə‌si də oyansaydı, dil‌lərini işə salıb, özələrini evə qonaq elə‌dilər. birdən hər kəs örüşlərini başqalarına verilməyin duyanda qonağın nə olduğunu başa düşdülər. qonaq yer elə‌mişdi heç, başqalarına da özünü ev yiyəsi kimi də soxuşdurmuşdu.

Gec oyanan‌lar, duvarları çəkib, qapı‌larını qoymalı‌dırlar. səs‌siz girən oğrular, çağırılmamış qonaq‌lar, mal‌ qardaşı‌‌dırlar.

Sunday, February 27, 2011

DİL VARLIĞI 5 (ƏSAS OLAN ANA DİLİ DİR)

   Bir dildə olan‌lar(ana dilləri bir olan kimsələr), dünyanı fərqli yerlərində yaşadıq‌da, başqa dillə tanış olurlar. tanış olduq‌ları dilin durumundan asılı tanış olduq‌ları dilə bağlı‌lıq‌ları fərqli olur.
    Bu dildə olan‌ların dilə‌ləri dünyanın egh‌mn dilə‌lərin birindən olsa, başqa dili öyrənsə‌lər də, başqa dildə olan‌ları öz dil‌lərinin etgi‌si altına apara bilərlər. əlbət toplumçu-dilçi bilim‌adam‌ları, iki‌dilə‌lik başlığıla, olduğu qədər araşdırıb‌lar.

    Bu qonunu araya atmaqda, öz dilimizdə danışan‌ları nəzərə alıram. siyasi nədən‌lərə görə bu dil ege‌mən dil‌lərin içində olmadığı üçün, bizim dildaş‌larımız başqalarının etgi‌sinə məruz qalıb‌lar. məruz qalan‌lar üç yol seçibə‌lər;
1 - etgi‌liyən dilin egəmənliyin altında öz dilinə unutmağa çalışıb.
2 - iki dili də öyrənib, ancaq sözlərini geniş alanda yaymaq üçün, qol‌landığı yazı dili etgi‌ləyən dil olub.
3 - iki dili öyrənib‌lər, ancaq sözlərini başqalarına çatdırmaq üçün, etgi‌lənən dili (öz dillərini ) seçiblər.

   Yuxarıda vurğuladığım üç yoldan, ikinci yolu çox‌ları bəyə‌nirlər. bu bəyə‌nməyə iki yaxşı nədənə‌ləri olur. birinci‌si sözlərini hər kəsə çatdırmaq, ikinci‌si öz dil‌lərini yaddan çıxarmamaq. istər-istə‌məz belə düşünənlər təkcə özlərini etgi‌lə‌d‌iyi, dil fəza‌sına tanış olduq‌ları üçün, ana dildaş‌larının başqa dil‌lərin etgi‌ləyən fəzalarında ola bilmirlər. o etgi‌li‌yən dil ilə tanış olmadq‌ları üçün dil‌birlərinin fəzaların uzaq‌laşırlar.

    Bunları bir kimli‌yə bağlayan ana dil olmağını nəzərə alanda, bütün etgilənənlə‌rin ortaq fəzaları elə bu fəza olur. onlar bir dildə yazıb-oxuduq‌ları üçün bir-birlərindən çox uzaq‌laşmırlar.

    Artırmalı‌yam, bir dil işlə‌nilməsə nə qədər də güclü dil olsa, zaman sürə‌sində gücünü azatmalı olacaq. başqaları irə‌li‌lə‌dik‌ləri zaman bunlar yerlərində dayanmalı  olacaq‌lar. başqalarının etgi‌sindən qurtulan zaman onlara qalan ana dil‌ləri olacaq. ana dil‌lərini dəyişdikdə iki yandan da quvulmalı olurlar( analar, öz ana dil‌lərini uşaq‌larına öyrətməyən zaman‌lar ) etgiləndik‌ləri dili ana dil seçələr. ana-ata türk olsalar da uşaq‌lar özlərini fars, rus nə bilim nə bilə‌lər.

    Sözləri yadırqadıqda söz dağarcıq‌ları kiçilib, dilləri qısırlaşacaq. dilləri qısırlaşdıq‌da ana dilini qisir bilə‌cək‌lər. beyin‌lərində ana dilinin quruluşunu ö‌‌zgə gördükdə , ana dilini bilim dili ( elmi dil ) bilməyə‌cək‌lər.

DİL VARLIĞI 4

   Dilə‌ yanaşan‌lar təkcə, fılosof‌lar, dilçi‌lər, toplum bilim‌adam‌ları, siyasət‌çi‌lər olmuyub‌lar. din nəbi‌ləri də dilə yanaşıb‌lar. yetişdirildik‌ləri toplum‌ların dilləri, allahın təkcə sunduğu dil‌ kimi tanıt‌dırılmayıb‌lar. tam tərsinə, din‌lərin bütün‌lüyündə dil‌lərin fərqli olduq‌larını nəzərə alınaraq heç bir dil üstün tütülmüyüb (sözdə dəmokurası bağıran‌lar " üçüncü dünya dəmokurası‌sı " , hələ bu məseləyə ürəkdən inanmayıb‌lar ).
    Bu arada nəbi‌lər olan toplum‌ların dil‌ləri, onların gətirdik‌ləri kitab‌ların dili olduğu üçün, qutsal‌lıq qazanıb‌lar. bu qutsal‌lığı dini alan‌lar o dil‌lərə qazanıb‌lar. nəbi‌lər bu qutsal‌lığı vurğulama‌ıyb‌lar. onlar bütün dil‌ləri, tanrının insan‌lara verdik‌ləri pay bilib‌lər.
    Toplum‌larda, iki kimlik hər nədən çox etgi‌li olub‌ dır. birinci‌si dini kimlik, ikinci‌si milli kimlik ( milli yeni yaranma olduğuna görə, toplumun birli‌yini sağlayan kimlik destək yaxşı olar) olub. keçmişdə dini kimlik lap çox etgi‌ləyən kimlik olub. ola bilsin son iki yüz ildə dini kimlik, yerini milli kimlik‌lə dəyişsin, ancaq hələ də var dini kimli‌yin etgi‌li olduğunu görə bilirik. milli kimlik‌lər sonradan çizildik‌ləri üçün, fərqli açılardan fərqli tərif‌lə‌nirlər. daha doğrusu durumla asılı dəyşdirilirlər.
     Bu arada toplum‌ların vətəndaşlıq kimlik‌ləri dəyişilirsə, ancaq dil, din‌ləri dəyişmirlər (dəyişik‌lər nəzərə gəlmir‌lər, dəyişik‌ləri yüzil‌lər bilindirir). vətəndaşlıq‌lar yeni kimlik tərif‌ləmək‌ləri zorla yeridirlər. yeni yaranan kimli‌yə, tanrı qutsal‌lığı bağış‌layırlar. yeni yaratma qutsal‌lıq‌lar insan‌ların aralarında keçici olaraq yaranır. gərək‌dirən‌lər bitəndən sonra bütün tərif‌lə‌nən‌lər pozulurlar. insanlığa qalan bir böllü günah olur (Stalin, Hitlər lə yandaşlarına tay kimsə‌ləri məndən çox saya bilərsiz).
    Bir zaman savet rəjimi(soviet union), orda yaşayan bütün millət‌lərə yeni bir kimlik tərif‌ləməyə çalışdı. bu kimlik‌də bir nəsil bütünlük‌lə doğulub ölsə‌lər də, sonunda çökmə‌li oldu.
    Yeni yaranan kimlik‌lərin biri də, Hind yarım‌adasında yarandı. bir ömür bir yerdə yaşayan‌lar özəlrini yeni‌dən yaşatmaq üçün, inəglis‌lə savaşdılar. bir kimlik qazandı‌lar. bu kimlik iki kimli‌yə çevrildi. biri musluman, biri hindli. musluman‌lar iki dəstəyə bölünürdülər. ordu dilli‌lərlə, bəngal dil‌li‌lər. ordu dil‌li‌lər yeni yaranmış vətəndaşlığı ordu kimli‌yi üzərində qururdular. bu birli‌yə ( ordu dili əsasında birli‌yə ) əngəl olan kim‌l‌iyi yenmək zorunda qalırdılar.
    Bəngal‌ların dil‌ləri, özlərinə yaxın bildik‌ləri toplum tərəfindən ( ingilislilər heç olmasa o  onları kökdən silmirdi‌lər) bütünlükələ hədələ‌nirdi. ona görə də onlar yeni‌dən özləri‌ni tərif‌ləmək zorunda qaldı‌lar. bəngal‌lar bu dönə dil‌lərini saxlamaq üçün, savaşdılar. dillərilə birlikdə yeni devlət-milləti yaratdılar. onlar ana dilinin dünyaya önəmsətdirdilər. bütün dil‌lər ana dil olduq‌ları üçün yaşamalı‌dırlar. yasaq‌lanmamalı‌dırlar. belə yasaq‌lanmalar təkcə üçüncü dünya ölkə‌lərində indi‌likə‌də yaşayır.
     Bizim dilimiz də, əlli ildən artıq toplum arası danışıb-yazmaq imkanından rəsmi yasaq‌landıq‌dan sonra, yasağı rəsmi olaraq qaldırılsa da, ancaq qeyr rəsmi olaraq yasaq‌lanılır. bəlkə bu yasaq‌lanmaların nədəni burda yaşayan‌ların türkcə‌ni mənimsə‌mə‌dik‌ləri dir. yasaq‌lanma‌ları qaldırmağa özgə‌lşmiş dil, özləşmə‌li dir.

DİL VARLIĞI 3

      Dil, ilgi‌‌ni sağlayan arac ‌dır. insanda dilin yaranıb, gəlişməsi‌nin haçandan başlandığını dəqiq‌cə‌sinə bəlirlə‌də bilməyib‌lər. insanın dilinin keçmişini araşdırmaq üçün, əsgi‌dən qalan yazılı (şəkil, xət, cızıq, simbol və . . . ‌ ) abidə‌lərdən yararlanırlar.

   Yazılan abidə‌lərdən neçə‌si zamanın həcməsindən qurtulub qalmağını heç kəs bəlirl‌‌əyənmiyib. zaman sürəsində quylanıblar.
     Abidə deyilən tapıntı‌ların neçəsinə inana bild‌iyimizi indi‌likdə bir kəs deyə bilmir. ancaq indiki dünyada keçmişdən qalan abidə‌lərə, yüksək dəyər verirlər. yazılı löhə‌lərin qundarma olub-olmadığının indilikdə bəlirlənsə də, hər kəsə qanıt‌lanmır. millət‌lərin dil‌, tarix‌, kimliklərini bilindirən‌lərin siyasal görüş‌lərini nəzərə alsaq, onların əldə etdikləri hər nəyə şübhə‌li yanaşmalı‌yıq.

    Onların sonuc‌larını,  dil‌lərin indiki durum‌ları etgiləndirə bilər. dil‌lərin son iki yüzildə teknoloji gəlişmhəsinə yanaşmağı nəzərə almasaq ( teknoloji gəlişmə‌sində dil‌lərə yerlə‌şən sözlər qondarma sözlər olub.) dil‌lərin quruluşunun uzaq-yaxın keçmişini bəlirləyə bilə‌lərik.

     Dilin kültür daşıma rolunu nəzərə alsaq, bir dilin o kültürə ayid özə‌l‌lik‌lərini görəmə‌li‌yik. bu özəl‌lik dünya görüş‌, inanc‌, doğaya yanaşmaq, kütləvi yaradıcılq‌ və dəb‌lərini özündə daşı‌malı‌dır. özəl‌liklərin zaman sürəsində başqa kültürlərdən etgi‌lənmə‌si də özünü dildə yansıdır.

   Dilin önəmi dünyada, adını bir millətə verhəbiləcək qədər yuxarı dır. bir çox ölkə‌lə‌rin adları, oralarda yaşan toplumun dili‌lə adlanıb. dünyada 3000-6000 arası dilin olduğunu bildirirlər. lap çox dil bilənlər, 10-yirmi dildən artıq bilənməzlər. bu dillərin içində barmaq‌sayı dil‌lər ortaq dil ola bilirlər. zaman sürə‌sində hər bir ana dilin içində olan ağızlardan yeni dillər yaranırlar.
    dil‌lərin içində ölənləri də olur. keçmişdə‌ki dil‌lərin içində Sumer, Elam dil‌ləri ölüb‌lər(onlarda danışan kimsələr qalmayıb). sümerlərin özəl‌lik‌lərini biz bölgədə olan dillərdə görə bilirik. ancaq bu dil‌lərdə danışan‌lar olmadıq‌larına görə ölü dil sayılırlar.

     Bir sıra dil‌lərin ölməyilə birlikdə, başqa dillər doğulurlar. bu dillər neçə dilin ortaqlığıla yaranırlar(pidgin). hər dildən də bir sıra özəl‌likə‌ləri qazanırlar. belənçi dilələr, ana dilinə çevrildikdə, yeni dil yaranır(kriyol). bu dil yeni olduğu üçün , özünə özəl dünya görüşü də olmur. başqaların dünya görüş‌lərini mənimsəməyə başlayırlar. belə dil‌lər, devltəi dil olduğunda, yaşamaq imkanı tapırlar. ancaq belə bir dildə, hər nə qondarma olur.

    ana dil‌lərin keçmişi dil‌lərin içində dir. dil‌lər yazılıb, yazılmadığına baxmayaraq, xalqın içində işlə‌nilən dil, dilin keçmişindən xəbər verir. dil‌lərin birbirlərindən etgi‌lənməyin nəzərə alsaq, ana dillərin içində özləşmiş başqa dil‌lərə ayid özəl‌likə‌ləri də görə bilə‌rik. belə bir dil‌lər gələnlərə donlarını geyindirirlər.

    Azərbaycanda olan türk dili, ana dil‌lərdən olduğu üçün, keçmişini dilin özündə saxlaya bilib. başqa dilləri etgi‌ləyib, etgi‌lənib . bu dildə yazılan bəlgə‌lərin çoxu indi‌likdə gözlərdən itirilsə də, bu dil öz içində, milləti‌nin keçmişini saxlayıb. bu dil-‌lə duruşan‌lar bunu başa düşənməyib‌lər.

     Türkcəmiz basqı‌lara baxmayaraq, bölgəyə yansı‌yan kültür varlıq‌larını (bayram, çərşəmbə‌lər, bərkət‌lərin sufrası, qış, çillə, çilləgecə‌si, sonay, sürgün və . . . ) son yüz il‌lərə kimi saxlayıb. nə qədər dünyada başqaları zorlasalarda, hələ də dil kimli‌yin bütün yükünü təklik‌də daşı‌yır. bu dil təkcə azərbaycan yox, bölgə‌də olan‌ başqa xalq‌ların mə`nəvi mirası sayılır.
     Bu dili qorumaq, hər millətdən çox, azərbaycanlı‌ların görəvi ‌dir. ancaq başqa millət‌lər də , kimlik‌lərinin bir parçalarını bu dildən aldıq‌ları üçün, bu dili qorumalı‌ dırlar .

DİL VARLIĞI 2

   Dilə yanaşan‌‌lar, avrupa ölkə‌lərində (öz dil‌ləri üzrə) dilələ maraq‌lanan bilim adam‌ları dırlar(diçilərdilər). avrupa dillərindən başqa dillərə yanaşan‌lar isə siyasətçi‌lər olub‌lar. dünyanı dulananıb tanıdıqdan sonra, dünyanı özləri istə‌dikləri kimi yazmağa başladılar . onlar, səyyah adıla da gəlsə‌lər, devlətlər tərəfindən dəstəklənirdilər. gərək‌ləri olan hər nəyi, onları dəstək‌ləyən devlət‌lər çatdırırdılar.

    Onlarla birlikdə bir sıra ölkə‌lərin özəllikləri, yaşayan‌ları bilmədik‌ləri yerlərdə onlar tapıb, tarixlərin yaranmasına nədən oldular. orta doğunun yazanlarıla gəzən‌lərinin tanınmış adlarından neçəsi aşağıda gəlir.

     Pietro Della Valle ( venizli, birinci adam olaraq təxt cəmşidi tanıtdırdı), Thomas Herbert, Jean ChardinJean-Baptiste Tavernier , Edward Granville Browne( iranın  ədəbiyatının tarıxını yazan, seyid həsən təqi‌zadə ilə  məhəmmədəli fruği‌nin ustadları), Vladimir Minorsky.

    Gəzən‌lər gəzmə‌mişdən, gəzilən yerlərin dil‌lərini öyrənib, sonra gəzn yerlərini yazmağa çalışırdılar. gəzməkdən qayıdandan sonra, böyük iş‌lərin başına keçirdilər.
   Müstəşriq adlanan‌lar, belə‌lik‌lə özlərinə bilim dünyasında yer qazandırırdılar. onların yazdıq‌ları dünyanın and içilən əsərləri olurdu. indi də var belə dir. onlar gəz‌əyə‌nti qılığında, doğu ölkə‌lərini tanımağa başlasalar da, bilgi‌ləri toplayandan sonra, şərq ölkə‌lərini almağa çalışdılar. diş‌ləri batan ölkə‌ləri dizə çökdürüb yiyələndilər. yiyə‌lənmək‌lə birlikdə istə‌dik‌lərini yazıb, hər kəsi inandırdı‌lar.
   Dilə yanaşan müstəşriq‌lərdən tanınmışı ingilisli William Jones dir. böyük britanyanın elçi‌si olaraq hind də "sanskrit" dilini öyrənib incə‌lə‌məyə başladı . o dil‌lərin qohum‌luğunu tərh edir. o hind-avrupa dillərini qohum‌luğunu isbat‌layandan sonra, dünyada dil‌lərin qohum‌luğu əsasında soy bəlirlə‌mək ortaya çıxır.
    Fransalı Arthur de Gobineau aryan soyunu, dil‌lərin qohum‌luğu çərçivəsində, üstün olduğunu vurğuluyur. bu vurğulamaq , hind-avrupalı dilli ölkə‌lərində, irqçi‌liği gücləndirməyinə nədən olur. aryantalizm dünyanın iki savaşının nədəni olur. alman‌lar yeniləndən sonra aryantalizmi çığıran‌lar üzdə çığırmağı kəsirlər. aryantalizm yayıldığına görə özlərini aryalı bilənlərin, qanında yaşayır.   
     Hİnd-avrupalı dilli dil‌uzman‌ları, dünyanın dil‌lərini hind-avrupalı dil‌lə ölçüdə dəyərləndirməyə başlayırlar. dil‌lərin qohum‌luluğundan, özlərini əmoğlu qazandıran avrupalı‌lar, sonra dil‌lərə fərqli yanaşsalar da, yaydıq‌ları ırqçılıq, onların savunan‌larını asyaya çəkdirir.
     Bu yaymağın nədəni gələ‌cək‌də özlərinə ayaq yerləri yaratmaq olur. onlar, başardıq‌ları qədər, yazılarında hind-avrupalı dilli‌lərin mənfəətinə işləyirlər. bu işlmək hər zaman, fərqli yön götürür . onların əllərində olduğu organ‌lar, bilimin bilmsəl mərkəzləri olduq‌ları üçün, dünyada yaşayan‌ların bütününü inandıra bildirir.
    Onları toxum‌ların necə səpilməyin dil‌ləri qohum‌luğu deyilmə‌mişdən azı iki yüz il öncə çizmişdilər. hind-avrupalı olmayan‌lar hər zaman kiçilməyə məhəküm olurlur. hind-avrupalı dilli olan‌lar , özlərini bir ailə‌dən bildik‌ləri üçün, sonunda avrupalı‌ların qovuşmalı olacaq  ikinci dərəcə‌li avrupalı.

Saturday, February 26, 2011

DİL VARLIĞI 1

    Dili insan‌ların ilgi‌lənmək aracı tanı‌ıyrlar. bu günkü dünyada, siyasət‌çi‌lərin dilə görüş‌ləri hakim dil‌lərin ortaqlığında dünyalıq bir ortamı qurub, ilgi‌lənməyi sağlamaq‌ dır. bu görüş‌ləri rəsmi danışıq‌da dilə gətirmə‌sə‌lər də, qeyr rəsmi yerlərdə onların ağzından deyilib, iqdam olunur.

   Dilə yanaşmalar, elmi adam‌larının arasında fərqli olur. toplum bilim uzman‌ları, pesixoloji uzman‌ları, dilçi‌lər, filsof‌lar, yazarlar, şairlər və bir çox başqa uzman‌lar özlərinə özəl yanaşmaları vardır. hər bir özəl yanaşma alanının, çox çeşitli yanaşmaları olur. elmi yanaşan‌lar, dilin necə yönlənməyinə höküm verənmirlər. onlar təkcə dili öz görüş‌lərilə açıq‌layırlar.

    Dilin yönləndirəməyi siyasət‌çi‌lərin əli ilə olur. dil‌lərin necə yönlənməkləri, onların seçdiyi siyasi görüş‌ləridən asılı olaraq fərqli olur. bu yanaşmalardan neçə‌sini sizlə birlikdə gözdən keçirirəm.
     Komonist ‌ölkə‌lərin hakim‌lərı, görüş‌lərinin alt yapısını iqtisad tutaraq, böyük dəyişik‌liklərin nədənini ekonomi biliblər. iqtisadla birlikdə xalq‌ları savunduq‌ları iddialarına görə xalq‌ların dil, kültürlərinə sayğı‌lı olduq‌larını göstrəməyə çalışırdılar. bu çalışmalarda uzun sürə‌li siyasətlərində xalq‌ları bir ana xalqın(hakim xalqın) çevrə‌sində birləşdirəməyi sürdürürdülər(qardaş xalqların ortaq dilləri olamalı idi o da hakim xalqın dili olacaq, niyə ki ortada olduqları üçün bütün xalqlar bü dillə tanışlıqları başqa dillərdən çox dır). belə davranmada birləşdirmə təkcə iqtisadda olduğuna görə başqa yönlərdə qabarılmırdı.

   Libral dəmokurat ölkə‌lərinin hakimləri görüşə‌lərində olduqca diqqətli dirlər. basqı‌ları üzə çıxartmırlar. ancaq onlarda da bir dil hakim olur. hakim olan dili də hər kəs öyrənmə‌li olur . ancaq onlarda bütün dil‌lərini istə‌yən‌lər dilə‌lərini qorumaq imkanı verilir. onlar öz dil‌lərini hakimli‌yni yayın‌larda ( filim, dərgi, kitab, tiyatr, müsiqi‌ ) sağlayırlar.

    Bu iki görüş‌dən sonrakı görüş‌lər, faşıstı görüş‌lər olurlar. bu ölkə‌lərdə üstün soydan olmağı çığırırlar. bu çığırışdan utanc yox fəxr eləyirlər. güc‌ləri çatan‌ları silməyə çalışırlar. bu görüş‌lər tarixin binövrə‌sini quran olub. son yüz illərdə bütün böyük savaş‌lar elə bu görüşə dayanaraq olub.
   İkinci dünya savaşından sonra belə düşüncə‌lərin aydın‌ca deyilmə‌si gəlişmiş ölkə‌lərdə aradan gedib. ancaq bu görüş‌lər üçüncü dünya adlanan ölkə‌lərə bir siyasi görüş olaraq yansıdıqdan sonra, indi də var yaşayır. əlbət üçüncü dünya ölkə‌lərində bu görüş‌ləri yaşadan‌lar gəlişmiş ölkə‌lərin adam‌ları olub(uydurduqları yazılarla millətləri bir-birinin canına salıblar).

   Müstəşriq adlanan bütün avrupalı‌lar, bilim adamı yox, bəlkə politik adam‌ları olublar. ona görə də çizdik‌ləri hər bir çizik, millət‌lərin düşmənliyinə nədən olub.

    Artırmalı‌yam, üçüncü dünya ölkə‌lərinin bütün görüşlər‌də olan siyasətçi‌ləri ( komonist, socalst , libral dəmokurat, dinçi ) ilk şüvünist olub sonra başqa görüşə yönlirlər.

    Bu günkü dünyada dillərin yaşamağı, rəsmi olmadıq‌‌da çətin‌lə‌şir. üstlərinə basqı olduqda ölümə gedirlər. bütün dillər rəsmi olmadığı sürəcdə, zaman boyu ölməyə irəliləyəcəklər. bu irə‌li‌lə‌məyin qarşısını almaq, o dildə doğulub , yaşayan‌ların boynuna dır .

    Yuxarıda dediyim kimi, dil‌lərin ölməyinə səbəb olan‌ yanaşmalar, siyasal yanaşmalar dır. qudrətə çalışdıq‌ları üçün, dildən də güc simgə‌si olaraq faydalanırlar.

DOĞUCU YARADICILIQ

     Hər kəs azərbaycanda Üzeyir ‌Hacı‌bəy‌li‌nin yaradıcılığından bir sözlər tapıb deyəbilər. şərq dünyasının müsiqi nabiğəsindən tütüb, el xadiminə tay adları qulağımıza dəyə bilər. Üzeyrin yaradıcılığı neçə yönlü dir. bu yazıda toxunduğum azərbaycan xalq mahnı‌larını toplamağı dır. o bu işlə elin arasında yaşayan havalarını əliçatan sayda yazıb saxladı .
     Üzeyir bu iş‌lə azərbaycan müsiqi‌si‌nin yaşadan qolunu gündəmə gətirdi. üzeyir elmi müsiqi‌ni bilmək‌lə birlikdə xalqın müsiqi‌sinin nə dəyərdə olduğunu da bilirdi. ona görə də o yanaşdığı kimi heç kəs müsiqi‌yə yanaşanmadı (əlbət şərq ölkə‌lərində).
    Bunları dedik‌də azərbaycana bir başqa nabiğə də gərək‌liliyi ortaya çıxır. o da dilçi (dili tanı‌yan biri), dir. dilçi dedi‌yimdə ədəbiyat‌çını demirəm. birinci mənimsə‌d‌iyi dilçi‌lik olmalı dır.  sonra, ədəbiyat‌çı da ola bilər. xalqın dilində olan sözcükləri, deyim‌ləri əlindən gəldi‌yi qədər yığıb, gündəmdə saxlaya bilə. dilimizi bütün ( ağızları‌la ) ləhcələrilə‌ açıq‌laya. dildə nə vardır görə bilə, heç nəyi görəmə‌məzlikdən gəlmiyə. eyni zamanda dünyanın yeni dilçiliyilə də tanış ola. heç olmasa bölgə də olan dillərlə(rus, fars, ərəb) birlikdə ingilizcə  və bölgənin əsgi dilləri(sümer, ilam...) ilə də yaxşı tanış ola.
Siz nə deyirsiz belə birləri tapılıb, görüş‌lərini yaya bilə‌cək‌lər yoxsa xalq işlə‌dən hər sözü basdırmalı‌ıyq.

XALQ DÜZ DANIŞIR

    Biraz dildən başları çıxan‌lar(daha doğrusu özləri özlərinin baş‌ları çıxmağına inananlar) dilin necə işlənməyinə kəsin höküm verirlər. bunların bir çox‌ları sözlərini qanıt‌lamağa, keçmişdə yazılan kitab‌lardan yararlanırlar(filologiya). belə yararlanmaq sünnəti, dilə yanaşan‌ların obrazı dır. onların oxuduq‌ları kitab‌lardan eşiyə hər nəyi yalnış bilirlər.

      Onlar əllərinə bir kəsər(qeyçi) alıb, dilin obaş-bubaşını yontuyub tər-təmiz dil ortaya qoyurlar(azarkeş, təşəbbus, ihatə dayirəsindən xarıc, sərbəst, nuşabə və bir bollu bunlara tay uydurulmuş sözlər). ütülənmiş dil ortada olduqda gördük‌ləri iş‌lərdən belə fəxrlənirlər.
  
   Ortamı da elə götürürlər hər kəs onlara tay düşünmə‌sə, xalqın dilinin düşmani tanınıla. xalq dili deyib, bu dili aşağılayan‌lar yaratdıq‌ları qisir dil formalarını topluma çatdırırlar. yeni bir sözcüyə gərək olursa, qol‌larını çırmalayıb, yeni sözcüyü ütülü çıxarırlar(sözcüklərin ütüləri baş kəsir). dili ütülüyən‌lərə ütülənən hər bir nəyin xabı getməyini vurğulamalı‌yam. xabı getmək ( köhnə‌lib, ütülə‌dikdə şax duranmayan nəsnə ).

    Bir dildə danışan‌lar, çeşitli yerlərdə, çeşitli ağızlarınan danışırlar. bu ağızlarda yaranan sözcük‌lər, dilin doğulucuğu sayılmalı dır. xalq içində yaranan sözləri görmüyənlər xalqın danışığına pülçük quşmamalı‌ dırlar. onlar bilmə‌li‌dirlər; xalq düz danışır.

DUMANLI TƏBRİZ

" Dumanlı Təbriz ", Məhəmməd Səid Ordubadı -nın ölüm‌süz rumanının adı dır. təbrizə dumanlı təbrizdən sonra başqa ad yaraşır mı?  heç zaman duman təbrizin başından çəkilməyib, təkcə azalıb-çoxalıb.

Bu günlər, iranın devlət ‌telvizyasının birinci tele ‌kanalında " təbriz dər meh " adında bir dizi yayılır(ekran edilir). dumanlı təbrizi, "təbriz meh ‌alud" adına farscaya çeviribi‌lər. mən görən sekans‌larda qacarlar özəl‌likə‌lə Abbas Mirza təsvirə çəkilib. Azərbaycan rus‌larla savaşmağa yadaq‌lanır.

   Sekans‌lar Azərbaycanda(təbrizdə) azərbaycanlı‌ların arasında keçsə də, danışıq‌ların bütünlüyü farscadır. farsca olduğundan karakterlərə yanaşmaq farsca olub(elə bil azərbaycanlılar utana-utana farsı danışırlar, yanlış duyulmasın bu utanc farslardan utanmaq dır, dillərini düz danışılmadıqları üçün). yönətmən azərbaycanlı‌ların azərbaycan toplumunda davranış‌ların araşdırmayıb. Abbas ‌Mırza, azərbaycanlı, türk göstərilə‌rək türk karakterin özəl‌lik‌lərini daşı‌mır.

    Keçn il, "Şəhriyar"-a çəkilən dizi‌də də Şəhriyarı, istə‌dik‌ləri kimi göstərmişdi‌lər. Şəhriyar, fars‌lara şeir demişdi. şeirlərindən onu təsvirə çəkmə‌li‌dirlər. amma çəkməmişdi‌lər. Azərbaycanı istə‌diyimiz kimi filmə‌lərdə(kinolarda) izləməyə həsrət qalmışıq.

    Savet‌lər devri azərbaycan respublikasında Azərbaycan kinoları(filmləri) çəkilib. o film‌lərin indi də, baxıldıqda gözl‌lik‌ləri üzə çarpır. nə qədər baxsan genə baxmaq üçün maraqlanır‌san(elə ona görə də bütün azərbaycanın bütün telekanalları iki də bir onları yayır!).

     O gözəl film‌lər də azərbaycanı bir özəl görüş açısından(sol görüşü filmlərə yansıdılıb) təsvirə çəkdik‌ləri üçün azərbaycan fəzasını olduğu kimi göstərənməyiblər. bulanmağına baxmayaraq onlar hələ də əl çatılmazdılar.
    Gözlərimiz dumanlı təbrizdə azərbaycanı mənimsə‌dən yönətmə‌ni axtaracaq.

Sunday, February 13, 2011

VALENTAYN DÜNYALAŞMIŞ SEVGİLİLƏR GÜNÜ

   Fevralın on‌dördü, valentayn adlanan dünyada sevgi‌lilər günü, dünyalıq şənlik günü olaraq qutlanılır. dəyərlərin dəyişilmə‌si, keçmişdə yaşanan yasaq dəb‌lərin simbolik gününü, gündəmimizdə bayram kimi ortaya gətirir.

    Sevgiyə qarşı‌ durmaq hər zaman yaşasa da, xoş alınmayıb. toplum‌ların çoxunda belə sevgi‌lərə qaçaq yolu tapılıb. bu sevgi‌lərlə sərt davranmaq‌ların inanılmazları osturəyə çevrilib‌lər. qarşı‌durmalara təpgi‌göstərmək üçün günlərin birini simbolik olaraq abartmaq gözəl iş dir.

    Azərbaycan‌da Aslı-Kərəm çoxdan yaşayır. çoxdan dedik, Aslı-Kərəm də insan yaşayışının ilk günlərinə qayıda bilər. ancaq zaman sürə‌sində toplumun inanc‌larını  öz içinə alıb( artıq bilgi‌ni Mir Əli Seyidsəlamət-in Aslı-Kərəmi açıq‌ladığı kitab‌dan oxuya bilərsiz). başqa millət‌lərin də arasında belə yanaşmalar çox olub.

    Valentayn gününü dünyalaşdıran xırıstıyan‌ların gücü olub‌dır. dünyaşlaşmağına qarşig‌ələn deyilik. bu gündə xırıstı‌yan‌ların keşiş‌ləri sevgi‌li‌ləri bir-birinə qovuşdurmaqda suçlanır. yasaq olunmuş evli‌lik‌lərə qarşı gəlir. əlbət bu yasaq‌lanmaq insanın təbiətinə qarşı yasaq‌lanmaq dır. Azərbaycan toplumunda belə yasaq‌lanmaq olmuyub.

     Dünyalaşmış günləri qut‌lamağa qarşı gəlmək xoş deyil, ancaq dünyalaşmış günlər özümüzə ayid olan  miflərimizi yadırqatdırır. yadımzdan çıxmasın Aslı-Kərəm Azərbaycan ayın‌düşüncəsi‌nin(Mythycal Thought) açarlarından biri dir.

     Xatırlatmalı‌yam; sonayı ( Nasir Mənzuri Avava rumanında təsvirə çəkib) sevgi‌li‌lər günün yerinə işlətməyi vurğulayan‌lar olur. vurğulayan‌lar, sonayı əbədi sevgi‌lənmək, tikralanan sevgi nəzərdə almalı‌dırlar. yanı valentayn‌-la bir tutmamalı‌dırlar.

      Biz bu tikrarlanmağı Aslı‌la Kərəmdə də görə bilirik. onların yanmağından gül‌lər açılıb, böyüyür. yeni‌dən birbirlərinə çatmaq istə‌yəndə yanırlar. əbədi tıkrarlanır. bu da, azərbaycanın ayındüşüncəsinin özəlliklərindən biri sayılır.

FARSLARA BAĞIŞLADIĞIMIZLAR

     Türkə‌lər özlərini buralı(iranda yaşayan türklər, bəlkə də ölkənin yüzdə çoxu)  bildirmək üçün boğazlarını yırtırlar. sonunda da buralı olmadıq‌lar bir təhər onlara çatdırılır. buralı olmadıq‌ları hər gün qol‌qanadlanır. qol‌qanadlanmaq‌larına, özlərini fars bilən türk‌lərin izləri daha çox aydın dır. türk‌lərin özgələşmə‌ləri türk şübhə‌si olan hər bir olay, törən , dəb, mahnı, şeirlərə yansı‌yır.

      Türk‌ləri öz varlıq‌larından özgələşdirməyin türk‌ləri savunan‌ların beyin‌lərində şubhə ‌yaradana qədər ozanır. şübhə yaradılan varlıq‌lar tez yadırqana bilinirlər. biz(türklər) bu yerə çatmadan öncə farslara bağış‌ladıq‌larımızdan önəmli‌lərini sıralayaq. sıraladıqda görə bilərik farsları yaşatmağa olsa belə özümüz kimi yaşamalıyıq.

  • Başında duran fars deyilən varlıq dır. osmanlı‌lardan fərqlənmək üçün avrupalı‌ların yardımıla bu varlığı yaradıb, savundıq.
  • İkinci‌si iran dır. türk‌lərin yaşatdıq‌ları yer sonunda özlərinə özgə‌ləşdirildi.
  • Üçüncüsü; il‌ bayramı(farslar novruz bayramı deyirlər), çöl bayramı, bərəkət‌lərin sufrasını(farslar həftsin deyirlər), çərşəmbə‌lərimizi(farslar təkcə son çərşəmbəni bilirlər), çillə, bəli-brun (farsların elçilikləri əslində bəli büyürün dır), evlənmək dəbləri, şiə‌çilik dəblərini  deyim‌lərini ( türklər türkcədə olan‌ deyimləri farscaya çevirdilər).
  •  Dördüncüsü; milli‌ onurlarını, məşrütə inqılabı‌la azadlığı tərənnüm etdilər.
  •  Beşinci‌si  yeni dünyanın gəlişmə‌lərini
  •  Altıncı‌sı; tarix, dil , keçmiş, memarlıq 
  • Yetdinci‌si özümüzü onlara qazandırdıq.

Saturday, February 12, 2011

TOPLUMLARIN ETGİLƏNİB DƏYİŞDİRƏN KİMLİK ÖZƏLLİKLƏRİ

     Bir topluma bağlı olan kimsə‌lər, necə olmalı‌dırlar? dünyanın harda yaşamaq‌larına baxmayaraq, özlərini necə aparmalı‌dırlar. dünyada bir sıra özəllik‌lər dünyalıq olsa da, bir sıraları millt‌lərə, ümmət‌lərə(bir dinə bağlı toplum) ayid özəllik‌lərdir. bu özəl‌lik‌ləri kimlik özəl‌likləri tərifl‌əyib‌lər. təriflənməklə‌rə baxmayaraq, ortaq özəl‌likləri olan kimsə‌lər, onları(kimlik özəlliklərini) yaşadıq‌da, ya da yaşatdıq‌da ortaq özəl‌lik‌ləri ortaq ola bilirlər. bir topluma bağlı olan‌ların bütünü, toplum‌larının özəl‌lik‌lərini daşımaq görəvlisi olmazlar.
 
   Çevrə‌ləri dəyişildikdə‌ özlərini dəyişdirə bilərlər. dünyada güclü olan toplum‌lara bağlı olan‌ların içində özəl‌lik‌lərini saxlayan‌lar lap çox olar. onların çevrə‌lərinin dəyişilmə‌lərinə baxmayaraq egə‌mənlik‌ləri sürə‌n yerlərdə heç zaman kimlik‌lərini dəyişməyə çalışmazlar.
 
     Azərbaycan‌lı‌lar bir toplum olaraq son yüz illikdə egə‌mənlik‌lərini əldən verəndən sonra, kimlik özəl‌likə‌lərini dəyişdirəmək zorunda qaldı‌lar.
     Toplum‌da dəyişiklər zaman sürə‌sində oluşduğunu nəzərə alsaq, Azərbaycan k‌imliyinin özəlliklərini itirəmək izlərini aydıncasına görə bilərik. kimlik itirmələrini hər kəs bir cür yorur. azərbaycanın kimlik özəllikə‌ləri rus‌lar, fars‌lar, türkiyə‌li‌lər, inglo‌saksan k‌imlik özəllik‌lərinin basqı‌ları altında dəyişilir.
 
     Hərdən elə nəzərə gəlir, hər bir basqı alanına yaxın yaşayan kimsə‌lər özlərinin onlara basqı yapan toplum‌ların parçasına dönüşürlər. özlərinə aldırmadan başqa toplum‌ların kimlik özəl‌likə‌lərini savunurlar.
      Basqı‌ların fərqli yönləri olduq‌larına görə, özgə özəllik‌ləri mənimsə‌məklər fərqli olur. amerika toplumunun özəl‌lik‌ləri dünyalaşdıq‌ları üçün, başqa toplum‌ların tərəfindən mənimsə‌nilməyi lap çox olur. bütün toplum‌larda amerika‌ya oxşatmaları tapa bilərik. onlara oxşamaq üçün öz toplum‌ özəl‌lik‌lərini yadırqamağa fəxr eləyirlər.
 
     Azərbaycanlı‌lar türkiyə  özəl‌lik‌lərini özlərinə yaxın bildikləri üçün, könüllü olaraq türkiyə toplumunun özəlli‌li‌yini alırlar. türkiyə‌nin özü isə avrupa özəl‌l‌‌iyini götürdüyü üçün, azərbaycan kimlik özəl‌li‌‌yi daha çox yadırqanılır.
      Rus‌larla fars‌ların basqı‌ları çılxa olduğu üçün, yanaşmalar da fərqli‌ olub. azərbaycan keçmişdə bir sıra özəllik‌lərini fars‌lara verdikə‌ləri üçün, kültürl özəllik‌lərini bir bölümünün itirməyi az olur(farslara verdikləri bölüm). fars‌larla yanaşmada dil özəll‌iyin daha çox gözə çarpır .
      Rus‌ların indilikdə müstəqim basqı‌ları azalsa da, xuylarını onların kültürəl alanında olan azərbaycanlı‌lara çatdırıb‌lar.

Wednesday, February 9, 2011

TOPLUM EYİTİMİ

   Eyitimi‌ni sağlayan toplum, sonrakı nəsillərin çaşmağından qorxmaz. bir toplumun eyitim sağlamasında toplumda olan hər kəsin payı olmalı dır. toplumda olan‌lar milli varlıq‌larını yiyələ‌nirlər. toplum çeşitli insan‌lardan oluşduğundan, bütün qonularla maraq‌lanan‌lar olur. bu seçimdə heç bir zor olmur. uşaq‌lar da toplumun axını‌la yetişdirilirlər. uşaqlar yetişənə dək dəbləri(ənənə- gələnək) öyrənirlər.
 
     Toplum özü-özünü yetişdirdikdə başqa millət‌lə də özünü tütüşdürür. yaxşı‌larını seçir, yavalarını(kötülərini) buraxır. belə tutuşdurmalar dünyanın dəngəli gedişində olur. dəngələr pozulduqda, toplumlar qurbanlıq olarlar.
 
     Toplum‌ların aralarında fərqliklər çox olduqda(başqa toplumların gəlişmələri qabardırıldıqda), bir sıra toplum‌lar başqa toplum‌lara düşgün‌ləşirlər. bir sıra kültürlər dünyalaşırlar(golobalizate). dünyalaşmış eyitim sistemlərin(International Education) oluşdururlar. düşgün‌ləşmək toplum‌ların aydın‌larından başlanır. düşgün‌ləşmiş toplum, düşgünü olduğu toplum, ya da toplum‌ların bütün dəb‌lə, varlıq‌larını mənimsə‌məyə başlayır. mənimsənilən varlıq‌ları yaymaq üçün fərqli eyitim‌ləri gərkli ‌görənlər, yeni yaratma eyitim‌lərini toplum‌larına sağlayanacan, örnək toplum‌lar, özələrini dəyişdirirlər. aydın‌lar da özlərini örnək toplumlara yetişdirənmirlər.
 
    Keçmişdə‌ki eyitim‌lər (toplum öz dəyərlərini başqa nəsillərə toplum içində çatdırmağı ) heç bir pül xərclənilmə‌dən yaşam sürə‌sində yetənəkli irəliləyirdi. başqa təhər yönətmək istə‌yən‌lər toplumun iç eyitiminə yügürürlər. əl‌lərindən gələn, keçmişdə qalan bütün dəb‌ləri, milli varlıq‌ları pozub yerinə irəliləmiş toplum‌ların varlıq‌larını yerləşdirirlər. toplum‌ların fərqli‌ yerləşim‌ yerləri olduqları üçün heç zaman başqaların varlıq‌ları yerinə oturmurlar.
 
Başqaları irəlilədikcə biz özümüzdə yerlə‌şməyə çalışırıq. itirdik‌lə qazandıq‌larımız ödəşmirlər.

Tuesday, February 8, 2011

ƏBƏLƏRİMİZDƏN BALA QOL QAPILARI YARATDIQ

    "Əbəqola" adında oyunu uşaqlıq‌da Xoy-da oynayardım. uşaq oyun‌larının çeşitli‌liyi hər oyunu öyrənib yaxşı oynamağına təkin olardı. bölgədə oynanan oyunların hamısını oynayardıq. uşaqlar özləri oynayardı, kimsələr oynatmazdılar! eyitim toplumun içindəydi.

     Oyun‌lar durum‌lardan(isti-soyuq-yay-yaz..) asılı fərqli olardı. oyun‌ların çoxuna açıq alan gərkli idi. bir sıra oyun‌larda "ƏBƏ" adını görə bilirik. gizlən-panç oyununda da "əbə", gözlərini yummaq yerini bəlli eləyir. gizlə‌nə‌nlərin hər birini gördükdə əbə şübə‌lə‌nmə‌li‌ idi.
    Əbəyə yaxın sözcük oba(ulusal termin olaraq azərbaycanlılara təriflənməyib)  qulağınıza tanış olmalı dır. əbə ilə oba bir kəsin özünə qurduğu yuva deyilir. əbə oyun üçün yiyələnə yuva, oba isə gündəki yaşamda yurdlarda qurulub yiyələnən yuva dır(ev ilə evcik kimi). əbə ilə oba dan yiyə‌lənməsək başqaları onları yiyə‌lənə bilərlər. əbə‌siz qalan kimsə‌lər əbə tapanacaq qola dalısıcan qaçmalı‌dır‌lar. qolaya başqaları gücləri çatana qədər zıplayarlardılar. yaxın‌laşdırıb ana əbəyə salmağı qalsın, qıraqda özünə bir əbə baş‌bağlamağa bir gün çərləmə‌li idi. allah heç kəsi yurd dalısıca çərlət‌m‌əsin!
     Uşaqlıq‌da öyrənd‌iyimiz oyun‌ları, daldan gələn uşaq‌lara çatdırmadan yadırqadıq. bütün yurdlarımızı alıb əbə‌lərimizi doldurdular. yaxşı baxdıqda yadırqamaq‌lar birdən birə oldu. heç kəs bilmə‌di necə oldu. əbə‌lərin yerinə neçə‌qat naylon top‌larla bala qol‌lar(miniqapılar)  gəldi‌lər. kiçi, böyük, hər kəs top dalısıca qaçırdı, ayağı tutub-tutmayan şürt‌lüyürdü.
      Azərbaycan uşaq oyun‌ların bir sırasının çəkici‌l‌iyi büyün dünyalaşmış oyun‌lardan çoxudu. düşünürəm yadırqamış‌larımızı qaytarmaq üçün, bir nəsl çərlə‌mək də yetməz. bəlkə bizdən qalan oyun‌lar bir gün bizdən hüşlü-başlı olan toplum‌ların tərəfində yeni‌dən yarandı.

Sunday, February 6, 2011

NİFRƏT

    Nifrət (Disgust) doğuran adam‌ların fəzasına girmək, ınsanı nifrətə sürüklüyür. nifrətə sürük‌lənmə‌kdən qurtulmaq üçün, nifrət doğurulan fəzalardan uzaq gəzməliyik. nifrət doğuran‌lar, analarının qarın‌larından nifrəti özlərilə bu dünyaya gətirməyiblər. dünyada yaşadıq‌ları sür‌əcdə nifrət onlarda canlanıb. nifrətin canlanmağı, insanın ruhu boşluq‌larından yarana bilər.
 
     Toplumda alınmamaq‌lar, gözlə‌nilən yerlərdə olmamaq‌lar, nifrətin yaranmaq nədən‌ləri ola bilərlər. kimsə‌lər olduqları yerlərinin gərçək görmədik‌ləri üçün onlar düşündük‌ləri yerlərdə duran‌lardan nifrət‌lə‌nərlər.
 
    İnsan‌larda nifrət yarandıq‌da, bütün yetə‌nək‌ləri nifrəti yaşatmağa yönlə‌nilir. belə bir kimsələrin beyin‌lərində, pozmaqdan sonra heç bir şey yer almır. bir iş görsə‌lər də pozmaqdan ötrü görərlər. bu adam‌lar özəlüklərində sorun olmasalar da, topluma yansadıq‌larında toplumu nifrətə doğru yönəldə bilərlər. bunların qarşılarında duran adam‌lar isə istər-istə‌məz nifrətə dolarlar. birdən görərsən, nifrət toplumun bürüyüb.
 
      Nifrtdən qaçmaq, nifrət‌doğuran kimsə‌lərin çevrə‌lərindən uzaq‌laşmaq dır. nifrəti doğuran‌lar, ilk baxışda nifrət‌li görünməzlər. daha doğrusu nifrət‌li belə davranmazlar. yaxın‌laşdıq‌da nifrət‌lərini başqalarının başına qusarlar. nifrət qoxusundan qurtulmağa, bir ömür qusl gərə‌kər.

QARAYAXMALAR

    Toplum bilimində qarayaxma (labaling) deyilən bir termin var dır. bu termini qarayaxma işlətmək bəlkə tam düz olmuya, ancaq ona yaxın işlə‌nilir.

     Qarayaxan‌larla qarayaxılan‌ları zorlama ( Strain ) teorisində, " MERTON " NİYOYORK"-un kasıb məhəl‌lələrində yerləşən qaradrilərə işlə‌dilmiyin bildirdi. belə ki, o məhəllə‌lərdə yaşayan bütün qaradərilər süçlü sayıla bilərdilər.

     Qaradərili‌lər deyə‌sən süçlü olmaq üçün dünyaya gəlirmiş‌lər. bu termin toplumsal əxlaq‌sızlıq‌larla birlikdə başqa qonulara da işlənilə bilər. keçmişlərdən qalan dəbə tə`rif verəmişdi‌lər . bu t`ərif ortaya çıxandan sonra da qarayaxmalar qurtulmadı. bütün güc yiyə‌ləri, gücsüzlər, gücə addım‌ atan‌ kimsələr, örgütlər , devlətlər, devlətlər birli‌kləri, ümmət‌lər(üst yapıda ümmətlər birliyi görunməsə də, alt yapının birinci yerində yer alan qonu dır) belə qarayaxmadan çəkinməyirlər.

        Hər kəsin gücü çox olsa, qarayaxmalarının tutarı da çox olur. dünyada başqa cür tanıt‌dırmaların sayı çoxalıb, tovları artıb.

         Müsəlman‌lar, müsəlman olduq‌larına görə terürist ola bilərlər. dünyada bir yanı müsəlman bir yanı xırıstı‌yan olsa, süç sözsüz müsəlman‌‌‌‌‌‌‌‌‌‌da görüntülüt‌dürülür.

         Adda faşıstı görüş‌lər, quylansa da yayın‌larda faşıstı görüş‌lər gündəm dəyə‌ri olaraq ortaya qoyulur. ağ‌dərili xırıstı‌yan olmuyan hər kəs süçlü ola bilər. xırıstı‌yan‌ların içində suçlular olmaq nədəni ancaq pesikoloji‌‌ləri pozulduq‌larından ola bilər!.

        Qarayaxmalar dünyanın hər yerinə yansıyıb. kiçik bölüm‌lərdə də qarayaxmalar gedir. hər kəs gücü çatana qara yaxır. bir sıra qarayaxmaları gerçəyə çevirə bilib‌lər. qarayaxılan‌lar da kötü olduq‌larına inanıb‌lar. qarayxamaları qarayaxma görüb, mübarizəyə duran‌lar belə, hərdən özlərini qaralmaqdan gizlət‌sin‌lər deyə, istə‌dik‌lərini alnı‌açıq deyə bilmirlər. istə‌mirlər qara tanınalar.

         Belə adam‌lar qara‌olduq‌larına inanıb‌lar demək. çətinə‌lik‌ləri, bütün‌lük‌lə gizlənə bilmədikləri dir. özlərini izsiz yuya bilmirlər. yan-yövrəmizə baxsaz belə adam‌ları görə bilərsiz. bəlkə də biz özümüz elə bu adam‌lardanıq! nə bilim!

Friday, February 4, 2011

KİTABIN YAYIN SORUNLARI

  
   Bir kitabı, yazıb ona yaymaq izni alıb, basdırıb, yaydırıb pul‌ların qaytarmaq (basın‌la yayın pul‌ları) çox çətin dir. biri bu işləri görüb əlibaş çıxsa börkünü göyə atmalı dır. kitabın dili türkcə olduqda, ıranda olan durum‌la asılı, sorunlar neçə qat artır.

   Sorunların başında, dilimizin devləti oxunulmaması durur. devləti dil olmadığına görə devlətə bağlı eyitim mərkəzlərində oxunulmur. bütün dərs‌oxuyan‌lar, türkcəni öyrənmək zorunda qalmırlar.

    Farsı öyrənmək zorunda qalanlar, 3 dövrə‌li oxumaq dönmə‌lərini bitirdik‌də, türkcə‌ni öyrənmirlər. türkcəni öyrənənələr könüllü öyrə‌nmirlər. könüllü öyrə‌nməyə neçə qat artıq vaqt qoymalı olurlar. könüllü öyrənənlərin say‌ları çox olsa da, toplumun bütünlüyülə tutuşduranda az olurlar. ikinci sürün elə ondan asılı olur. Türkcə‌ni bilib oxuyan az olur.

  Üçüncü sorun, yaymaq izni istə‌diymiz‌kimi almamaq dır. kitabın içi necə olmaq pülçüyi qalsın qıraqda, yazı ‌qaydalarının pülçükləri yazarı yorur. bu da fars‌‌dililə türk dilində ünlü‌lərin fərqli‌yinə qayıdır. fars‌larda ünlü‌lərin yazılmaması‌nın sorunu, türkcə‌dən az olur. devləti eyitim bir modəl yazıldığından hər kəs elə yazmaq zorunda qalır.

    Dördüncü sorun, yazarın bütün iş‌lərin dalısıca qaçmağı‌dır. yazıb, tayp edir. əlindən gəlsə qabığın  özü düzənləyir. yaymağına da pülü cibindən qoyur. yaymaq yeri ilə özü danışır. basdırılan kitab‌ları özü çiyininə ‌alıb şəhərlərə daşıyır.

   Beşinci sorun, kitabı yayıb yolla‌dığından sonra, pulların qayıtmağı dır. kitab‌ların dəyə‌ri qədər pul‌ları almağa xərclə‌‌məli dirlər. ikinci kitabı, sırada olsa yazıb, yaymağından peşman‌layır. sonunda da hər kitabı yazıb, yaymağına cibindən bir ilinin artırdığını qoymalı olur (yan‌-yövrə‌nin qaxıncı‌ yaddan çıxarmayaq).

  yuxarıdaki sorun‌ların nədəni‌ ilə, ömürlərində bir cild kitab oxumuyan‌lar, toplumun örnək‌ləri olurlar. pul‌qazanmaqdan sonra heç nəyə vaqt qoymadıq‌larından, hər nəyi pul‌la alırlar. yeri gəldi‌yində bilmədiyi qonularda onların adına kitab‌lar yazılır.

Tuesday, February 1, 2011

YAYIN EVLƏRİMİZİN ƏLLƏRİNƏ SAĞLIQ

    Aydın Sərdarı‌nıanın düşərgə‌sində , Əxtər yayın evi, ıranın ən uğurlu naşiri‌ kimi seçildiyindən xəbər verib. bu xəbər bizim üçün çox sevindirici bir xəbər dir.
Güney Azərbaycanın sorunlarını nəzərə alaraq, yayın iznindən tutub oxucuya dək, çeşitli dayandıra bilən nəsnələr, yayında işləyənləri sıxışdırır. belə bir durumda yayından çörək çıxarıb birinci yerlərdə durmaq beynə sığışmır.
      Əxtər yayın evinin yaydıq‌ları, gün‌ü gündən irə‌li‌ləyir. düzən‌‌‌‌‌dən tütüb, yazı‌ların necə‌li‌yinə dək. yayılan kitab‌ları alıb oxuduqda, könüllü olaraq göz‌qabağında oxuya bilirik. kitabların qılıqları adamları darıxdırmır.
     Keçmişdə‌ki kitab‌ları ələ almaqdan çəkinirdik. düzən‌lə basın baxımından, bəyə‌nilmirdi, qabıq‌dakı tərh‌lə‌rə alışmışdıq. gözümüz yaxşıları görmədiyindən yaxşı-pis seçənmirdi.
     Son neçə ildə kitab‌ların qılıq‌ları dəyişilib. bu d‌əyşilmədə‌ Yaşmaq dərgi‌sinin dəyərli yeri var ıdı. Ayxan Əlizadənın ortaya qoyduğ iş‌lər, görüş‌ləri fərqləndirdi. Ayxan‌la birlikdə Hadı Ərcumənd(ATABAY) də gözəl iş‌ləri sərgilədi. türkcə kitab‌ları yayan, yayın ‌evlərinin görüş‌ləri yeni‌ləndi.
     Əndişə NO, Əxtər, Yaz , Pınar, Yaşmaq və başqa yayın evləri görüşə‌lərini fərqləndirib. yayının çətin‌liklərinə baxaraq, türkcə kitab‌larını basıb-yayan‌ların, çətinlikləri neçə qat artır. onlarla birlikdə İranın ən uğurlu naşırı kimi tanınmaq möcüzə demək dir. Əxtər yayın‌ evinin dəyərli müdürünə ( Səmd Ağa AsYabı ) nə qədər əl‌lərin var desk, az dır.