Tuesday, July 26, 2011

ADLARDA ÜÇÜNCÜ ŞƏXSLƏ İKİNCİ ŞƏXSİN BİTİŞƏN ƏVƏZLİKLƏRİ

   Türkcə‌nin meyar dilində, adların yiyə‌lik hal‌lanmasında, üçüncü şəxs‌lə ikinci şəxsin bitişən əvəzlik‌lərini eyni işlə‌dirlər. keçmişdən işlənild‌iyinə görə, yazı‌larda elə ocur işlə‌nilir(birinci dönə olaraq kim yazıbsa, ölçü olub yadından çıxıb, yoxsa o olan yerdə elə işlənərmiş bilmirəm, təkcə bildiyimiz ölçü olması dır). meyar dildən qıraqda, Azərbaycanın çox yerlərində ( başa-başı demək olar) adları hallandıranda ikinci şəxs‌lə üçüncü şəxs ayırd olunur. hər bir dildə sözcük‌lərin arasında kümpleks sözcüklər olur, ancaq bir dil ayırdlandıra bilsə, ayırdlanmışın işlətməyə çalışar. türkcə‌də ayırdlandıran səs‌lərin olduğuna baxmayaraq, kompleks‌ləndirən səs‌lərdən qullanmaq nədəni‌ni, iş‌başında olan (daha doğrusu sözləri keçərli olan) dilçi‌lər açıq‌lamalı‌dırlar. Azərbaycanın çeşitli ağızlarında işlənən, ayırdlandıran səsləri burda gətirirəm: Azərbaycanda lap çox işlənən ayırdıcı ək  "v~i,ə,a,ı,u,ü" dir. bu ayırdıcı ək, Iraqda ( Araq ) olan Türkman‌lar da işlədirlər. özü-vü ( özünü ), ağızı-vı ( ağızını ), əli-və (əlinə ), başı-va ( başına) Urmula, Sulduzda " yən , yan" əlamət‌lərdən faydalanırlar.(özü - yən , ağızı - yan, əli - yən, başı‌ - yan). Xoyda da , " - ən , an " işl‌ədirlər. öz-ə‌n ( özə‌n ) , ağız -an ( ağızan ) , əl-ən ( ələn ) , baş -an ( başan )

Tuesday, July 12, 2011

GÖL QURTULUB DƏRYA OLACAQ

   Uşaqlıqda "göl" deyəndə, kəndimizin ətəyində yerləşən gölü düşünərdim. göl balaca göl idi. Vəldiyan dağlarının ( Vəldiyan dağları Xoy şəhərinin doğusula güney doğusunda yerləşən, Urmu dənizinə yaxın  dağlar dir.) batı ətəyində yerləşən Çeşmə ‌kəndinin kövşənin qurtulacağı yerdə, Ersi , Hə‌şə‌rit ilə Nəvayı kəndlərinin arasındaydı. Xoy çuxuruna aşan son təpə‌lərin arasında da deyə bilərik. Çeşmə kəndinin  yerləri, verimli özü də bol bulaqlı ıdı. kəndin hər yerində bulaq varıdı. bulaq‌ların suyu isə şirin, işmə‌li suyudu.

     Göldən uzaqlaşmı‌yalım. o göl şor gölüdü. yan-yövrə kəndlərlə, Xoydan gəlib orda çimrədilər. kəndimizin əkin yerlərinin suyu isə, Qarasudan(Xoy bölgəsində çay adı dir) gələrmiş. Müsövqulu kəndindən bəndi bağlayıb, suyu yerlərə gətirərdilər. mən o arxdan su gətirməyi görməmişdim, ancaq atamgil deyirdi, çətin işimiş. quyular qazılandan sonra, arxdan su gətirmə kəsildi. quyular işə düşən kimi, şorgöl də qurudu. quyuların suları, birindən sonra qıcırduz oldular. verimli torpaq‌ları yandırıb, bozqıra çevrildi‌lər. çulun satan kənddən qaçıb, şəhərlərə yerlə‌şdilər. hər kəs harada iş tapırdı gedirdi. kənddə qalan‌lar isə əl ayaq‌sızlar oldular.

   Kənddən Xoya gələnlərin içində bizim də ayilə‌miz varaıdı. şorgülümüz qurumuşdu, amma şor dəryamız qalırdı. Salmas bizə yaxın olduğu üçün, ‌Salmas dəryası deyirdik. arada Urmu dəryasına da gedirdik. yadıma gəlir birinci dönə Urmu dəryasına getdi‌k‌də, dərya dalğalanırdı. Salması sovuşub getmişdik, dəryanın qoxusunu Salmasdan çəkirdik. göz işlə‌dik‌cə göy idi göm-göy. dərya qurtulan dəyil idi deyə‌sən. dəryaya açılan hansı yer olduğu yadımda dəyil, amma hər nə idi, orda adam çox idi. qalacaq yerlərdə, yer yoxudu. hər kəs gülürdü. gölə girib, çıxıb, günə‌şə sərilirdi. xanım‌larla ağaların yerləri də ayrıdı.


   Dərya gülürdü, qonaq‌larını güldürürdü. dəryaya düşən, batmırdı. dərya kimsə‌ni batırmırdı. hərdən göz-qulağa dolub, acışdırırdı. bəlkə də dərya oyarırdı. çarası bir xıyar idi, sürtürdün gözə, acılığını alırdı. çox da dərya da qalmaq olmurdu, düzlü su, bir də günəş dərini fırıq çıxardardı.

   Dərya yolunda hər yerdə, quyu vurmuşdular. hərdən qorxurdum, olmuya quyular dəryanı quruda. axı bizim kəndin quyuları şorgölü qurutmuşdu, ‌ torpaq‌ları yandırmışdı. çulun götürən qaçmışdı. uşaq ağlıdı, dərya qurumazıdı. quyuların suyu azaldıqca əkin yerlərinə su çatmırdı. başlamışdılar, suların qabağın kəsməyə, hər yerdə suyun qabağın kəsirdilər. sonra eşidirdik, dərya Urmula Təbrizi uzaq salıb bir-birindən, yaxın‌laşmalı ıdı‌lar. dəryadan keçit yol vururdular. ildən ilə, quruluq olurdu. qabaqkı yağın‌lardan xəbər yoxudu. sular azalırdı.


   Hər kəs əlindən gələni dəryadan əsirgə‌mirdi. biri quyu vururdu, biri suyu bağlayırdı, biri torpaq tökürdü, allahın da yağını azalmışdı. dərya dözürdü. düzün verirdi, suyun verirdi, torpağın verirdi, çörək verirdi, yol verirdi. amma dözümü qurtulurdu. yol çəkilmişdi, sular kəsilmişdi, yağın azalmışdı. dəryanın canı qurtutdurulmuşdur.


   Dəryamız göl olmuşdu, gölümüz quruyurdu. kim bilirdi belə olacağın ! ! ! olacağını bilməyən‌ , neyniyə bilər. təkcə başına döyər. dizin döyər. deyirlər göldən duz yağacaq, düz duz olacaq, şor salacaq, ağ qalacaq, yerləri yandırıb yaxacaq, bomb olacaq.

ya göl qurtulub, dərya olacaq. ya da siz deyin, kimdən öcün alacaq, kim qurtulacaq, kim qalacaq .
                 Görə‌sən gölü kim qurtaracaq, kim qurtaracaq.