Sunday, October 30, 2011

Biz və Rəsmiləşmişlər

      Dünyada rəsmiləşmələr başlandığı çağ, biz rəsmiləşmədik. rəsmiləşməyimizə iki nədən ola bilərdi. 
  • Birincisi biz idik. onda rəsmi olmağı düşünmürdük ya da düşünsəydik də önəmsəmirdik. bəlkə inandığımız bu idi ; " kağızda yazılanlara heç nə verməzlər, hər kəs bilir kim vardır və kim necə dir?!. gerçək olan bir şeyləri necə danmaq olar. yetərincə özümüzə görə varıq, özümüz səhlik, özgələrə də olacaq qədər varıq ! ! ! ! " 
  • İkincisi özgələr idi. bizi görə-görə rəsmiləşdirmirdirlər (əlbət qərar da deyil idi onlar rəsmiləşdirələr!). onlar da düşünürdü, biz yetərincə olmuşuq. kağızda olmasaq da olmamışیıq! ancaq özləri istədikləri kimi yoxudular. kağızda istədikləri kimi olmalıdılar. onlar istədiklərini ilk olaraq özləri üçün kağaza gətirib saxlamışdılar. onlar düşünürdülər onda ocur olmasalar da, heç olmasa necə olduq larını istədikləri kimi kağıza çizib, başqalarına sərgiləyə bilərlər. o zaman biri yoxudu gəlib incələyən baxan. hər kəs hər nə deyirdi o da olurdu. dediklər yazılıb, yazılar sənədlənib, sənədlər rəsmiləşdirilib, rəsmilər həkəm olub, həkəmlər də hakım olub qüdrətə minirdilər. başqaları rəsmiləşən zaman, biz özümüz üçün yaşayırdıq. başqaların dediklərinə də baş qoşmurduq. 

     Rəsmiləşmələr rəsmiləşdikdən sonra, özlərində yaşayanlar özələrini yaşayanmadılar. yaşamaq üçün rəsmiləşdirənlərdən izn almalıdılar deyəsən. elə də olurdu. rəsmilər dunyanın hər yerini bürümüşdülər. rəsmi olmayanlar yaşamaq üçün, rəsmi olmuşların çizdikləri təkin yaşamalıdılar. bir bizdən, neçə fərqli bizlər ayrılırdı. hər biz bir rəsmiləşmiş bizə çevrilirdi. birinci biz olanları da qınayırdılar. biz olmağın tərifi dəyişilmişdi. biz, biz olmaq üçün rəsmiləşmişlərdən birlərinin çərçivəsində danışmalıdı. onların çərçivəsində danışanlar onların bizləri olub, çərçivədə danışmayanlar biz görünmürdülər. dunyada rəsmiləşməmiş heç bir bizin varlığına, daha imkan verilmir.

Saturday, October 1, 2011

Səlam MİNA

Salam MİNA, 

    Eşidirsiz məni, bilirəm eşidirsiz. hər nə qədər zəng açdım cavab vermədiz. nə eviniz cavab verdi, nə ceb telfunlarız.
    Bəyə de o gün xeylək qonağız gəlmişdi. gəlmişdilər yeni evinizə yola salalar. toy günüzdən çox qonağız varıdı. taza evinizi, toya gələnlərin hamısı tanıyırdı. toya siz çağırmışdız, ama bu dönə özləri gəlmişdilər. 

   Bəy tapşırıqların tapşırmışdı, gələ bilən hər kəs gəlmişdi. toyda ikiniz olsaydız, bu dönə üçləşmişdiz. Ayla ortanızdayadı. AYLA sənin qucağında ora gəldi. həməşəki kimi heç kimin qucağına getmirdi. sizdən ayrılmırdı. bilirdi uzaqlara getdiyizi. istəmirdi bir anlıq olsun belə sizdən ayrıla.

    Hava səhərdən başlamışdı dolmağa. bulutlar bir-bir yığışırdılar. hava belə qaş-qabaq tökmüşdü, adamı qorxudurdu. o günün qabaxki gecəsi yağış yağmağı yuxuda görmüşdüm.
  Qonaqların bir çoxu gəlib çatanmadılar yola salalar sizi. uşaqlardan Şirzad da gələnmədi. çox narahat idi, istirdi ola olanmadı. elə bil işi çıxmışdı. hamımız birlikdə bəyin sevdiyi şeiri oxuyurduq:

Azadlığı istəmirəm
Zərrə-zərrə, qıram-qıram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:
Çəkil, çəkil ey qəsəbkar:
Mən bu yurdun gür səsiyəm:
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm

  Səsimizi hətmən eşidərdiz. Əta-nın da elə bil sənlə dərdləşməyə sözü varımış, bəlkə də sənin dərdləşməyə sözün varıdı. elə düşündüm bəylə birlikdə tehrana gəldiyimiz vaqtın dərdləşmələri kimi idi. Ayla da var idi, gülürdü. IBRAHIM, MİNA, AYLA hansız gülmürdüz ki, elə üçünüz də gülürdüz. səssiz gülürdüz.

deyirəm axı; birlikdə marşı da oxuduq. Abbas bəy Nikrəvan qonaqları "ayrılıq" mahnısıla yola saldı. hamı gedirdi, siz birlikdə yatmışdız. bəlkə də özünüzü vurmuşduz yuxuya. evinizə yerləşən həmi bulutlar başladılar su səpməyə. arxanızca su səpirdilər. yetim balaları su səpmirdilər, suvarırdılar. hərkəs cum-culaq su olmuşdu. bilmirəm yağış sizi tutdu yoxsa yox. ama tutardı. axı sizə yağırdı. yadızdaydı rəhmətlik "Əmani"-ni də yola salanda bulutlar gəlmişdilər. 
bağışlarsız qonaqlarıza yetişənmədik. başımız bir az qatışmışdı. nə illac elədik qonaqlar şama qalmadılar. hamısı getdilər.
 gedənlər elə bil bilmirdilər biz darıxacayıq. biz də qaldıq kənddə. Məmməd Bağır, Behruz, Ağalar, sənin atan, İsmayıl, Nasir, xala oğlun da var idilar.

bilirəm zəng açmayacaqsız, evimizə gəlməyəcəksiz. siz allah vaqt eləsəz yuxumuza gəlin. bilirsiz gözümüz yoldadır.