Wednesday, January 18, 2012

Kəbimək

    "kəbin", sözcüyünü hər kəs bir cür yozur(tərsə yormaq). hər kəsin beyninə nə gəlir, dilinə gətirib, nuqtalandırı. hər kəs beynindəkin deyə bilər, ancaq beynindəkini kəsinləşdirib, dondurub, ona tay görmüyənlərə dişinin dibindən qurtulanı demək, ədbli olsa deyilənləri öz içinə salıb, özündə deməyə haqqi yox dır. kəsinləşənlərin üstündə dayanılsaydı dünya, olduğu kimi qalıb irəliləməzdi. 

    "kəbin"-i "kabın" (bu kəlmənin nə zamandan işlənilməyin nəzərə alın!) görənlər çox olub dir. biri gəlib bir söz yazıb, başqaları ona dayanaraq dediklərini qanıtlayıblar. "kəbin" sözcüyü o qədər də maraqlandırmamışdı məni, ancaq "kəbimək" sözcüyünü eşidəndə hər nə dəyişildi. Germililərin (Germi; Ərdəbilin yaxınlığında Muğan bölgəsində yerləşir) biri kəbiməyi danışığında işlətdi, nə anlamda olduğunu suruşanda "qorumaq" anlamında olduğunu dedi. belə bir anlam daşımağı, keçilməz idi. 

   "kəbin" ad olaraq bizdə varıdı. "kəbin" quruluşunda "gəlin" sözcüyü varımız dır. bu adın feli də işlənirmiş. kimsə niyə görməmişdi, bilmirəm! . bu gözəllikdə anlam daşıya bilən sözcüyü, başqalarına pay vermək yaxşı düşmür. 

   türklər yaşayan yerlərin , sözcüklərini toplamaq hər bir dilsevənin görəvi dir. başardıqca gələcəyə sözdağarcığımızı doldurmalıyıq. sözlər, dilin, varlığın, düşüncənin açarıdırlar. açarlarla açanmasaq da, açarları kəbiyib saxlamalıyıq.