Saturday, December 15, 2012

Unvansız Məktub

      Bir postaçı qapımı çalır. qapını açıram, əlində bir məktub, təmbrlərinə baxıram tanış birləri, mənim xatirəm olan birləri. paketin içində təmirlənmişlərin məktubları. təmirlənmədən öncə yazmışlar demə. təmirlər dəyişmədən öncə.
       Sözlərində, yaxınlarda təmirlənə biləcəklərindən söz açmışlar. məktubu cavablayım deyə, yazmağa başlıram. olub düşənlərin bütütnündən qısacıq açıqlama verirəm. çalışıram namə kiçik olsun, oxumaqdan çiygiməsinlər. onlar gedəli bir il ola-olmaya. yazıya gələnlər qurtulmaq bilmir. qısacıq yazım, uzun yazı olur. yadıma düşür, necə olsa onların vaqtı bizlərdən çox olar. biz hər nəyə tələsirik, onlar isə tələsmənin daşın atıblar.
      Yazı bitir, qabına qoyulur. öz təmirlərindən axtarıram, hər yeri ələk-vələk eliyirəm. tanıyanlara tapşırıram, onların təmirlərindən mənə tapsalar, neçə olsa mənə alıb yollasınlar. kimsədən xəbər çıxmır. birləri önəmsəmir, önəmsəyənlər də tapanmırlar. qərar verməliyəm gecikmədən. bazarda olan təmirlərdən alıb, üştlərinə onların fotoların yapışdıram. məktubun unvanına baxıram, yollayanlardan ad yoxdur. postdan soraxlaşıram, onlar deyirlər belə bir iş olamaz. kağazı paketdən çıxarıram, yolladıqları paketlə birlikdə qab eliyib duvara asıram. özüm ki çox bəyənmişəm, tam istədiyim kimi olub.
       Xanım gəlir qabı görəndə, gülür. boş qab nədir asıbsan duvara. ,ama nə gözəl qabdır, xanım deyir. evə qonaq çağırıram, gələn gəlir, xanım deyəni deyir. kimsəyə heç nəyi inandırmağa çalışmıram. bir daha postaçının yolunu gözləyirəm, bizə məktub gətirmək üçün. ancaq bilmirəm yeni unvanımızı bilirlər, yoxsa yox.

Saturday, December 8, 2012

DANILAN DIL, YANDIRILAN KİTABLAR

       1325 - ci günəş ili, 1324 - ci günəş ilinə tay Azərbaycanın tarixində qabarıq formada yerləşir. Bu bir il boyunda sürən iki ilin arasında yerləşən olay, bölgənin geçmişi ilə gələcəyini qovuşduran bir il oldu. Başlanışı, Azərbaycan-ın yersiz haqlarının tapdalanmasının önünə almaq, bitişi isə, yersiz tapdalanmaların uluslararası rəsmiləşmiş bir don geyindirmə idi. Azərbaycan-da istəklər başqa bir siyasi don geyməyinə baxmayaraq, ilk görüşdə Azərbaycanlıların əldən getmə durumunda olan haqlarına bir təpgi idi. Ancaq dərin baxa bilsək Azərbaycanlıların haqlarına təpgi, ölkədə olan millətlərin, keçmişdən yaranan işbirliklərinin nifrət yaranmadan sürə bilmək qarantısı idi. Bu sözə bəlkə indi də inananlar barmaq sayında belə olmayalar, ancaq yaxın gələcək olmasa da sonunda çatacaqlar. O son çox gec olacaq, bəlkə belə gec olub dir da deyə bilərəm.
 
            1234 - ci il Azərbaycanın nə hər yeri, nə də ki Azərbaycanlıların bütünlüyü qatılmadılar. ancaq bütün ölkənin başkəndı olmadan, bütün ölkənin siyasi mərkəzləri olan təbriz şəhərində yarandığı üçün, Azərbaycan-ın bütün adına yarandı. Belə bir yaranışın bütün nədənlərini açıqlamaq bu qısa yazıda olmaz. Ancaq ən etgili bir nədəni türkü dili idi. Türkü dili geçmişdən divan dili olmadan, bütün ölkənin birinci dili sayılırdı. ona görə, bu dil öz gücülə, başqa bir dilləri basqıya basmadan yaşayırdı.  Belə bir yanaşma türk dilinin özündən asılı idi, yoxsa danışanlarından, bilmirəm. Əlimizə çatanlar, İslam dünyasının başqa dillilərilə millətlərinin Türk dillilər hakim olan  yerlərdə Türklər-lə birgə gəlişmələrini görsədir. Bu gəlişmə, təkcə İslam dillərinə yox, bəlkə başqa dinlərin dillərini də qapsayırdı. Belə bir yanaşmanı, indi, gəlişmiş avrupa kökənli yerlərdə görə bilsk, ən azı iki yüz il öncə biz Azərbaycanda yerinə düşmüş idi.
 
         Belə bir tütümü olan millət, birligi sağlaya bilər. Güclər meydanı olan dünyada , güc qazanmaq istəyənlər, birlik yarada bilib, gücləri bir güc altında birləşdirə bilən gücü yox etməyə çalışarlar. Azərbaycanlılar üçün də onlar, bilmədən bildigi vaqtlar da inanmadan belə, bir yanaşmalar üz verdi. Azərbaycanlıları özlərinə özgələşdirmklə bu iş yerinə otura bilərdi. Azərbaycanlıları özlərinə özgələşdirməyin ilk və təməl addımı Türk dilinin qol-qanadını sindirib, yazıb-oxumağının önünü alıb, düşünənlərinin düşüncələrinə başqa bir yön vermək ola bilərdi. Dilə təkcə bir ilgi aracı kimi baxsaq, bəlkə çox sorunlu görməyək. Ancaq bir düşüncə tərzinin qaynağı kimi baxsaq, hər nə dəyişir.
 
          1324 - ci ilin istklərinin başında, basqıda olan Türkü dilinin, rəsmiləşib oxullarla birlikdə bütün yerlərdə basqıya uğramadan işlənilməyi durmuşdu. "Firqənin başçıları bunu düşünrdülər, yoxsa o günkü Azərbaycan toplumunun toplo istəyidimi? " sorğusuna bu olayları araşdıranlar cavab tapmalıdırlar. Azərbaycanlılar yaşayan yerlərin bir bölümündə bir illik rəsmi olan dil, ondan sonra yasaq dil olmağına baxmayaraq 50 illik Türkcə yazarları yetişdirə bildi.
         
         Azərbaycanlıları yenik duruma salan düşüncə yiyələri, 1325-ci ildə hər nədən çox onun dilini hədəf aldılar. Türkü dilində olan bütün kitablar, yandırılıdı. Yananlar təkcə kitab olmadı bəlkə o günkü Azərbaycanlılıq düşüncəsi də yandı. Türkcə oxuyub yazıb-pozmaq yasaq olan Azərbaycanlılar, zaman sürəsində Farsca, Rusca, İngiliscə, Fıransaca, ərəbcə... yazılara, yazılarda olan görüşlərə, dünya görüşlərinə, düşüncə tərzlərinə, yaşam tərzlərinə alışdılar. Bir ömür özgələşn Azərbaycanlı öz güvənini itirib, yenidən öz güvən axtarmağa, alışdığı dillərdə olan qaynaqlara dayandı. Bu dayanma hələ də sürür. Azərbaycanı düşünüb, Azərbaycanlıları düşünüb , Türk dilinə özünü vürğün görsədib, "Türk dilində mədrəsə-olmalıdır hər kəsə", şuarını verən, yazıları oxulsun deyə, yaxşı yaza bilsin deyə, yazıları yaxşı alınsın deyə, 76 il bundan öncə başlanmış dil yasaqlığını istəmədən sürdümədə dirlər. çox sevənləri, Türkü dili yazılsın deyə İstanbul Türkcəni, orda olan düşüncəni, dünya görüşünü Azərbaycanlılar üçün, pay verirlər. Hər dili öyrənmək öz yerində faydalı olduğunu nəzərdə tutmaqla birgə İstanbul Türkcəsinin öz Türkümüzlə çox yaxın olub,  təkcə bir az fərqli olduğunu nəzərdə alaraq, başlanışda onun dilimizin öyrnməyinə çox faydalı görməyimə baxmayaraq, orda olan düşüncə, dünya görüşünü Azərbaycanlılar üçün olmadığını düşünürəm.
         
       Axırda artırmalıyam, hər bir dil, öz alanında yoğrulur. Öz dilimizi yoğrultmaq üçün, bu dilin alanını genişləndirməliyik. Bu da, bu dili önəmsəməyib , yazıb-yaratmadan olası deyil.