Sunday, February 24, 2013

əkrəm əylisli, orhan pamuk, və türklərin durumları

  bu yazıya nədən olan tanınmış Azərbaycan yazıçısı, Əkrəm eylislinin rus dilində yayınladığı, Daş Yuxular, unvanındakı kitabının yartadığı təpgilər oldu. Əkrəm Əylisli dediyinə görə bu kitabı çoxdan yazmışdı. demək Əkrəm Əylislinin zehnində bu qonu çoxdan canlanıb, içində böyüyüb, ona yarana bilən təpgilərin qarşısında dura biləcək qədər özünü haqlı görmək durumuna çatıb, Moskovadan biri ondan yazı istədikdə, öncədən yazılmış rumanı, ruscaya çevirib, orada yaxşı qarşılandığına inanaraq, çap üçün hazırlamışdı.( Əylislinin öz dediklər belə dir).
 
   Əkrəm Əylislidən öncə Azərbaycanın tanınmış yazarlarından, Azərbaycana qarşı yazıları yazıb, Azərbaycanlılara savaş aparanların cəbhəsinin güclü topxanasına çevrilib, Azərbaycan varlığını bir başa bombalayanlar çox olub dir. Təbrizli Əhməd Kəsrəvi, Təqi Aranlı, Seyid Həsən Təqizadə kimi adlar bu qonunun ən tanınmış adları olublar. onlardan sonra da, Azərbaycan kökənli yazarların bir çoxu, Azərbaycana qarşı yazmaqdan çəkinməyiblər. hərdə Azərbaycan üçün savaşan yazarların da əsərlərində, belə bir tutumu görmək olur. örnək üçün Azərbaycanın tanınmış və etgili yazarı Səməd Behrəngi, yazdığı Qaraca Balığa tay mubarizə simgəsinə çevrilən biri, fars dilini necə Azərbaycanın türk uşaqlarına öyrədə bilmək üçün kitab yazıb. ancaq Azərbaycanı düşünən insanalarla danışandan sonra, Azərbaycanın əleyhinə işləyə biləcəyini öyrənəndən sonra, onu yaymağın dayandırıbdı. Səmədin mubarizə yoldaşı olan Oxtay Nabdel də, Azərbaycanın xalqının haqlarını savunma uğrunda mubarizə aparmağına baxmayaraq, Azərbaycan və Milli Məsələ adlı farsca yazısını, özünü millətçilik damğalarından qurtarsın deyə yazdı. Oxtayı belə bir yazının yazılmağına sürükləyənlər, solçuluq anlayışında olmaqlarına baxamayaq, tarixdə farsçılığı canlandıranlar olublar.  
 
 
   bu təkcə Azərbaycanlıların içində olmuyub. Türkiyəli Orhan Pamuk da yazılarında belə bir yanaşması vardır. Orhan Pamukun Qar adlı rumanında Qarsda üz verən olaylarda Kürdlərlə islamçıların qabarıq huzurları vardır. Əslən Azərbaycan şəhəri olan Qarsda, Pamuk Azərbaycanlılara üzdən keçmə bir toxunması vardır.
 
   belə bir yanaşma təkcə yazarların arasında qalmır. diqqət etsək dünyada hakim olan politik, öz göüşünü güclü ilətişim araclarıla, hər kəsə hakim elətdirir. bilgi adıla, istədikləri görüşləri fakt olaraq ortaya qoyub, eşidənləri qandırıb, özlərilə yol bir eləyirlər. dünya güclülərin çıxarlarının doğrultusunda olamayanları, istədikləri kimi görsətməyə çalışırlar. haqla haqsız, onların göstərdikləri kimi ortaya qoyulur. Pamukla Əylislinin bir böyük fərqləri vardır. Pamuk, Türkiyəli olduğu üçün, torpaqlarına basqı olmayıb, ancaq Əylislinin torpaqları hələ də var, düşmənin əlində dir. Azərbaycan Cümhüriyyətində olan politika durumla yaxından tanış olmadığım üçün, o politikanı ələşdirmək doğru ola bilməz. ancaq əlimizə çatab xəbərlərə baxdıqda, orda olan milli düşüncə, doğru-düzgün Azərbaycanı savunmaq doğrultusunda addımlamaq yerinə, bir kimsəyə bağlı bir yön götürdüyü heç olmasa dışarıya görüntülənir.
 
    Dünyada olan güclər isə adda özlərini Azərbaycanın dostu adlandırdıqlarına baxmayaraq, əllərindən gələn Ermənilərə yardımçı olub, onların ayaqda durmalarını sağlayırlar. onların yanında bölgə gücləri də ermənilərin ayaqda durmalarına yardımcı olurlar. dünya güclərinin üçüncü dərəcəli qolları olan fars oposzisyonu, Azərbaycanla bağlı düşmənçiliklərindən heç vaqt vaz geçmirlər. bu gün, dünya güclərinin bölgədə biricik evladlarına çevrilən Kürdlər, gələcəyin sorğusuz haqlı hokumdarlarna çevriləcəklər. be dəyişim, əyər öz haqlarına dayanaraq olsa, heç kim üçün sorun olmaz. ancaq tarıx boyundakı haqsızlığa uğradıqlarının öcünü, bölgədə yaşayan millətlərdən almaq istədikdə, gələcək qorxulu olur. tarıx böyü, Iraqda olan turkmanlar, devlət qurmadıqları üçün, heç zaman zulm edə biləcək tutumunda olmayıblar. bu üzdən, kürdlərə hər millət haqsızlıq etsə də, onlar haqsızlıq etməyiblər. tərsinə kürdlərin əlilə yağmalanıblar. Kürdlərin əlləri güc tutduğu vaqt, savunmasız qalan Türkmanlar qurbanlığ oldular. maraqlısı Türkiyə devlətinin dünyanın istəyinə rəğməm bilə-bilə onları qorumaq üçün addım atmamları idi.
 
   Kürdlər, bu gün Azərbaycan torpaqlarında da gözləri vardır. təssüflə dünyanın dil xəritəsinə baxdığımızda Batı Azərbaycanın başa başını kürd dilli tanıtdırıblar. bu kürd dilli tanıtdırıb yaymaqda özlərin Hind-Avrupalı dillilərindən bilən farsların qatqıları danılmaz dir. ha belə dünyanın Hind-Avrupalı dilçilik yapılarının da qatqıları danılmaz dir.  bu durumu görən Türklər az olmayıblar. ancaq onları ilgiləndirmədikləri üçün, çox üstündə durmuyublar. bəlkə də elə bir durum olduğuna, dünyanın bilim mərkəzi sayılan Avrupa kökənli qurumlara inanıb, Azərbaycanlıları haqsız görüblər. bu xəritələrin təkcə xəritədə qalmayıb doğrula bildiyinə inanıram. bu xərtiəyə dayanaq, bəlkə gələcəkdə Azərbaycanlıları qırdıqda,  Əkrəm Əylisli kimiləri gələcək işğalçıların haq olduqlarını düşünüb ruman yazacaqlar.