Saturday, December 11, 2010

Kəndlilər

   kəndli‌lər , uşaqlıqdan çöl-bayırla ilgi‌lənirlər. kəndli‌lərin durum‌larına görə iş‌ləmək‌lərı fərqli olur. hər kəs gün çıxandan işə gedir. arvadlı-kişi‌li, qızlı-oğlanlı hər kəs iş‌lmə‌li‌dir. ola bilsin işə təzə başlayan uşaq‌lar iş üçün zorlansın‌lar, onlardan başqa hər kəs işin bir ucundan yapışıb işləirlər. gərəkən yemkə‌lər, nəsnə‌ləri özləri yetişdirirlər (indi‌likdə bir az dəyişibə‌lər, bir az şəhərli‌ləşib‌lər).

      kəndli‌lər yalan danışmaqdan acıq‌ları gələr, qonağı sevərlər. bir sufra başında otursalar, duz-çörək yedik‌lərinə görə daldan xənçər vurmaqdan çəkilərlər. ış çevirməyi düşünməzlər. böyük-kiçik hörməti saxlanılar. dostluqda sununa qədər olarlar, duşman olduqda duşmanlığı üzlərində yansıdarlar.

      kəndli‌lər tez evlə‌nərlər, tez evləndikləri üçün gözləri onun-bünün namusunun dalısında olmaz. arvad-kişi bir-birindən çəkilməzlər. qızlar oğlanlardan qaçmazlar. biri birin sevsə, tez üzə çıxarar. gizli sevgi‌ni uzatmazlar. qızı vermə‌di‌lər qaçırdarlar.

       kəndli‌lərin sıxıntı‌lar dərs‌oxuyan uşaq‌‌larının çətinli‌yə düşdükləri olur. dərsi oxuyub bitirən kəndli‌lər daha kəndə qayıtmazlar.

       şəhərli‌ləri öz yerlərində (kənədlərdə) sevərlər, şəhərə getdikdə şəhərli‌lərlə xoş‌lanmazlar(şəhərli‌lərin kəndli‌lərə toxunduq‌ları üçün). şəhərə gəldikdə calışarlar şəhərli‌lərin dəb‌lərilə davranalar.

     kəndli‌lər sağlam yaşayarlar. hər kəs kəndli‌ləri gördükdə süt-qatıq‌la sarı‌yağı sağlam‌lıq‌ları üçün etgi‌li bilərlər. iş‌lməyi , doğada yaşamağı, düz yaşamağı etgi‌li bilməzlər.

kənddə kasıb, devlətli o qədər seçilməzlər( toyda - yasda ).

No comments:

Post a Comment