Tuesday, March 8, 2011

ÇƏRŞƏMBƏ

  İli addımlıya-addımlıya sona çatdırırıq. bayram ayının içindəyik.
Dörd çərşəmbə-nin ikisin atlıyıb üçüncüsünə yaxınlaşırıq. bayram yeli isə hərdən əsir.
Bu il qiş dediyin bir şey görmədik. Çillə-lərdən də xəbər olmadı. soyuqdan da. qışımız belə olduqda yayımız necə olacaq, alla bilir.
   Bu ilin də son çərşəmbəsini Tehranda qalmaq məcbüriyyətində olacağam. neçə illərdi daha şal sallıyanmıram. şal sallıyacağım bütün bacalar məni gözlüyürlər. qorxuram gözlüyüb gözlərinə ağ gələ. bir il, iki il, dörd il, tut get illər boyu gözləməli dirlər.
Günah, bacaların özlərində dirlər. sevitdirənlərini küsdürməməli dirlər. bu küsmək elə küsmək dir ki barışmaq istəyəndə də barış olmur. özümlə deyirəm barışım! olmur!
    Buralarda çox Qar-Çiçəyi axtardım tapa bilmədim. novruz gülünü də tapanmadım. ot yandıracağım yeri də.
   Bərəkətlərdən yeddisni neynirəm! bayram sufrası açacağam ki ora quyam! amma roz yumurta buyuyacağam, kənd yumurtasını hardan tapım axı! rozu buyuyacağam özü də qirmizi.
                                  Bilirsiz! qirmizi mubarək olar mubarək.
   Demədiz yumurtaları neynirsən? özüm deyirəm ayrısından eşitmiyəsiz. gəlib tərsə xəbər verərlər. buyanmış yumurtaları özümdən götürəcəyəm yolda bütün dadıb düşüb düyüşəcəyəm . bütün yumurtalar yenilməlidirlər.
                                                    Küsdürülmüş qayıdır.
    Balığı da saxlıyacağm küsülsəm yoldan keçən çaylardan tutam. kim nə bilir bu küsmək nə qədər sürəcək? siz deyin.
   Bilirsiz bəxtim də yoxdur tonqallardan atlanam. curabımı da toxuyublar. yox toxumuyublar. burda yumaq-yün  tapılmır. tapılsada əyirib, toxuyan tapılmır.



                                                 bu yazı keçən il yazılmışdı.

BAYRAM

   Bayram gəlir çatır, hər il də tikrarlanır. Azərbaycan-dan başlanalaraq, dünyanın çox yerlərinə bayram yayılıb. hər yerin yerli adam­larına uyğun bayram dəb­lərini görmək olur. bir sıra yerlərdə bu dəb­lər ağır, başqalarında bir az yumuşaq olur.
   İnsan­lar bir az özlərin aydın fikir, hiss etdikdə "bu dəb­lər keçmişinki dirlər" deyərə­k özlərini modern göstərmək üçün, bütün Bayram dəb­lərini özlərindən sildirməyə çalışırlar. bayram dəb­lərini vurğuladıq­da təkcə o dəb­ləri yozurlar, çox büyük atdım atdıq­da bir yazı yazırlar, bir rəsim çəkirlər inana bilmədik­ləri bir olayı necə yozub, yorub, naxış­lıyırlar allah bilir!!
  Həlbət yazı yazıb, naxış çəkənlər çox da yaxşı iş görürlər, ancaq bu dəyər­ləri özləri yaşaya bilsə­lər yazıları, naxış­ları artıq­raq cana yatar.
    Vurğulamalıyam, bir dəb yaşamasa, zaman sürə­sində aradan gedib, təkcə xatirəsi qalar. sonra birləri də tapılıb onları yeni­dən qurmaq istə­iy­əndə bu istə­mək yaramaz. yaradıq­da ənə­şuş yarar. hər nə­ tərsə yerinə oturub, yeni­dən quran çalışar beyninədə olanı dəb yerinə, millətə versin. gör­ün verdiyi nə çıxıar!? yerin alar, xalqa işlər, xalq ışlə­dərmi!? neçə il yaşarmı ?! əlbət yarayıb, yaramadığını mən qərar verə bilmərəm, ancaq yaşadığımız illərin təcrübh­si bünün tərsini gösədir. demək olar yaşayan hər bir əsər xalqın yararlandığı olayların axının­da olsa o yerinə oturar.
   Haçandan yaranmağı bilinməyənlə neçə min illərdən qalan dəblərin və kimin yaratdığı bəlli olmayan dəb­ləri açıq­lamaq bu asan­lıq­la olmaz. millətlərin uzun zamanlarda oluşdurduq­ları dəb­lər, zaman sürə­sində tapdalanıb, yontalıb çoxlu donlara girib, aşamaları aşdırıb bizə gəlib çatıb. bu dəb­lərdə din, əfsanə, üstürə, elm, xürafə və . . . . yaşayır.
  Dəb­lərin hansı yeri hansı donu geydiyini bilmək daha çətin dir. bir sıra dəblərin, nədənin bilmə­diyimizdə onu silib qırağa qoymaq büyük yanlış­lıq dir. "Levi İştravsın" Güney Amrıkanın yerli xalq­larının arasında apardığı araşdırmalarda, keçmiş­dən qalan yaşam tərzlərində ayın düşüncə(mithical thought) yaşadığını vurğuluyur;
  Bugün burda olan bilgi­lər onu çözə bilmə­dik­ləri üçün onları geri qalmış düşüncə adlandırırlar. belə adlandırmağın təkcə nədəni bir yönlü baxış­lar dir.
   Bayram­dan uzaq düşmüyə­lim, yer dolanır, günə yaxın­laşır, yer qızır lütlənir, hər nə var içində eşigə tükür, bir şey qalmadıq­da sozalır, saralır gündən uzaqlaşır, lütlə­şdiginə görə ağ don geyir, yer donur, bir daha günə yaxınlaşmaq istə­dikdə bayram olur.
   QIş bütün qış­lığı­la başa çatdıq­da yerin canlanmasının xəbəri, bayrama bir ay qalmış­dan yer göyü bürüyür. bu olayı qutlamaq, belə bir durumu yaşayan yerlərdə yaşanar, yaşamadıq­da düşünüb yaşada bilməz. dəblər yaşamda olan dəyərləri abardıb saxlamaq üçün oluşublar.
   Od-un dəyərini soyuq­da yaşayan insanlar bilər. keçmiş zamanlar ocaq­larının söndüyündə yenidən odu yandırmaq çətin olar. bu çətinlik qışda iki qat artar. bəlkə də onların hayatlarının sonuna apara. elə ona görə­ də ocaq qutsal bir anlam tapır. ­ 
   Zumarın sona çatdığı­la birgə qışın qarqışından qurtulub bir il daha yaşamaq imkanı tapan insanlar təkcə bayram adını belə bir olaya verə bilərdilər. verdilər. bayramı düşündükdə hər nə­ yeni­dən doğulur  yeni­dən başlanır. hər nəyi yeni­dən başlamağa neynəmə­liyik, bu sevinci bütün insanlarla paylaşmalıyıq. qar-la qış aramıza ara saldığı insanları izləyib tapmalı­yıq. diri qaldıqlarına sevinib, ölənləri xatırlayıb, hayatı olduğu kimi yaşamalıyıq.
Bayram özü hər nəyi deyir. hər bir başqa olayın əzizə­mhəsinin başqa adı olmalı dir. quyruq doğur, sunay olur, halay çəkilir halay puzan oyanır, gündüz daralır, gecə uzanıb, çilləsinə çatır.
   Kosalar yola düşür, kiçik çillə gəlir, bayram yeli əsir ( və`də yeli ), son ayın çərşənbə­ləri süvşdürülür, axır çərşənbə keçir bayram gəlir, il dönür. bayram sufraları açılır. bərəkətlərdən yeddisi sufralara qoyulur . hər kəs tapa bildigi, bərəkətlərlə  sufrasını bəzəyir.
  Bərkətlərin yeddisi :
1 - Torpaq bərəkti: Qovurqa, Buğda, Torpaq 
2 - Sü bərəkəti: Balıq, Sü
3 - Ağac bərəkəti: Alma , İdə , Girdəkan(Cəviz) . . .
4 - Mənəvi Göy bərəkəti: Quran
5 - Alış­-Veriş bərəkəti : Pül , Sikkə
6 - Heyvan bərəkəti: Yumurta
 7 - Göyərməyin bərəkəti: Göy Becərtmək
   İslam gəlmə­miş­dən öncə bayram təkcə elə il bayramına deyilirdi. ancaq islam gəldikdən sonra daha iki olaya bayram adı verildi: Qurban bayramı , Fitir bayramı. bu iki bayramda da yeni­lənmək olur. mənəvi yeni­lənmək. içəridən pis­likləri arıtlamaq bayramı. bayram tək deyildigində bilinir il bayramı dir, qurban bayramı­la fitir bayramını dedikdə qurban la fitiri gətiririk. qum qədir də seyidlərin bayramı adlanır. keçmişə­dən qalan dəb­lər din gəldikdə aradan getməyib təzə don geyir. dinilə uyğun­laşır.
   Sonunda artırmalıyam bərkətlərdən yeddisi `Nasir Mənzurı`-­nın Dilmac­ dərgisinin 34-ci sayısında çap olduğu ayın düşüncə mətləbindən alınıb.
Bayramız mubark olsun .
   Yumurtaları qırmızı buyayın. qırmızı balıq­da yaddan çıxmasın. quvurqaya da töv verin. idə, qırmızı alma, göyərtmiş göyün qırmızı qurşağı da yaddan çıxmasın. əlizə xına da qoyun qırmızısı buyanmış yumurtaya çalır. yumurtaları düşün mən gəldim. 

Saturday, March 5, 2011

KİTABLARA YANSIYAN KİMSƏLƏR

   Görürsən, bir nəfərin bütün ömrünü bir kitaba yerləşdirib, yayırlar. əlbət, yaşayış‌ların yazılmağı hər kəsə qismət olmaz. yaşayış‌ları yazın‌lar, toplumun etgi‌li adam‌ları olurlar. genlə‌likdə tanıla bilənlər isə, bir nəsil‌lərin arasında barmaq sayı ola bilir.
   İnsan‌lar bir kitaba yansımaq üçün, çevrə‌lərində olan kimsə‌lərdən fərqli oynuyurlar.
   Fərqli oynadıqda, yaşayış‌ları diqqət çəkir. oynayanların durum‌larına bağlı, yaşayış‌larında çətinlik‌lər ilə üzlə‌şirlər. kitab‌lara yansı‌yan‌ların, genəl‌lik‌də ortaq özəl‌likləri var dir. bu özəl‌lik onların, bir kəs‌ləri yansımamaq‌ları dir. beyin‌lərində olan düşüncə‌lərin qoruqçuları dırlar. ola bilsin bir düşüncəyə, neçə nəfərlər liderlik etsin‌lər. daha düz açıq‌laya bilsəm, belə demə‌liyəm. onlar başlanqıc olurlar .
   Başlanqıc kimsə‌lərdən başqa, kitab‌lara yansı‌yan‌lar, hakim‌lər olur. hakim‌lər güc qaynağı sayıldıqda, bir toplumu beyinlərə görə fərqli yerə sürük‌lüyə bilərlər. hər halda hakim‌lərin olduq‌ları yer, tərpənməyi gərəkir. tərpə‌nişdən asılı olaraq, hakim‌lər hər zaman, kitab‌lara yans‌ıyırlar.
    Kitab‌lara yansı‌yan‌lara fərqli səviyə‌də yanaşmalar olur. bir sıralar, öz millətlərinin arasında qalır. barmaq sayı‌ları dünyalaşırlar. bir sıraları öz yüz illiklərində qalırlar. hər dən biri də əbədıilə‌şirlər. əbədi‌ləşmə‌lər, dünyaya verdikləri ətgi‌lərdən asılı olur.
    Əbədi‌ləş‌ənlərin içində kötüləri də olur. bəlkə də sonradan kütə‌lnirlər. ya da sonradan arındırılıb, gələcək nəsil‌lərin yayqın adlarından olurlar.

DAŞ OLMAQ

   Daş olmaqdan, dönüş yox dir. daşı əymək olmaz. daş dəyişilməyə yuotanılmalı dir. daşdan yontalanmışlar bir daha o daşa qayıtmazlar. yontanılmasa, bölünmə‌li dir. bölünmüş daşı heç nə ilə, bütün daşa çevirəmək olmaz. yapışqan‌la yapışdırsaq zora düşəndə yapışdırılan yerdən qopar. daş bütünlüyünü saxlamağa, bölünməmə‌li dir. bəlkə də daş olmamalı dir.

   Daş olmaqdan çətini daş kimi yaşamaq dir. düşdüyü yerdə qalıb, özünü tərpət‌mir. qaldığı yer onu başqaları tərpət‌məyə gücü olmayana kimi dir. güc çoxaldıqda yerindən oynayır.

Wednesday, March 2, 2011

MƏNƏM DAŞQAPI

    Söz verdi, ürəyində olan sözlərini bir kəs‌lərə çatdıra. bu söz hər kəs danışan söz idi. hər kəs danışan sözü ni‌yə çatdırsın, bilmirdi. söz dediyin, şəhərdə olan daş-qapı‌nı uçutmaq idi.
   Daş‌qapı çoxdanın daş‌-qapı‌sı idi. üstundən illər, günlər keçmişdi. kəçemişdə ötən‌ daş‌-qapı‌ya bir təpik vurub keçmişdi. daş‌qapı laxlamışdı. daş‌qapı‌nı allah saxlamışdı. lax qapı‌dan keçmyəə hər kəs qorxurdu. keçən bir təpik vurub keçirdi. dalına baxırdı. başını oğurluyurdu. boynunu qısırdı. qapı titri‌yirdi. keçən tez mısırdı.
Hər gün qapı‌nın ləxşeh‌l‌iyi çoxalırdı.
  Hər kəs qapı‌dan danışırdı. han-han ıdı xalqın başına yıxıla. daş‌-qapı tərpəndik də şəhər tərpnirdi. hər kəs yırqalanırdı. deyə‌sən qapı‌ şəhərin dirəyi idi. hər kəs bu qapı‌dan qurtulmaq istəyirdi. qapı olmadıq‌da, boyun‌lar qısılıb, gözlər yumulmuyacaydı.
    düşünürdü qapı yıxılsa, şəhərin üstünə yıxılacaydı. yox şəhəri baş əüstə quyluyacaydı. şəhərdə olan‌ları basdıracaydı. bilirdi ancaq deyə‌nmirdi. şəhərin darqaları bir kəs qapı‌dan yana olsaydı, basıb döyərdi‌lər. heç kəs qapı‌dan yana ola bilməzdi. əlbət duranlar da olurdu, ancaq onları da sıxma-boğmaya salırdılar. əllərində hər nələrin alıb qovurdular. hər dən quvlan‌lar, şəhərə qayıtdıqda küçələrdə qalırdılar. o da istərirdi, daş-‌qapı‌dan yana ola. daha doğrusu yanaydı. ancaq istə‌mirdi quvula. qotxurdu boğula.
  Taxma adlarla yana duran‌lar var idi. döyənc, daşlı qaya, qap-qaşıq, şəhər-daşı , qapalı şəhər, dirə‌k, kürə‌k, daş ürək kimi adlar eşidirdi. ancaq bilmirdi kimlərdi .
  Sözün tütmüşd . daş‌qapı olacaqdı. daş‌qapı oldu. hər kəs də bildi bir daş‌qapı var. daş‌qapı olmamışdan da daş‌qapı‌nın olduğunu hər kəs bilirdi. istirdi daş‌qapı‌nın içinə girə, hər gün bir yerində ola.
   Gecə‌lər yuxuda daş-‌qapı olurdu. gələn gedəni görürdü.  daş‌qapı‌nı dağıtmağa döyürdülər. dibini oyub  sü bağlayırdılar.  şəhərdə olan‌ların çoxu daş‌qapı‌nı sevirdi‌lər . sevincdən daş‌qapı‌ya təpilirdi‌lər. daş‌qapı titri‌yirdi. a sevnə‌ləri çox idi. onun üçün ölənləri  görürdü. ölümünə and içirdilər.
   daş‌qapı hərdən daş olmaqdan doyurdu. taxta, dəmir olsaydı, indi‌yə dək yüz yol dəyişilmişdi. bu qədər də şəhərə batmamışdı.
   Hər kəs şəhərdə daş-‌qapı olurdu. şəhərdə qapı‌‌lar doyulurdu. kim olduq‌ları soruşulduqda, qapı dalından səs gəlirdi; aç qapı‌nı, mənəm daş‌qapı.