Sunday, October 31, 2010

Azərbaycan türkcəsinin fonetikasi

" Azərbaycan dilinin fonetikası " ünvanında kitab ərəb əlifbasında dünya yayın evi tərəfindən yayılıb. bu kitab azərbaycanın adlım dil uzmanı Ağamusa Axundofun bu ünvanda olan dəyərli kitabının qısadılmış köçürümhəsi dir. köçürhəni isə rəhmətlik Əhməd Şaya ( Ə - Alav ) dir.
 
   Dili dərindən öyrənmək istə‌yən‌lərə bu kitabın oxumağı təklif olunur. bu kitabı oxumaq‌la qısaca olaraq Azərbaycan türkcəsilə elmi tanış olmaq olar.

Saturday, October 30, 2010

nəyimiz var?

Keçn yazıda varlıq‌larımızı savunmaqdan yazmışdım. indi varlıq‌larımızı gözdən keçirə‌cəyik, görək nəyimiz var?
    bir kimsə‌nin varlıq‌larını oluşduran‌lar bunlardırlar:
1 - Fiziki özəllilik‌ləri (ınsanın qılığ demək‌dir); atayla anadan uşağa qalır.
2 - Jenütipi özəlli‌likələri ( hüş , sağlam‌lıq . . . ) suydan çatıb, süyü daşı‌yır.
3 - Sosyal özəlli‌lik‌ləri ( toplum da olan qat, kültür ) qazanımalı‌dır.
4 - kimsə‌ni daşı‌yan kimlik bəlgəsi: doğulandan sonra ona verilib, ömür boyu onla qalır ( ad , millt bağlılığı , kültür , dil bağlılığı , din bağlılığı . . . )
5 - hər bir kəs yaşam sürə‌cində özünə qazandığı varlıq‌lar ( mal - dövlət , savad, hayat yoldaşı , uşaq . . . )
Yuxarıda ad apardığımız üç özəlli‌lik insana çatır.  dərisinin rəngi dəyişdirə bilməz(təzəlikdə dəyişirlər). alçaq-ucalığını dəyişdirə bilmiz. yetişən huşu dəyişdirə bilməz . ata-ana ayiləsinin hansı qatda olduğunu dəyişdirə bilməz.
     Kimsə‌ni daşı‌yan kimlik bəlgə‌si ona verilsə də, böyüdükcə diyşdirə bilər. ancaq bir sıra özəlli‌lik‌ləri dəyişdirməyə imkan‌ların  yaranması gərək‌li dir. biz yaşadığımız yerlərdə hər istə‌nilən ad verilməz. istə‌nilən dil öyrədilməz, istə‌nilən musiqi‌nin öyrənməyinə imkan yaranmaz. bunlar yaranmadıqda böyüdükcə insan ona verilən deytalara alışar. alışan beyin‌ləri, böyük‌lükdə dəyişməyi zor olar. dəyişdirə bilsən belə bacarıq‌ların yaradıcılığına çatmayacaq.
    Beşinci özəlliliyi kimsə‌lər özləri qazanmaq‌larına baxmayaraq, ondan öncə saydığımız özəlli‌likələr bu özəlli‌liyin oluşmasında yuxarıı izi vardır. onlar ötüşmə‌dən qazandığı varlıq‌lar istə‌di‌gi kimi ola bilməz. daha doğrusu istək‌lər  durum‌lardan etgi‌lənir. bir şeyləri yaşamadan(görmə‌dən) onlara arzı yaranmaz(arzı dayirələri kiçik olur).

Wednesday, October 27, 2010

varlıq‌larımızın nə qədərin savuna bilərik?

    Hər kəs yaşamaq istə‌sə uşaqlıq dönəmindən sovuşmalı‌dır. uşaqlıqda hər kəs bir şeyləri yiyə‌lənir. yiyə‌ləndi‌yini də paylaşmaq istə‌mir. boy atıb böyüdükcə, insan çalışır çox şey‌lərə yiyə‌lənə, yiyə‌lənir. ancaq yiyə‌ləndikə‌lərini sonuna qədər saxlaya bilə‌cək yuxsa yox, hamı‌nız bilirsiz!!. hər yiyə‌nilən şey tütülüb saxlanmır. hər bir insana ölüm nəzərdə alsaq yiyə‌ləndi‌yi çox bir şey‌ləri qoyub getmə‌li‌dir. ancaq insanın yiyə‌ləndiyi bir şey‌lər də var ki öldüyündən sonra yiyə‌li‌yi onunla bitmir. bu bitmi‌yən nəsnə‌lər, olay‌lar la düşüncə‌lər ola bilərlər. olay‌lar insanın yaşadığı yerlə bağlı‌dır. yaşadığı yerin varlığı dəyşildikdə insanın yadda qalan yaratdığı olay da dəyişilir. hər kəs olayı istə‌digi kimi yozur. düşüncə‌lər isə çox yaşayırlar, ancaq düşüncə‌lərin etgi‌ləri azalır. azalıb aradan getmir. bəlkə dünya devrildikdə onlar aradan getsinə‌lər!
 
Mən belə düşünürəm: bir ınsan yiyə‌ləndiyi hər bir nə‌yi son gücü‌lə savunmalı‌dır.

Monday, October 25, 2010

Azərbaycan əkinləri

     Keçn günlərdə azərbaycanın əkin‌çi‌lərindən yazmışdım. bu yazıda azərbaycanın əkin‌lərindən yazıram. azərbaycanın torpaq‌larının verimli olduğuna görə, əkin‌ləri yetişilən çağ‌lar bazarın gözü olurlar. hər əkinin yaxşı‌sını( əlbt burda əkilən əkinlərin) azərbaycandan tapmaq olur. azərbaycanda əkin‌ləri sənəti olaraq az yerlərdə əkilıir(muğan). sənəti əkilmə‌məyin nədəni yerlərin bütöv olmadığı dır. yerlər ata - baba‌lardan uşaq‌larına miras qaldıq‌da onların arasında bölünür. bu bölünmk‌lər davam‌lanır. bir bütöv yer zaman sürəsində neçə yerə bölünür.
     Bu bölünmüş yerlərdən də azərbaycanın əkin‌çi‌ləri yaxşı əkin ələ gətirirlər. azərbaycanın yerlərində fərqli - fərqli əkinlər əkilir. bir sıra yerlərdə bir əkin çox əkildi‌yinə görə o yerin adın qazanır. azərbaycanda əkin‌lərilə adlanan yerlər( şəhər, bölgə, kənd ) çox dir.
      Bir sıra əkin‌lər, azərbaycanın çox yerlərində əkilir. alma, üzüm, buğda, gilənar(albalı), gilas və bunlara tay əkin‌lər azərbaycanın çox yerlərində əkilir. bir sıra əkin‌lər də bir bölgə‌lərdə əkilir. elə əkin‌lər var, hər yerdə əkilsə də bir yerin adına vurulur. bu adına vurulmaq azərbaycanın sınırlarını aşıb, başqa yerlərə çatır.
   Aşağıda bir sıra bölgə‌lərə ad qazanan əkin‌lərin adlarini gətirirəm:
  • Yeralma soyuq yerlərin əkin olduğuna görə azərbaycanın soyuq bölgə‌lərində əkilir. Ərdbıl, Həmədan, Çaldıran (Qəreyni ), Fəridən çox sayı‌da yeralma əkilən yerlərin adları dir. bu yerlərin içində ərdəbilin adı yeralma yeri olaraq çox deyilir.
  • Üzüm, Azərbaycanın bir çox yerlərində əkilir. Ərdəbil bölghəsində Meşkin mahalının üzümü adlı - sanlı dır. Məlikkəndi, Takıstan, Urmu başqa çox üzüm əkilən yerlərin adı ‌dır. bunların içində isə urmu üzüm şəhəri olaraq çox adı çəkilir.
  • Alma Azərbaycanın hər yerində əkilir. Meşkin, Zəngan, Marağa, Xoy, Urmu, Əhər, Mərənd alma bağlarının çox olduq‌larına baxmayaraq, Zunuz alması özünə özəl ad qazanıb dır.
  • Binə (Çuğundur, Pazı) Azərbaycanın çox şəhərlərində əkılır . Azərbaycanın qənd fabrıkaları olan şəhərlərdə hər yerdən çox əkılır . Urmu , Süldüz , Xana ( Pıranşhr ) , Xüy və Quşaçay çox çüğündür əkılən yerlərin adı dırlar. bu şəhərlərin içində Quşaçay qəndi özünə özəl ad qazana bilib.
  • Girdəkan‌ ( cəviz) azərbaycanın hər yerində olur. Üskü, Əcəb‌şer, Marağa, Fərahan, Komıcan çox say‌da girdəkan bağı olan yerlərin adı‌ dırlar. onların içində Marağa da girdəkan alış - verişi çox olur. belə ki marağalı‌lara fəsli olaraq girdəkan alış - verişindən bir illik xərclərini ödəyə biləcək qədər iş yaranır.
  • Nar adın çəkdikdə Sava yadımıza düşür. Narı başqa yerlərdə əksə‌lər də sava damğasını nara vürüb.
  • Günə‌baxan Azərbaycanın çox yerlərində əkilir. çox sayı‌da Salmas, Çaypara(Qaraziyadın), Mərənd, Bokan və Xoyda  əkilir. bu mahal‌ların içində xoy özünə özəl ad qazanıb. xoyun günəbaxan meydanı yaranıb, xoyluların bir bölümünün birəti işləri olub.
  • Ləpə çox yerlərdə əkilsə də Tufarqana özəl olaraq tanılıb.
  • Soğan bınab, güney mahalı(Şəbistər), Ilxıçı, Xısrovşa da əkilir. bu yerlərin içində Ilxıçı soğan yeri olaraq tanınır.
  • Göcə( Qirmizi Badımcan, Pamadur ) Mərənd, Ay‌batan, Güney də çox əkilir. Güneyin göcə‌si özəl ad olaraq tanılır.
  • Süpürgə hər yerdə olsa da əkin olaraq Miyana da əkilir. Miyanada əkilən süpürgə‌ləri çoxumuz Məşhəd süpürgh‌si olaraq tanı‌ıyrıq( tanıtdırmaq da sorun var ).
  • Qızılgül çox yerlərdə əkılır . Azərbaycanda Xoyda qızılgül çox sayı‌da əkilir. qızılgülün yeri olaraq Kaşan ( Qəmsər ) tanınır.
  • Zeytin çox sayı‌da Muğan‌la, Tarım da əkilir. Azərbaycanlı‌lar bu yerlərin zeytinləri olduqlarını bəlkə eşitmi‌iybə‌lər !
  • Hülü , Şaftalı çox yerlərin meyvə‌si dir. hülü lə şaftalı Güneymahalında (Şındava, Nadarlı ) hər yerdən çox əkildi‌yinə görə meydan‌ları orda olur. bu yerlər də adları bu meyvə‌lərin yerləri olaraq tanıtdırılmayıb‌lar.
  • Alı (alça ) çox yerldə boldur. bu yerlərin adlım‌ları Sərdəri ilə‌ Meşgin dir.
  • Heyua deyildikdə hər kəsin ağzı sulanır. heyua ağacları təkə-tük çox yerlərdə olur. ancaq heyva çox sayı‌da əkilən yer Küyü( Kivi, Givi ) dir. heyva almaq üçün hər yerdən(meydançı‌lar) küyüyə gəlinsə‌ də heyva şəhəri olaraq küyünün adı qolaq‌larımıza dəməyib.
 bir çox yerlərin də özəl meyvə‌ləri vardır, mən bilmirəm. ola bilsin bu yerlərin meyvə‌lərini o yerlərin adam‌ları tanıt‌dırsın‌lar.

Saturday, October 23, 2010

Evlərin İçində Olan Durumlar

   Evlərin fərqli durum‌larla ndikə‌lərinə görə hər bir ev qədər çeşitli‌lik vardır. hər bir evin durumu özəl dir. hər bir evin özəl durumuna baxmayaraq, evlərin durumlarının aralarında oxşarlıq‌lar da var. lap gözə çarpan oxşarlıq‌ların biri evlərin içində olan adam‌ların durumu dir. hər evdə egh‌mn olan bir, iki, üç . . . kimshə‌lər vardır. eyni zamanda evin bütünlüyünün qayğı‌sını çəkn kimshə‌lər vardır. bu qayğı‌çkn kimshə‌lər egh‌mn ola bilərlər, ola bilməzlər.
    
     Evlərin egə‌mən‌lərinin özlərini sorumlu bilib, bilməyənə‌lər vardır. bu durrumları saydıq‌da görərsən bir evdə bir kəs‌lər özələrini fərqliləndik‌‌məklə evin bütün sorumluluq‌larından baş qaçırdıb, özünü gəlişdirməyə çalışır. evdə olan hər kəs isə onun sunuca çatmağına ımkan yaradır. evin son sözün isə fərqli‌lənən kimsə danışır.
   
   Zaman  keçdikcə hər bir ev neçə evə bölündükdə fərqli‌lənən kimsə fərqləndiyi üçün evlərinin başqalarına görə yuxarı durumu yiyə‌lənir. neçə ev olandan sonra da evin qayğı‌sın çəkn kimsə özünün kötü durumuna baxmayaraq evin başqa adam‌larının qolluğunda olur. elə bil bu qolluqda olmaq boynuna biçilib. evlərinin qolluq‌larında olmasa hər kəs onu suçluyub, danlı‌yacaq. irə‌li getdikdə yeni‌dən öz görə‌vinə qayıtmasa bütünlük‌lə evdən qovulub,  miras‌dan əlı üzülməli dir. evin bütünlüyü onu dışlamaq üçün yeni‌dən egəmən və fərqli‌lənən kimsənin çevrə‌sində toplaşacaq.
 
 

Wednesday, October 20, 2010

mənəm urmu gölü

    Ağlayacaqsız ağlayın. biri özün verib qabağa, hər kəsə ağlamaq üçün səngər yaranıb. çoxdan ıdı bahana dalısıca gəzirdiz ağlayasız, yanı el qabağında ağlayasız, demək sonunda tapdız. deyirəm amma bir az gözləyin ağlamağa başladıqda, yüzillərin yaşın tökə bilərsiz. qorxuram gözlərizdə yaş qalmasın. yüz illik əhtizarda olana ağlamaq istə‌yən‌lər ağlayanmazlar, axı hələ ölmüyüb. bəlkə ölmə‌di nəyə ağlamaq. yüz il ehtizarda olanın qaragilə‌si ölür deyə‌sən. qara giləsi, canı , qanı , düzlü oğlanı, aranda qızı, qızaranı hər nə varı ölür. dirəyi olan dirəyi ərkı, ürəyi yüz illərdi nəfs alanmır dili, diləyəni.
 
    Deməyin gözlərizə duzum dolub, acışdırır, yandırır, sulandırır. gözlərinizdə yüz illərlə göllənmiş sular, bu gün bir sinə gərmiş tapıp demək. nə duzla doldüm, nə qumla hər kəs demək duldurmaq istə‌yir hən! . doldurun neynəmək.

Tuesday, October 19, 2010

Dünya sorunlarının düşünənin biriyəm

   Kənddə doğulsam da, özümü tanı‌yandan şəhərdə olmuşam. ancaq uşaq‌lığımın bütün yay‌larını kənd də keçirtmişəm. demək mədrəsə qurtulduq‌da durma gəldim, kəndimizə deyərdim. o zaman kəndimiz, abad kənd sayılardı. bizə tay kənddən köçənlər olsaydı da, kənəddə yeni evlər tikilirdi. kənd təpə‌lərdən başlanıb, düzə uzanırdı. bayramda hər kəsi kənddə görə bilərdin. ona görə  məhərrəmliklə bayramda mənimsə‌nilirdi. kəndin hər sorununu özümün sorunum bilərdim. kəndin əhvalatı maraq‌landırardı məni.

   Orta məktbi bitirəndən sonra, artıq bayram‌larla, yay‌ları kənddə keçirmək istə‌məzdim. yoldaşlarla olmağı bəyənərdim. amma kəndə genə darıxardım. yavaş - yavaş şəhərin sorun‌larıla ilgi‌ləndim. sorunlarına bəlkə də qatılmaq isti‌yirdim.
   Zaman keçdikdə mən də təhsil üçün öz şəhərimdən uzaq‌laşıb böyük bir şəhərə yerlşmək zorunda qaldım. bir az yerləşdikdən sonra böyük şəhəri mənimsə‌yib sorunlarını özümünkü bildim. böyük şəhərin məhərrəmli‌yin, bayramın görmək istə‌diyimdə öz şəhərimizdə olanmadım. əsgərliyi bir başqa şəhərlərdə olub, onların sorunlarını mənimsəmə‌səm də maraq‌landım.

    Zaman yenə tovla sürürdü. mən yuxarı təhsil üçün bir başqa şəhərə yerlşmək məcbüriyyətində qalırdım. daha mənim yaşımda olan‌lar iş‌siz qalanmadıq‌ları üçün, mən də iş fikrinə düşdüm. dərsi qurtarıb - qurtarmaz lap böyük şəhərdə özümə iş tapdım. indi əlim ağzıma çatırdı demək. baxdım gördüm bu böyük şəhərin sorunları lap çox‌umuş. sorunları gördük də maraqlandım.
   Yavaş - yavaş dünyanın sorun‌larına maraq‌landım. dedim bax sən allah dünyada nə qədər çətinlik çəkən var ımış. birlərinin evlərini zorluyurlar, birlərinə zor deyirlər, birləri istə‌dikləri kimi yaşayan‌mırlar. kimsə‌lər fəhlə‌lik də tapanmırlar, fəhlə‌lərin pul‌larını vermirlər, çox‌ları pis gündə yaşayırlar. dünyada hər kəs haq‌lardan danışır, danışan‌ların hamısı güclü dirlər. özlərinin haq‌larını savunmurlar. özgə‌lərin haq‌ların savunurlar.

    Mən dünyanı çox ucalardan görmək isti‌yirdim. ucadan baxdıq‌da bir dağılmış yer gördüm, dedim maraqlanım bir. yaxına çəkdikdə kəndimizi gördüm. inanmalı deyil idi, kənddən kəndlik qalmamış‌dı. evlərin çoxu xaraba, tüt ağac‌ları qurumuşdu. tez atama zəng açdım kəndimizin halını xəbər verib niyə belə olduğunu soruşam.

   Niyə belə olduğunu soruşduq‌da atam bir söz dedi, hər kəs sənə tay yolun tütüb burdan gedib, dalına da baxmadı. çox‌ları fəhlə‌lik axtarmağa getdilər, bir sıraları da elə getdilər xəbərləri gəlmədi.

Dönüb özümə baxıram ;
      Yaşımın yarı‌sı sovşub, ev yoxum‌dur, iş də elə ki var, kəndim də ki xaraba qalıb. dünyanın sorunlarına fikirləşirəm.
    Ahan! kəndin yolunun asfaltı aradan gedib, deyirlər dəyməz asfalt eleməyə, gündə cəmi beş on maşın orda keçir, onlar da gözlmə‌li‌dirlər.
    Yadımdan çıxmamış kəndimizin yanında bir zibil‌xana tikdiyin də deyim, şəhərin zibil‌lərin boşaldıb hər dən yandırırlar.
   Hələ şəhərimdən deyim, yox demirəm deyərlər şəhərçi, kəndçi, bölgə‌çi dir! mən dünya sorunlarının düşünənin biri‌yəm!

Ruman oxuyanlar

   Nasır Mənzuri ruman oxumağı çox çox önəmli bilir. düzü də elə dir. əlbət ola bilsin siz deyə‌siz biz də ruman oxuyanlardanıq. düzdür siz də ruman oxuyanlardan ola bilərsiz. ancaq sizlər də türk dilində ruman oxumağı bu ki oxuya bilirsiz yoxsa yox onda sözüm vardır. güneydə yazılan ruman‌ların az olmağına baxmayaraq onların bütünlüyü güneydə oxunublar yuxsa yox orda da sözüm vardır. öz dilimizdə ruman və ya mətləb oxumamazlıq‌ların nədənin kimsə araşdırmağın mən görmə‌mişəm.
 
   Türkcə ozun mətləblərin oxunulmamasının nədəni güneydə olan‌ların beyin‌lərinin fars quruluşunda olduqları dir. çox adam‌lar bir türkü mətləbin farscası olanda onu oxuyurlar. əlbət bu arada şeərlər fərqlə‌nir . ancaq uzun mətləbi oxuduqda beyin‌lərinin fəzası bütünlük‌lə türk dilinin fəzasına keçdikdə onlar onu qaldıra bilmirlər. daha doğrusu oxuyub düşünənmirlər. bu sorun bizlərin öz dilimizdə eyitim almadığımızdan yaranıb. böyüdükdə də sorunu çözənlər çox az olub‌lar. bu sorunu aradan qaldırmağa kiçik hıkayə‌ləri oxumaq faydalı ola bilər. bir də hər bir kitabı bir dönə oxuduqda başa düşmə‌dikdə ikinci dönə oxumalıyıq. oxumaq‌lar çoxaldıqda beynimizdə olan quruluş da getdikcə türkləşə bilər.

Monday, October 18, 2010

Dadı damağımızdan qaçırdan acılar

  Badam, təkcə bayram‌da oynanmaz. badam ağac‌larından badam yığılıb , sındırılıb, girdəkanla(cəvizlə) birlikdə qovrulub ya da qovrulmuyub, bayram günlərində hər zamandan çox evlərin bir çoxunda başqa yemiş‌, çıtırqan‌larla birlikdə qonaq‌ları qonaq‌lamaq üçün qollanılar. badam ayilə‌sindən olan bütün badama bənəzlər bətər sevilən yemiş‌lərdən olarlar. badama tay yemişə‌lərin özəlli‌likləri hərdən acı çıxmaq‌ları olar. acı çıxdığında dadı damağımızda olan hər nəyin dadın qaçırdar.
   Badam‌lardan başqa, çərdkə‌lər də badam yerində işlə‌nərlər. bu çərdək‌lərin dadlı‌sı ərik çərdəyi dir. xalqın ağzında belə bir söz var "ərık yeyəndən sonra köpü almaq üçün çərdəyi yemə‌liyik". xalqın sözünə yedikə‌də çatarsız. ancaq bu çərdək‌lərin arasında acı çıxanı çox olar. çərdək‌lərin acı olub, olmadığını mən yeməmişdən bilmərəm, ona görə də acını yedikdə gözlərimlə ağzımı büzüb, ağzımda olan hərnəyi tüpürə‌rəm. hər nə acı çərdək var söyüb, sonunda özümü də söyərəm . o çərdəyin acılığı adamın ağzından qaçınca xeylək çəkər.
   Təkcə badam‌ların yox, adam‌ların da ıçlərı acı olan‌lar vardır. hər bir kəsin acı‌lığına çatmağa uzun zaman vaqt qoymalı‌yıq. badamın acı‌sı tez adamın yadından çıxır, adamın acı‌sı bilmirəm nə‌qədər çəkir, ancaq uzun zaman adamın yadından çıxmaz. ama çərdəyə tay adamın köpün alar. yadımızdan çıxmış zaman‌lar da yadımıza düşdükdə yenə acıdır. badamın acı‌sı ağıza yapışsa, adamın acı‌sı bütün vucuduna yapışır. bir yerdən getsə, başqa yerlərdə yaşıyır.

Sunday, October 17, 2010

Nifrət

   Uşaqlıq‌dan belə zaman‌lar olub ki bir kəs‌lərdən sinirlənib, içimizdə onlara qarşı nifrət becərtmişik. nifrət becərilən zaman‌lar insanın gözü nifrət‌dən başqa heç nəyi görmüyüb. heç nəyi görmə‌diyimizdən  atdığımız atdım‌lar yanlış olub. hər yanlış atılan atdım, nifrəti canlandıraraq dalda heç bir körpünü sağ qoymuyub.
   Nifrət yaranan zaman‌lardan xeylək vaqt keçəndən sonra nifrətin nədəninə baxdıqda  yalnış‌larımızı görə bilmişik. böyük yanlış‌lardan biri fərqli insanlarla fərqli davranmaq‌lar olub, ondan sonrakı yanlış‌lardan; özümüzü savunmasız ortaya qoymağımız, hər kəsə tam güvənməyimiz, çıxarlarımızın tərif‌lənmə‌məyi, yanlış yerinə başqalarının çıxarlarını savunmağımız olub dir.
   Atalar demişkən hər çiy süt əmmişə bel bağlamamalıyıq. insan‌ların zaman boyu çıxarları fərqli tərif‌lənir. insan‌lar fərqli görüşlərlə tanış olduq‌larından ötrü hər zaman dəyişirlər.
   Qulağımıza sırqa eləməliyik; özümüzü yaxşı savunmaq‌la başqalarına yem olmuyaq. yem olmadığımızla nifrətin yaranmağının qarşısın alaq.

Saturday, October 16, 2010

Azərbaycan Əkinçiləri

   Azərbaycanı bir az ayaqda saxlı‌yan azərbaycanın əkinçiliyi dir. Azərbaycanın yerlərinin verimli olduğuna görə, əkinçi‌lər sü tapa bilsə‌lər yaxşı keçinə‌cək‌ləri olar. keçmişdə quyular olmuyan çağ‌lar azərbaycanın əkinçiliyinə su, çay‌larla bulaqlardan alınırdı. çayların suları çatmayan yerlərdə dem əkilirdi. su sorunu da ortada yoxudu. hər kəs doğanın olduğuna, alışmışdı. quyular qazıldı, əkinçilər sevindi. dem əkilən yerlər, sulu əkilirdi, gəlirlər qabağa görə iki qat artdı, on - on‌beş il quyuların vurulmağından keçmə‌mişdi , quyuların suları azalıb, quyular dərinlətmə‌li oldular.
  
  Bu arada hələ azərbaycanın bir çoxlu çaylarının üstünə bənd vurulmamışdı. bəndə gərək olduğunu əkinçi‌lər bilmirdilər bəlkə, bilsəydilər də əllərindən bir ış gəlməzdi. quyular yerin şirəsini alıb, bir - bir qurumağa başladılar. çaylar da qurudu( sözdə yağın azaldığına görə ). kəndlərdə əkin yerləri şorə‌khətə çöndülər. əkinçilər də çul - palazların yiğib, şəhərlərdə fəhlə‌li‌yə getdilər. əkinçi‌lik‌dən sevay bacarıq‌ları olmuyan kəndli‌lər kiçik şəhərlərdə iş tapmadıq‌larından ötrü, böyük şəhərlərə axdılar. çörəyə görə köçmək başlandı.
 
   Kəndlərdə evləri olan kəndlilər, şəhərlərdə bir otağı kıraladılar. torpaq‌ları başına qalan kətdilər, şəhərlərdə şəhərli‌lərin evlərini əkməyə başladılar. əkinçi‌lik, əkinçi‌lik dir, nə fərqi var nə olsun? !
  

Friday, October 15, 2010

uşaqlığımı öyrənirəm

   Uşaqlıq‌da nəə‌lər öyrəndik, nəə‌lər öyrənmə‌dik elə də yadımda qalmayıb. ancaq böyüdükdə uşaqlıq‌dan bəri öyrəndik‌lərim qarşıma çıxan məsələ‌lərdə özünü görsədir. yadıma gələn, özümü tanı‌yandan düzənli olaraq öyrənd‌iyim yox idi. uşaqlığım küçə bacada başqa uşaq‌larla oynamağa keçdi. gecə‌lər atam aşıq‌ların rıvayət‌lərini evdə oxuyurdu. telviyona alışmadığımızdan ötrü atam oxuyan‌ları yaxşı eşidirdim. oynamaq‌larla oxumaq‌lar azərbaycanda olan yerli oynamaq‌larla oxumaq‌lar ıdı.
 
   Düzün desm onlar təkcə oxumaq deyildirlər, şeirlə tapmacalar və deyimə‌lərdə var ıdı. o zaman özüm fərqində olmasam belə, azərbaycanın keçmişindən gəlib bizə çatan‌ları öyrənirdim. onları öyrənməyə zorlanmırdım, onları yaşadığıma görə sevə - sevə öyrənirdim. böyüdükdə onları bir daha öyrənə bilmhədim. zaman diyşmişdi, onları öyrənmək rahatcasına olmurdu. günün gəlişmə i‌lə ırəliləmə‌lərindən dalı‌ya qalmaq olmurdu.
 
   Dərsə gedən çağlarım gəlib çatdıqda, öyrənmə‌dik‌lərimi öyrənmə‌lidim. illər bir - bir ötüşdükdə öyrənmə‌dikə‌lərim qaldılar. öyrəndikə‌lərim isə bir para yaşam dərslikə‌ləri yox bəlkə zorlandıq‌larım qonular idi. dərsim yaxşı olsa da onları təkcə sınava oxuyurdum. sınav bitdikdə onlar da bitirdi. dərslikə‌lər başqa dildə idi, beş il o dili başa düşmhəyə keçdi.
 
   Müsiqi‌ni eşidirdim, ancaq necə olduğunu öyrənmirdim. aşıq‌ları atamdan eşidirdim. müsiqi‌dən yadımda qalan təkcə çalan‌larla oxuyan‌lar ıdı. not nəyə deyərdilər bilmədim. əlbət sonralar bildim müsiqi‌də not da olarmış. ancaq not nədir pərdə nədir bilmədim. bir də ki biz öyrənmişdik səsimizi alçadıb danışaq, oca danışsaydıq yəqin yaxşı alınmazdı. ındı də var səsim alçaq çıxır.
 
  Sonrala başa düşdüm bizim uşaq çağlarında öyrənməyə gərəkdi‌ymiz çox qonular var ıdı, böyüdükdə onları öyrənmək çox zür olur. böyüdüyümdə uşaqlığımı öyrənməyə başlasam belə öyrənməyim zor aparır. öyrənmək adamın ayın - şayın vaqtında yaxşı yerinə oturur. insanın ayın - şayın çağı uşaqlığı dır.
 

Wednesday, October 13, 2010

hər kəs özünü mənimsəməli dir

   Çevrəmizdə heç bir fərqləri olmadan yuxarı yerdə görüb və görülən kimsə‌lər tanıyırıq. üstə‌nilən üstünlükə‌lərı olmayan kimsə‌lər özlərini çevrə‌lərində‌ki insanların ortamına çevirirlər. üstə‌nilən kimsə‌lər sorunlarını hər kəslə paylaşırlar. heç bir sorunu tək qaldırmağı düşünmürlər. elə zaman‌lar olur ki təkcə adam ki onun sorunula ilgi‌lənmir özü olur. başqaları onun sorunun çözmə‌iyni özələrinə görəv bilib, yerinə yetirməyə də çalışırlar. bir gün başqalarının sorunları olsa heç kəs üstə‌nilən kimsə‌dən heç nə gözlə‌mir. bəlkə də başqaları sorunlarını ortaya qoymağı başarmırlar, ya da sorunlarını kiçik görüb, bəlkə də özündən sonra kimsə‌nin sorumlusu görmürlər.
 
   Üstə‌nilən kimsə‌lər hər zaman öz çıxarlarını düşünürlər, çevrə‌lərində də bu durum olduqda faydalanırlar. başqaları öz çıxarlarını düşünmürlər. burda bəlkə bireysəl‌lik qabarıq formda olur. bu da bir toplum kimi yaşamaq istə‌yən yerdə öz sorunlarını yarada bilər. bu işin başqa özü də insan‌ların bir ölçü də özələrini mənimsəmə‌məkləri dir. hər kəs özünü mənimsəyə bilsə başqalarına da mənimsə‌də bilər, özünü mənimsəmədikdə başqaları onu mənimsəmə‌zlər. bir toplumda hər kəs özünə dəyər versə, arada olan ilişgi‌lərin də dəngə‌si olar və sorunlar azalar. bu bir toplumun arasında olan ilişgi‌də dir.

Monday, October 11, 2010

gündəmim qalıb keçmişdə

İndiki zaman‌da hər kəs gündəmdə olmağı düşünür, daha düz desəm güncəl‌ləşmək zorunda qalır. mən özüm də çalışıram güncəl‌lə‌şmkdən dalı‌ya qalmı‌yam . ancaq bizlər ( güney azərbaycanlı‌lar ) nə qədər də özümüzü güncəl‌ləşdirə bilsək, yenə də qırx - əllı il bundan öncə‌ni yaşamalı‌yıq.
Biz güncəl‌ləşmkdən təkcə, qulaq‌la göz bir də ağız musafırı oluruq. güncəl‌ləşmək bizim beynimizdə yarana bilmir . daha doğrusu özümüzü güncəl tanıtdırmağa, yataq‌lar olmalı‌dır. bu yataq‌lar bizdə yaranmayıb .
yataqlar nələr ola bilər?
  • biri bu; biz özümüzü özümüz kimi tərif‌ləy' bilmə‌mişik. hər zaman özümüzü başqaları kimi tərif eləməyi bacara bilmişik.
  • ikinci‌si; hər kəs özünü tərif‌ləməyə özünü öyrənməyi gərkə‌li‌dir. biz özümüzü heç zaman ilk başdan öyrənmə‌mişik, böyüdükdə özümüzü öyrənməyi önəmsə‌di‌yimizdə oşaq‌lıq‌da öyrənmə‌dikə‌lərimizi öyrətmən‌siz öyrənməyə çalışmışıq .
  • üçüncüsü; bizim öyrənməyimiz gec başlandığından ötrü dolğunluq yaşa yetirə bilmirik, yetirə bilsək, ölümdən qaça bilmirik.
  • dördüncüsü; dolğunluq‌ları olmuyan və ya az olan kimsə‌lər çörhəyi düşündükdə( ac qalmasın‌lar deyə) dolğunluq‌ların yaratmağa zaman‌ları yetmir.
  • beşinci‌si; özünü tanımağa başlayan kimsə‌lərimiz, elə bil bir görəv kimi bir zamana dək vaqt qoymaq istəyirlər. sürə dolduqda görəvlərini bitmiş bilib, öyrəndikə‌lərini bel yaşayanmırlar.                                                                                                                     
yuxarıdakı‌ nədənlə birlikdə bir çoxlu başqa nədənlərə görə biz hər gün bəlli olmayan sürə gündən dalı‌dayıq , güncəl‌ləşmə‌lərimiz ona görə köhnə dadı verir !!!

Sunday, October 10, 2010

PAP

   Dünən xəbərlərdə vara ıdı , Pap müsləman‌larla yahudılardan istə‌di aralarında olan çətinə‌likə‌lərini bir dini ortam‌da alimə‌lərinin vasitə‌silə danışığa qoysunlar. bu ortamı papın özü yaradır . Pap bu işi üzdə olaraq heç bir politik adamın önərisi olmadan , özü önəri‌yib. bu ortama qatılan‌lar bütün dinə‌lərin adam‌ları ola bilərlər. nəzərə gəlir pap dünyanın çətinə‌likə‌lərinə təkcə Allah yolunda olan və insanlığı düşünn kimi  baxır. bütün dövlətlərdən yuxarıda dürür. hətta birləşmiş milltə‌lərin dəbirindən də yuxarıda dürür. diqqətlə baxsaz pap xırıstı‌yanlığın çətinə‌li‌yi olmayan , bəlkə başqa dinə‌lərin çətinlikə‌lərini çözməyə çalışır. bir zaman beyt‌olmoqəddəs də xırıstı‌yan‌larla müsəlman‌lar savaşsalar da indi onlar keçmişdə qalıb. hər kəs(fərq eləməz hansı dinə bağlıdır) dünyada papın sözünü söz yerinə qöyür. bunu da artırmalı‌yam; bu oturumun bir qonusu da aşırı müsəlman‌ların necə qabağın almaq‌dır. hər nə sorun var, müsəlman‌lardan çıxır?!

pap hər nə cür olsa indi‌likdə dünyada təkcə adam tanınır ki heç bir yandaşlığı olmadan sorunlara baxa bilir . bir də ki bütün xırıstı‌yan‌ların ali dini rəhbəri tanınır. deyə bilərsiz katolik kəlisasının dır , ancaq indi‌lik də bütün xırıstı‌yan‌ların rəhbəri kimi görsənilir.

Doğrusu görə‌sən xırıstı‌yanlıq dini siyasətdən qırağa çəkilib?! bəlkə də deyə‌siniz bu bizim‌lə nə ilgi‌si var? Hantıgntonun təməddünlər savaşı ünvanında bir nəzəri var. bu nəzərdə Hantıngnton çoxlu savaş‌ları xırıstı‌yan‌larla müsəlman‌ların sınırlarında üz verdikə‌lərini vürğülüyür. Hantıgntonun sözünə qarşı iranın keçmiş prezidənti Məhəmməd Xatəmi təməddüənlərin danışığını ortaya qoydu.

Xatəminin nəzərinə baxmayaraq  savaş‌lar hızla sürürdü, bütün uğur qazanan‌lar da xırıstı‌yan‌lar olurdu(Rus‌larla Çeçnə‌lər, Azərbaycan‌la Erməni‌lər, Sirbə‌lə Bosnalı‌lar). lap gülmə‌li‌si burdaydı ki bu savaş‌larda sülh müsəlman‌ların yenilməyində ımkan tapırdı. ya topraqlar əldən gedirdi ya da soy qırım yaranırdı. bu arada başqa müsəlman ölkə‌lər də xırıstı‌yan‌lara kömək çıxmasalar da onları qınamırdırlar. tərsinə bütün xırıstı‌yan‌lar xırıstı‌yan‌lara yardımdan çəkilmirdilər(göz qabağında yardım edirdilər).

 Bu arada başqa bir yerdə müsəlman‌larla yahudların savaş‌ları gedirdi, bütün dünya da bu savaşı gündəmə gətirirdi, hələ də var gətirir. xırıstı‌yan‌lar da gücləri çatdıqda yahudlara yardım edirdilər, və edirlər. arxayın‌lıq‌la demək olar xırıstı‌yan‌lar bu sorunun aradan qaldırdığını düşünmürlər. bu sorun xırıstı‌yan‌ların ağalığını sərgi‌lə‌yir .

Saturday, October 9, 2010

Gündəm yoxsa sürəli sorunlar

   Hər gün çeşitli qonularda düşrgə‌lərdə yazı yazılır. bu qonuların hansı‌ları izlə‌yən‌lərin marağın çəkir özü maraqlı ola bilər . azərbaycanın gündmində olan hər bir olay oxucuların marağını özünə qazanır . gündəmdə olmayan qonular çox çətin maraq qazanır. hər kəsin az vaqtından dolayı gündəmdə olmayan‌lar maraq qazanmırlar yuxsa başqa nədəni var bu özü də araşdırılmalı ‌dır . ancaq hər zaman belə deyil , bir para qonuları da günədmə gətirmək olar . günədmə gələn qonular , yaxşı və yerində deyildikdə özünə yer qazana bilir . amma bunlarla belə hər qonu tərh olunduq‌da o qonu maraq qazandıqda təkcə reklam olunur, kimsə ona tənqidi ya fərqli baxmır . bünün nədəni hər nə olsa, bizim toplumun gəlişmə‌sinə nədən olmuyacaq. tam tərsinə toplumda qonular haqqqında ilə‌tişim az olduğuna görə toplum ölçüb-biçn bir toplum olmuyacaq . bir zaman‌lar elə olur ki bir nəfər bir qonuda bir görüş ortuya qoyur, bu görüşün net ortaya qoymağı qanıt‌lanmadan çətinə‌likə‌lər yaradır . kimsə də kimsəyə dəymə‌sin deyə o qonuyu əlhəşdirmir , qonu da yanlış formda yayılır.

dashqapi

   Daşqapı gündə yazdıqlarımın yeri olacaq. bu düşərgədə yazmağı əlimdən gəldikdə məşq eliyəcəyəm. çeşitli qonulara söz tapıb yazmaq çətin olsa da olan iş dir. bu yazılardan başqa fayda da mənə var, o da bu ki hansı qonulara kimin çox maraqlı olduğunu öyrənirəm. bir də ki hansı qonuda yazmağım zor aparmırı öyrənirəm. görürsüz çox da boş yerə yazmıram. bir də keçmişdəki yazılarımı bura əkliyəcəyəm. o qədər də gündəmdə olmuyacaq. neçə vaxta dək belə olacaq.
İlk postum bu qədər.