Saturday, October 16, 2010

Azərbaycan Əkinçiləri

   Azərbaycanı bir az ayaqda saxlı‌yan azərbaycanın əkinçiliyi dir. Azərbaycanın yerlərinin verimli olduğuna görə, əkinçi‌lər sü tapa bilsə‌lər yaxşı keçinə‌cək‌ləri olar. keçmişdə quyular olmuyan çağ‌lar azərbaycanın əkinçiliyinə su, çay‌larla bulaqlardan alınırdı. çayların suları çatmayan yerlərdə dem əkilirdi. su sorunu da ortada yoxudu. hər kəs doğanın olduğuna, alışmışdı. quyular qazıldı, əkinçilər sevindi. dem əkilən yerlər, sulu əkilirdi, gəlirlər qabağa görə iki qat artdı, on - on‌beş il quyuların vurulmağından keçmə‌mişdi , quyuların suları azalıb, quyular dərinlətmə‌li oldular.
  
  Bu arada hələ azərbaycanın bir çoxlu çaylarının üstünə bənd vurulmamışdı. bəndə gərək olduğunu əkinçi‌lər bilmirdilər bəlkə, bilsəydilər də əllərindən bir ış gəlməzdi. quyular yerin şirəsini alıb, bir - bir qurumağa başladılar. çaylar da qurudu( sözdə yağın azaldığına görə ). kəndlərdə əkin yerləri şorə‌khətə çöndülər. əkinçilər də çul - palazların yiğib, şəhərlərdə fəhlə‌li‌yə getdilər. əkinçi‌lik‌dən sevay bacarıq‌ları olmuyan kəndli‌lər kiçik şəhərlərdə iş tapmadıq‌larından ötrü, böyük şəhərlərə axdılar. çörəyə görə köçmək başlandı.
 
   Kəndlərdə evləri olan kəndlilər, şəhərlərdə bir otağı kıraladılar. torpaq‌ları başına qalan kətdilər, şəhərlərdə şəhərli‌lərin evlərini əkməyə başladılar. əkinçi‌lik, əkinçi‌lik dir, nə fərqi var nə olsun? !
  

No comments:

Post a Comment