Monday, November 19, 2012

80 İL HEKAYƏMİZ

     " 80 ıl hikayə miz " , Güney Azərbaycan hekayə antolojisi dir. Yazarı, Həmid Rüsətmi ( Həmid Arğış ) , tanınmış hekayə yazarı dir. Həmid Güney Azərbaycanın nəsrinin yeni dönminin, ilkin yazarlarından sayılır. Həmidi tanımayanlar , onu özündən bir nəsil böyük yaşda sanırlar. Həmid 1976 Xoy doğumlu dır.   
 
 
     Bu kitabın 452 səhifəsi vardır. kitabın qabığının tərhinin gözəlliyi ilk baxışda gözə çarpır. Qabıq, kitabın içərisini göstərə bilib-bilmədiyinə grafıkdən başı çıxanlar nəzər verməli dirlər. Kitabın tanıtım səhfəsi yaxşı düzənlənmiyib.
    Tanıtımından həmən sonra , kitabın başlıqları yer alır. Yazıçı başlıqları iki yerə bölüb. birinci bölümdə; ön sözləri, ikinci bölümdə isə yazarların listəsilə öykülərin adları və sonunda qaynaqlar yerlşdirib dir.
  
      yazıçı kitaba iki baş söz yazıb: birincisi, " bir neçə söz " ünvanında bu kitabın necə toplanmasına işarə edib dir. Yazıçının yazdığına görə, kitabın başlanışı 1373-ci günəş ilində(1992-3 ) olub , 1386-ci günəş ilində(2005 sona çatmışımş ki yazıçının tutuqlandı vaqt bilgi sayarıla birlikdə gedər gəlməzə gedib dir. Kitabın yenidən toplaması bu günə dək ozanıb dır. Yazıçının ilk ön sözündə qaynaq qitliği qabardırılıb. ikinci ön sözü,  " Ədəbiyat , Hekayə ədəbiyatı və hekayə ədəbiyatımızın tarixinə bir baxış " başlığında bir yazı dir. İlk öncə ədəbiyatın nə olduğunu, sonra ədəbiyatın çeşitlərini , hekayəni, öykünü dünyada tanınmış yazarların dilindən açıqlayıb dır. yazının ardında nəsrin güneydə necə ayaq tutduğunüu, tarixsəl gedişindən söz açıb dir. yazıçının yazdığına görə "milli hökümət" dönmində Güneydə yazılar pişginləşib ayaq tutublar. ikinci etgili dönəm 1357 -ci inqilab(1978) dönəmində üz verib dir. türkü dili yenidən yayılmaq imkanı tapıb, bu dildə dərgilər, kitablar ışıq üzü görüblər. Üçüncü etgili dönəm , 1376 -ci ildən başlanıb, günügündən yeni adamları yetişdirib. genəl ilgilərin genişlənmə aracları, yazıçıların imkanlarına artırıb dir.
 
     kitab , 1380-ci(2001) ilə dək kitabları, əsərləri yayılan yazıçılara ayiddır. Arğış, kitabın bu bölümündə taxma adların sorun yaratdıqlarına toxunub, taxma adların, doğma adını tapmaq necə çətin olduğunu vurğuluyub dır. taxma adların , o dönəmlərdə etgilərini də gözdə qaçırmayıb.   
             
       Kitabın ön sözləri, özəlüyündə, bilgi verən bölüm dir. ön sözünü oxumaqla, necə durumda olduğumuz görə bilirik.      Kitabın təməl bölümündə 39 Güneyli yazarın bıyografisilə birlikdə hərəsindən ən azı bir öykü, ən çüxü iki öykü gətirilib dir. Yazarların bir çox qismi tanınmışlar dır. aralarında bizim nəslə tanış olmayan kimsələri də tapmaq olur. Makılı Abbas Pənahi, Qəhrəman Qəhrəmanzadə, Məhəmmədluye Abbası, Bəylər Hayili , Məhəmmədrza Afiyət, Firüz Sadıqzadə dadrəs, Əlif. Nuranlı , Ə. Urmulu , C. Miyandablı, Məhəmməd Qazi, Ə.Ağ Çaylı... kimi yazıçıları tanıtdırır. Onlarla birlikdə tanınmış yazarlarımız  "M. Mişovlu, Həbib Sahir , Əliqulu Katibi , Səməd Bəhrəngi, Mərziyə Əhmədi, İsmayıl Hadı, Nasir Mənzuri, Heydər Abası (Barışmaz)... kimi yazıçılardan örnəklər gətiribdir.

    
   Kitabın son bölülümü, qaynaqlar bölümü dir. Kitabın ən yoxsul bölümü, elə bu bölüm dir. bu kitab Güney Azərbaycanın genəlliklə, nəsr tarixində, özəlliklə hekayə tarixində iz qoyan bir kitab dir. kitabın bütün dəyərləri birlikdə axsaqlıqları da vardır. Ancaq bu axsaqlıqlar kitabın bütünlüyünün qarşısında gözə gəlməzdilər. belə bir kitabların yazılıb yayılmasını yeri, hər zaman boş görünüb. Kitabın başqa vurğulanacaq dəyəri ,  Arğışın,  tanıtdırdığı yazıçıların yazdıqlarını olduqları kimi , əl dəyilmədən gətirməsi dir.  

No comments:

Post a Comment