Monday, January 31, 2011

gördüyümüz işləri neçə nəfərlərə görsətməliyik

    Çoxlarımız iş‌ləri görməkdən çəkinərik. belə deyim hər bir sorumluluqdan qaçırıq. deməyin siz boyun qaçıtmazsız. başardıqca züvərsiz.
 
    Boyun qaçırmaq‌ların nədənlərindən biri tənbl‌lik olsa, başqa nədəni insan‌ların özlərinə güvənmə‌məzlik‌ləri dir. adam çox vaqt‌lar bir işi bacarır, ancaq görməyindən qorxur. qorxuların nədənlərində, gördüyümüz işə inanmadığımızla, yaxşı sərgi‌liyə bilməyə‌cəyimizi görə bilə‌rik.
 
    Bizlərin çıxış‌larımız olmadığı üçün, tək‌lik‌də çox gözl görən bir işi, adam içində görə bilmirik. güvənci‌mizi qaytarmaq üçün, özümüzə  neçə cüt görüb-dinləyən göz-qulaq tapmalı‌ıyq. sərgi‌lənən iş‌ləri başqa göz-qulaqlarla salıb  çıxarmamalıyıq. başardıqca sərgilənilən kimsələri artırmalıyıq.  irəlilədikcə incələyib yontamalıyıq.
 
   Yavaş-yavaş çoxlarına görsədib, bir sürədən sonra bacarığımıza sərgi‌li‌yə bildiyimiz qədər güvə‌nə‌cəyik.  güvəndikcə irəliləmə tova düşəcək. tova düşən zamanlar belə incələməyilə yontalamağı yaddan çıxarmamlıyıq.

Sunday, January 30, 2011

BİLMƏDİYİMİZ ŞEYLƏR

   Hərdən, yaxın çevrəmizdən birlərinin iş‌ləri bizlər üçün tanış gəlmir. necə baxırsan özündə sıxışdıra bilmirsən. soruşduqda da cavab alanmayan zaman, özünlə əl‌lə‌şirsən. belə bir durum‌la, çeşitli qarşılaşan‌lar olur. birləri beyin‌lərində sıxışdırmadıq‌larına görə, işi görən kimsə ilə didişməyə keçirlər.
 
   Didişməyə keçən‌lər iki cür olurlar: birisi; görülən iş onu ilgi‌ləndirib, ilgi‌ləndirməyinə baxmayaraq didişməyə keçnə‌lər dirlər. ikinci‌si onları ilgi‌ləndirən zaman didişməyə keçən ‌adam‌lardır (belə adam‌lar öz çıxarlarını düşünürlər).
 
   Didişməyə keçməyən‌lər üç yerə bölünürlər. birləri üzlərinə gətirəmə‌dən uzaq‌laşırlar, başqaları işi‌görən kimsə‌lərə güvəndikləri üçün, işin bütünlüyünə inanırlar. üçüncü dəstə isə, özlərinə aldırmadan, izləyirlər. yeri gələn zaman içərilərin boşaldırlar. bütün təpgi göstərib-göstərməyənlər izlədikləri zamanlar belə yanılırlar. sorunun nədəni bəlli olmayan zaman bütün nədənlər yorumlar olurlar. nədən olmurlar.
 
   Yuxarıdakı‌ların hər biri nədən soruşsa, cavab təkcə bu olur: siz bilmədiyiniz bir şeylər var. cavab‌ları düz dir. ancaq biz bilmirik biz bilmə‌d‌iyimiz şey‌lər bizim üçün yaxşı dır yoxsa pis.
 
Bəlli olan, biz bilmə‌diyimizi bilənlər var. biz bilmədiyimizi bildirənələr də var. bildirən‌lər dost‌dırlar yoxsa düşmən,  bəlli deyil. bildirən‌lər düz bildirirlər yoxsa yanlış, bilənlərlər belə bilmirlər!

Saturday, January 29, 2011

YAZI QURALLARI

   Hər dilin özünə özəl yazı qural‌ları vardır. bir sıra qural‌lar da bütün dünya dil‌lərində ortaq sayılır. ulusal qural‌lardan, yazının çərçivəsi olmaq dır. əlbət çərçivə‌siz yazı‌lar da yazılır. yazı‌ların temləri bəlli olmalı‌ dır. tem‌ hər kəsdən öncə yazar üçün bəlli olmalı‌ dır.
 
    Yazarlar başqalarından etgi‌lənə bilərlər. ancaq başqa yazarları yansılamağa çalış‌salar, ikinci dərəcə‌li yazar kimi tanınmağa da zorlana bilərlər. yansı‌ladıq‌ları fəza isə onların ki olmasa, ikinci dərəcə‌li yazar belə olanmazlar.
 
   Bəlkə çox‌larından ulusal istandardlarla yazmağı eşidibsiz. bu ulusal istandardlar, yazının teknik baxımından olmalı‌ dırlar. yoxsa ulusal‌laşmış bir fəzanı yazmaq, hər zaman başqalarını yansılamaq demək‌dir. ulusal adlanan fəzaları yaşamadığımız üçün, yansıladıq‌larımız da çox gülünc olur. yerli fəzalarını ulusal‌laşdıran kimsə‌lər bacarıq‌lı yazarlar ola bilərlər.
 
    "Lokal yazır" sözünü, çox‌larından eşidib‌siz. hər bir lokal( yerli‌nin ) ulusal‌laşa bilər. hər dilə qayıt‌dıqda, dilin özünə özəl quruluşu var dır. bu quruluş‌da yazılmasa, yazı hər zaman axsayacaq.

Friday, January 28, 2011

ƏRƏB ÖLKƏLƏRİ

   Bu günlər, ərəb‌dilli ölkə‌lərdə hay-küy çoxalıb. dünyada ərəb‌dilli ölkə‌lərin sayı çox dır. ərəb‌dilli ölkə‌lərin tanınmışı bizim üçün İraq‌ dır.
    Suriyə, Ərəbistan, Birləşik ərəb əmırlıkə‌lərinin bizə tanışlığı İraq‌dan sonra dır. bu tanınmaq‌ların nədəni Suriyə‌lə Ərəbstanana dini nədən‌lər, Birləşik ərəb əmirlikə‌lərinə isə gə‌zməklə aliş‌veriş yeri olduğu dır.
    Üçüncü yerdə Lubnan , Kuveyt, Qətər, Umman  Bəhreyn kimi ölkə‌lər yer alırlar. bunların da yaxın‌lıq‌ları nədən sayıla bilər. heç olmasa oralara gedib gələn olur.
   Ordon, Yəmən, Misir, Əlcəzayer, Tünes, Libi, Mərakiş kimi ölkə‌lər isə az tanınan ölkə‌lər olurlar(əlbət bizim üçün). az tanınan ölkə‌lərin içində misir həm böyük, həm də çox‌sayda nufusu vardır.
 
   Ərəb‌ ölkə‌lərinin özəllikə‌ləri tək‌səsli olmaq‌ları dır. lobnandan sonra başqa ölkə‌lərin hakim‌ləri devrilmə‌dik‌lə ölmədik‌ləri zamana dək dəyişmirlər. əlbət bunları genl bilgi‌lərdən öyrənmişəm.
     Son bir ayda ərəb ölkə‌lərində qalxış‌larla üzlə‌şirik. Tünesin hakimi quyub ‌qaçdı. Tünesin hakiminin devrilməsi başqa ərəb ölkə‌lərini tərpətdi. Yəmən, Ordon, Misir kimi ölkə‌lər də üzədurmalar çoxaldı. Misirdə bu üzə‌durmaların səsi başqa yerlərdən ocaydı.
 
    Yuxarıda yazdıq‌larım genəl bilgi‌lərdən alınıb. İraq‌dan sonra başqa ölkə‌lərə görə özəl bilgim yox‌ dır. İraq‌dan da özəl bilgi orda olan olay‌ların bizi etgi‌lə‌diyindən asılı dır. İraq‌dan bilgi‌lərimiz, siyasi bölüm‌ü ilə ilgi‌li dir. başqa qonularda isə tanış‌lıq yox‌ dır. yazıçı‌larla, şairlərindən, yönətmənlərindən, eyitim sistem‌lərindən heç bilgi‌miz yox dır.
 
   İraq‌dan sonra başqa ölkə‌lərin siyasi durum‌larından da xəbərimiz yox dır. təkcə bilgi‌miz təksəsli olmaq‌ları dır. əlbət ərəb ölkə‌lərinin içində Filistini, yaddan çıxarmamalı‌ıyq. Filistin hər gün xəbərlərdə olur. Filistin‌də olan xəbərlərin nədəni‌ dini toqquşmalara qayıdır. üzdə yəhudi‌lərlə musəlman‌ların savaşı dır. ancaq başqa qudrət‌lərin‌ izləri ap-‌aydın ortada dır.
 
   Ərəbə‌lərin yazıçı‌ları bizlərə tək-tükü tanınır. onların tanınmq‌ları dünyada tanın‌dıq‌larından ötrü dir. toplum yapılarından xəbərlərimiz lap az dır. bu xəbərsizli‌ düz araşdıra bilsək, bizlərin(güney azərbaycanlıların) də tanınmadığımız ortaya çıxar.
  Ərəb dilini mədrəsədə oxumağımıza baxmayaraq, ərəb dilindən heç nə bilmirik. bu da ərəb dilinin önməsəmədiyimiz üçün dir. bəlkə siz deyə‌siz baba biz öz dilimizi önəmsə‌mirik harda qalsın farsdan başqa dil‌lər. düz deyirsiz. öz dilimizi önməsə‌tməyən nədən, fars dilindən ( bir az da ingiliz dili ) sevayı başqa dil‌lərin önəmsə‌nmə‌mək nədəni dir.
 
    Bizlərin içində ərəb dililə tanış olan kimsə‌lər vardır . ərəb‌‌ləri tanıt‌maq bəlkə də Heydər Bayat, İsmaıl Hadı, Mirza Rəsül‌kimi‌lərin boynuna düşər. əlbt orjinal‌ bilgi vermək üçün ərəb dilini bilmə‌liyik. yoxsa ərəb‌lərə görə bir bollu uydurulmuş bilgi‌ləri ingilisi qaynaq‌lardan ala bilə‌rik. uydurulmasa da xırıstı‌yan görüş‌lərilə yazılıb.

Sunday, January 23, 2011

ANALAR ANA OLSUN DEYƏ BÖYÜK ANA DÜNYASIN DƏYİŞİR

   Bir ana dünyasın dəyişir. səs‌siz, səmirsiz. başyoldatmadan bir kəsə. gözün yümür gedir. gözü dalda qalsa da, getməyin qaçılmaz bilən ana, gedə‌cək vaqtını, hər kəsin quralı qurulduğu çağda seçir. kimsə yerindən oynamayan zaman. ayağı dəng alan zaman.
 
    Bir zamanın uşağı olan ana, deyəsən hər zaman anaymış, ana. bir zaman‌ların qızı olan ana, bu gün‌lərin anası‌ dır. gəlin‌bacı olan ana, bir ömür bacı qalır hər kəsə, birlərinə gəlin‌bacı, birlərinə təkcə bacı.
    
      Analığı qarnın‌da daşı‌yan ana, ürəyini sevgi‌yə doldurur . ürəyində sevgi doğdurur. ananın sütü qurusa da, sevgiyə dolur. sevgi əmirlər uşaq‌lar. bir ərsiz ananın sevgi‌si təkcə uşaq‌larına çatır.
 
     Hərdən dolar, ağlar ana.
               gözlərindən yanar ana.
                    ağlar, için-için ağlar.
                           ağlar uşaq üçün, ağlar.
                                ağlar ərdən ağlar.
                                            ağlar özünə ağlar.
                                                 güzgüdə gözünə ağlar.
 
    Hər gün didişsə də, uşaq‌ları varkən, dalı oturmaz. analıq‌dan yurulsa da, sevdiyindən qalar. uşaq‌larına baş‌larını dik tutdurar. alın‌larını açdırar. hər bəlanı uşaq‌larından qaçdırar. birgün gələr, uşaq‌ları bir-bir başqalarını sevib gedərlər. sevsə‌lər də gedərlər, sevməsə‌lər də. gün belə gələr ana tək qalar.
 
    Tək qaldıq‌da analığı sona çatar deyə‌sən. analığından neçə ana doğulub, ananın. doğan‌lar, bu günün anaları, o isə keçmişin anası.
   ana, böyük ana olduqda, başqa analar tam ana olmurlar deyəsən. analar, tam ana olsun deyə böyük ana dünyasın dəyişi‌r. səs‌sizcə‌sinə süzüb gedr . birdən görərsən , böyük ana, bacı‌, gəlin‌bacı gəlinliyin geyib gedir. yaxın yola‌salan‌ları, toylarında olub, toyunda olmuyan‌lar olur. o doğan‌lar olur. gəlin‌bacı bir daha ağ geyir. gəlin çıxır.

Saturday, January 22, 2011

MODERNLİYİN BİZƏ VERDİKLƏRİ

  Modern‌lik bizə nə‌lər verdiyini birlikdə bətərlərini sizlə sayırıq.
 
 Birinci‌si ışıq dir. ışıq, çoxdan yaransa da, modernlik çağlarından bizə çatdı. dedi‌yim ışıq qondarəma ışıq‌ dır. yanı Edison deyilən bir sağır onu qondarıb. o sağır olmasaydı bəlkə biz hələ də ququ çıraq‌ları‌la gecə‌ləri ışıq‌landıracaydıq. qondarma ışıq(elektirisitə) olmasaydı deyim‌bə dizi‌lərdən də xəbər olmayacaqdı. dizi‌lərə dizüstə oturan‌lar əl‌lərini göyə qaldırmalı‌dırlar, bəlkə də hər cumaaxşamı bir çıraq yandırmalı‌dırlar.
 
İkinci‌si uzaqdan danışılan dəzgah ‌dır. bir teli uzaldırlar dünyanın o biri başından bu biri başına(telin uzunluğuna bax sənallah! ) hər tərəfdən püf‌lüyürlər, bir dəyqə çəkmir o biri tərəfə çatır. püf‌ləmək bu qədər vaqt aparır, gör çığırmaq necə olar? ! tel‌lərin tel‌sizləri də gəlib, onlara siz deyirsiz cebteli ( mubayl ) . demək ceblərə də gözə görünməz tel‌lər çəkibə‌lər adın quyub‌lar mubayl . telfonu qundaran sağır isə Graham Bell dir deyəsən. onun da sağlığına ayda bir yol tel‌lərə püf‌ləyin.
 
Üçuncusu ayağı yerdən götürn hər bir nəsnə‌dir . uçaqdan tutub, gəmi‌yə dək. əlbət keçmişdən varıdı. at‌lar, eşşək‌lər, dəvə‌lər, fil‌lər , öküzlər. ondan sonra onların arabaları çıxdı. at araba‌larına faytun deyirdilər. yel‌atı ( çərx ) , qapdı qaçdı ( maşın ), qatar, əyripalan ( uçaq ) onların qondaranların sağlıq‌larına ildə bir yol  düdüklərini səs‌ləndirin.
 
Dördüncüsü; medya‌ deyilən bir zadlardır. medya gündə‌lik‌lərdən‌ tutub, tele‌kanal‌lara dək deyilir. bunlara yayın ‌nəsnə‌ləri də deyə bilərsiz. bunlar ilgi‌lənmək nəsnə‌ləri sayılır. dünyada yayılan bir xəbərdən əli çata bilib-istə‌yən faydalana bilər. bunların ilk görəvləri xəbər yaymaq olsaydı da , ındı‌lık də ilk görəvləri baş qatmaq ‌dır. baş‌‌qatan‌ların sağlığına, üç ildə bir saat‌lıq, qulaq‌batan səs‌sizliyə gedin(tapıb, gedə bilsz ! )
 
Beşinci‌si; bilgi‌ləri sayan‌lar dir . öncə‌dən barmaq‌larımızla sayardıq. sonralar çörtgəni yaratdıq. sonra da bu bilgi‌sayarlar birdən birə yarandılar! bilgi‌sayarlar bilgi  ‌saymaq üçün yaransaydı‌lar da, indilik medyanın hər işini görə bilirlər. bilgi‌sayarla birlikdə hızlı internetiniz olsa, canlı hər kəsi istə‌səz görə bilərsiz (əlbət hələ‌lik , görmək üçün siz görən kimsə‌nin də bılgı‌sayarla, interneti olmalı dır ). bilgıi‌sayan‌ların gəlişdirməyinə yardımcı olan hər bir kəsin sağlığına yalandan göz vürün. göz vurmasaz da göz vuranın şəklini əkin.

Friday, January 21, 2011

HƏLƏ DÜNYA BİZƏ ÇATMAĞA ÇOX VAXTI VAR!!!!

    Güncəl‌ləşmə(modernization), bizə başlayan çağlardan, bizlər nə‌ləri qazanıb, nəhə‌ləri itirəmişik. dünyada yaranan, hər bir yeni nəsnə gec-tez əlimizə çatıb. əlimizə çatan‌lar ilk varlı‌ların(pul‌luların), sonra isə bizə tay əldə ölənlərin əlinə çatıb dır.
 
   Yeni yaranan nəsnə‌lərdən necə faydalanmağı param-parça öyrənmişik. hər nəsnə gəlib yayılandan sonra(pis işləndikdən sonra) hər nəsnənin necə işlə‌nilə bilə‌cəyin, vurğulamağa çalışmışıq.
 
   Hər gün yeni bir nəsnə gəldikdə, biz onu necə işlətməyin öyrə‌nənə dək, ondan daha gəlişmiş nəsnə‌lər yaranıb, bazarlara çatdırılır. bizlər də ha qaçırıq, yeniləri tutanmırıq.
 
   Yeni nəsnə‌lərin içində, yayın nəsnə‌ləri, ən çox yayılan nəsnh‌lərdən sayılırlar. yayın nəsnə‌lərindən, yeni dünya adlanan ölkə‌lərin kültürlərilə tanış olub, dəyərlərini mənimsəyib(bizlər ulusal olduğumuz üçün hər kültürü mənimsəyə bilərik), onlar kimi yaşamaq həvəsilə, addım‌larımızı atırıq(ha qaç ki yetirə‌sən!).  
 
    Bir dəyqə çəkmir dünyanın o başıla hər cürə ilgiyə girmək olur. neçə aylar çəkən yol‌ları, neçə saata, yekə başı bir günlə iki gün arasında getmək olur.
    Dünyada yaşanan hər olayı bizlərlə paylaşırlar. düşünə bilmə‌diyimiz qədər bizə imkan yaradırlar. bizim təkcə işimiz onları necə işltmək olur. hər dən bir düyməni basırıq.
    Hər dən düymə  basmaq bizə çətin gəlir. inanırıq bir gün gələ‌cək barmaq‌larımızı tərpətməyə belə gərək qalmayacaq. bizim öyrətmənimiz demişkn hər nəyin adın çəksək üzün görəcəyik.
 
   Bizlər də ayaq‌larımızı uzaldıb, daha nə‌lər düzəldə bilə‌cəklərini aramızda danışacayıq. bizim işlmək vaqtımız demək onda olacaq! hələ dünya bizə çatmağa çox vaqtı var ! ! !

Wednesday, January 19, 2011

QOCA FİLLƏR ADLANIR

     Dünyanın xəbərlərinin birinci yerində duran xəbərlərdən biri, qüzey Amerikanın qoca filinin ölmə xəbəri idi. bu xəbəri Reuters xəbərajansı yaydığından sonra dünyanın birinci yeralan xəbərlərin birinə çevrildi. belə bir xəbər önəmsə‌nilmə‌si hardan ola bilərliyin, siz məndən yaxşı bilirsiz.
 
    Bundan neçə gün öncə, tehranın Erəm parkında ölən qaflanın da ölüm xəbəri fars xəbər ajans‌larının birinci xəbərlərində yerləşə bilmişdi. qaflanın ölüm xəbəri dünyanın xəbər ajans‌larının birinci xəbəri olmasa da xəbərlər arasına girə bilmişdi.
 
   Bunları yazdıq‌da, Azərbaycan‌da , filin olub olmadığını, aslan‌ların qalıb‌ qalmadıq‌larından, ha belə təbriz böyük‌lükdə bir şəhərdə, heyvan‌lar parkının olub olmadığını xatirlatmaq dır. Azərbaycan‌da olan heyvan‌lardan yiyə duran kimsə‌lər də olsa, burda yaşayan heyvan‌lardan, xəbər yox dır. bizim qoca aslan‌larımız ( bilmirəm var yuxsa yox )ölsə, Təbrizdə yaşayan kimsə‌lərin xəbərləri olmayacaq harda qalsın başqa yerlər. 

Tuesday, January 18, 2011

SÖZLƏRİMİZLƏ GÖRÜŞLƏRİMİZ YİYƏLƏNMƏLİYİK

    Olduğumuz yerlərdə, hər kəsi bir görüş‌lə tanıyrlar. ola bilsin bir kəs‌ləri də tanımırlar. tanınmayan kimsə‌lər öz işlərində olduq‌larına görə, baş‌larını salırlar aşağı‌ya düz gəlib, gedirlər. kimsə də onların görüşlərini ala bilmir. elə adam‌lardan başqa adam‌lar, görüş‌lərini bəl‌ləndirib, öz yoldaş‌larını seçirlər.
 
    Görüşü olan kimsə‌lər görüş‌lərini dedikdə onları yiyə‌lənə bilsə‌lər , görüş‌lərini daha çox mənimsəyə‌cək‌lər. mənimsə‌mə‌dik‌də də onu dəyişə‌cək‌lər. görüş‌lərini mənimsəməyən kimsə‌lər görüş‌lərində kor qalmalı‌dırlar. heç zaman görüşlərini yiyə‌lənməyə‌cəklər.
 
     Bir kimsə‌nin görüşü varsa onu savunmalı‌ dır. savunmaq dediyimdə, sərt təpgi görsətmək deyil. savunmaq; bir kəs‌ləri qandıra bilə‌cək qədər görüşü açıq‌lamaq‌ dır. görüş‌lər açıq‌lanmadıq‌da, uzun zaman‌lar qaranlıq‌da qalmaq imkani görüş yiyələrinə var dır. bəlkə də görüş‌ləri savunmaq nədəni ilə ortaya qoyulsaydı, ozun zaman o görüşdə qalmaq‌larına gərək olmayaydı.
 
Sözün məmədqulusu; hər kəsin nə görüşü varsa yiyələ‌nə bilmhəsə o görüşdə kor dır deyə bilərik.

KİMLƏRDƏN ETGİLƏNMƏLİYİK

    İnsan çevrəsi ilə ilgi‌lənmək zorunda dır. yaşamağın gərk‌diyi ilgi‌lənmək‌ dir. çevrə‌də hər nədən çox buruşuq olan insan‌lar dır. ınsan‌lar özümüzdən olmağına baxmayaraq, hər bir kimsə‌ni tam olaraq tanı‌ya bilmirik.
    İndiki dünyada ilgi‌lənmək nəsnə‌lərin çoxaldığına görə, ilgi‌lər, olduq‌ca çox geniş olub. bu geniş‌lik‌də ilgi‌nin arasında, yaşamaq‌la birlikdə ilgi‌lənmək, vaqtımızı alır. qaçaqaçdığımızdan dolayı, vaqtımız, ilgilənənlərimizi araşdırmağa iməkan vermir. ona görə də biri yaxın gəldikədə (daha doğrusu vaqt qoyduqda), tola - toppaz birinci yoldaşımızın yerinə keçə bilir(birinci yerdə yeralan yoldaşlar tez-tez dəyişə bilər).
   Tola-toppaz yoldaşlığa girən, bilgi‌ verən (genəl yayın‌ların bilgi‌sin deyirəm) biri olsa, bizim bütün marağımızı qazanır. ilgi‌lənən kimsə‌lərin içində durumdan giley‌lə‌nən‌lər də olur, xoş‌baxan‌lar da olur . bu iki görüşün arasında yerləşən‌lər də olur . xoş‌baxan‌lar sonu xoşbaxmaqları özlərinin əllərinə iş verərər . amma nıqqıldayan‌lar, adamı nıqqıldatmayanacan əl‌çəkməzlər. birdən görərsən sən də nıqqıldamağa düşüb‌sən.
  Etgi‌ləndi‌yimiz insan‌ların nıqqıldıları az olsa, ya da olmasa, hər nədən yaxşı olar!

Sunday, January 16, 2011

Türkcəni Necə Öyrətməliyik

    Türkcə‌nin rəsmi olaraq öyrənilmə‌mə‌si, öyrənməyin çətinlə‌dir. insan on‌iki yaşına‌dək rahat öyrənir. oniki yaşdan aşağı uşaq‌ların beyin‌lərində dilələrin mərkzi təkmil‌ləşmə‌dik‌lərinə görə, yeni bir sözlərin öyrnilmə‌si‌ axarında olur. onikıi yaşdan yuxarı yavaş-yavaş beyin‌quruluşu bütöv‌lə‌şdiyinə görə öyrənmək çətin‌lə‌şir. belə bir öyrənməyə, daha çox çaba gərkli dir.
    Güney‌‌ Azərbaycan‌da türk dilinin , qurumsal öyrə‌dilmə sistemi olmadığına görə, insan‌ların çoxu böyükyaşlı‌lıq‌da dilin yazı- pozusun öyrə‌nirlər. öyrə‌dən‌lər isə, özləri öyrəndik‌ləri üçün, sistemli bir eyitim ala bilmirlər. hər kəs düşüb-çıxmaq‌la bir sıra bacarıq‌ları qazanır.
   Bu durumu dəyişə bilməyimizə neçə yol var; üçünü aşağı‌da gətirirəm:
  • birinci‌si: yan-yövrə‌mizdə olan kıçık‌ yaşlı‌lara türkcə‌ni öyrə‌dək.
  • ikinci‌si: böyük ‌yaşlı‌larda, öyrənməyi qat-qat ayıraq. hər qatın bacarısına görə eyitim verək.
  • üçüncüsü: öyrətmənlərin özləri türkcə‌ni yaxşı öyrənməklə birgə dilçi‌lik‌lə də ilgi‌lə‌nsinə‌lər.

Saturday, January 15, 2011

yenilməyimizə sana bildiyim suç nədənləri

birinci‌si; görə‌bilmə‌myimizi görmə‌məzl‌iyimiz.
ikinci‌si; yersiz özümüzə inandığımız.
üçüncüsü; başqalarıla tez əmoğlo olmağımız.
dördüncüsü; əmoğluların yalanlarına inanmağımız.
beşinci‌si; başqalardan yalan danışmağı öyrənməyimiz.
altıncı‌sı; yalan‌larımıza özümüzün inanmağımız.
yetdinci‌si; hər üzümüzə gülənə vurulmağımız.
səkgizinci; vurqun‌larımızın vurulması.
doqquzuncu; hər kəsə ayaq verməyimiz.
onuncu; ayaq‌alan‌ları durduranmamağımız.
oobirinci; durduranmadığımız‌ların bizi durdurması.
on‌ikinci; quzubalası olmağımız (hər kəs bizə yaxşı desin deyə).
on‌üçüncü; palaza bürünüb, özümüzü selə verməyimiz.
ondördüncü; seldə boğduqda özümüzə gəlməyimiz.
on‌beşinci; özümüzə gəldikdə üzmək başarmamağımız.
on‌altıncı; üzmək öyrəndik‌də, özümüzü üzməyimiz.
on‌yetdinci; dünyada deyilən hər sözlə görüşlə‌rə qatılmağımız.
on‌səkgizinci; biz dünyalıq olub, dünya bizsiz olmağı.
on‌duqquzuncu; ürəyimiz, tanımadığımız hər bir nəyə döyünmə‌si.
yirminci; başqaların hər nəyinə ürək‌ yandırıb, ürə‌klərimizlə isinməyimiz.
yirmi‌birinci; yirmi‌birinci yüz‌‌ilə, beş‌yüz‌ ildən öncə gəlməyimiz.
artıq saymağım gəlmir,
sonuncusu; saymaq‌dan doymamağımız!

Friday, January 14, 2011

Azərbaycanın Ağız Lövhə‌lərinin Dördüncü Bölümü " SİCİR "

     Azərbaycanın ağız ‌lövhə‌lərinin dördüncü bölümü ( kətibe‌haye şəfahı Azərbaycan, 4 )  SİCİR başlığı‌la çap olundu. Nasir Mənzuri bu kitab‌da ədəbiyatın doğuculuq qaynaqı olan sicirdən danışıb. Mənzuri öncə yayılan kitab‌larında sicirdən söz aparsa da, sicirə görə geniş danışmamış‌dı.
    bu kitabda; -ədəbiyat hardan başlanır? -səs, qavram, anlam nə‌dir? sorğularına qısacıq cavab verilir. çaxnayış‌lıq, (Ş, D, Q) səs‌lərin anlamı da açıq‌lanıb. Ayın‌düşüncə ‌ilə, kümpleks düşüncəyə dayanaraq , sicir tərif‌lə‌nilib.
     " SİCİR " sözcüyü bizim folklorumuzda iş‌lən‌sə də, termin olaraq bu kitabda ortaya gəlir. kitabda sicir üç səthə bölünür. birinci səth‌də olan uşudum-uşudum sicirini, səs‌quruluş , qavram(concept) ,anlam (meaning) yön‌lərindən araşdırılır.
   kitab 62 səhfə dir. satış yeri isə, Əndişe No yayın evi‌ verilib.
Bu kitabı oxumaq, Nasir Mmənzuri‌nin bir çox kitab‌larının açarı ola bilər.  bu kitabın oxumaq dadını, damağınıza daddırın.

Wednesday, January 12, 2011

XANXANLIQ

     Qədim adam‌larla danış‌saz, gördük‌lərindən bir sözlər deyərlər. onların olduğu zaman‌lar, biz olmadığımız üçün keçmiş‌lərdən dey‌əndə bizə maraqlı gəlir. qədim adam‌lar kəndli- şəhərli olduq‌larından fərqli tərif‌ləri ola bilər. şəhərli‌lərin, varlı kasıbna görə fərqli tərif‌ləri olar. kəndlərdə əkin‌çi lərlə (rəşbər), elat‌lar ( yarı köçəri , yarı otraq) xan‌lardan dad tə‌pərlər. əkin‌çi‌lərin durum‌ları elat‌lardan lap ağır ımış.
     Bu arada kəndlərin baxışı‌la, ərba‌b‌ları yerlərinə oturdandan belə, əkin‌çi özünün ağası olmağına başladı. indi də var keçmiş adam‌lar dey‌ərlər Allah o günləri aparsın gətirəməsin.
 
    Əkin‌çi‌lər özlərinə iş‌ləyəndən sonra, artıq pül qazanmaq üçün, yaxşı əkmək‌lə birlikdə başqa iş‌lərə girişdilər. axın‌lar; kəndlərdən şəhərlə‌rə, bala şəhərlərdən böyük‌şəhərlərə, böyük‌şəhərlərdən də tehrana oldu. yavaş yavaş gələnlər, qayıt‌maq bilmə‌dilər. yaxşı pul‌qazandıq‌ları üçün başqalarına örnək olub, kəndlərin  çoxunu buşaltdılar. kəndlər kiçilib, şəhərlər böyüyüb, xan‌lar isə avrupa, amerikaya, burda qalan‌ları tacır, ya da yaxşı duqturlar oldular. şəhərlərin alt qatları üst-üstə qalandı.

Tuesday, January 11, 2011

YAZMAĞI DAYANDIRMAYIN

       Hər dən bir qonula ilgi‌li yazanda, qonular şıratan təkin şırıldayıb tökülüb gəlirlər. bu zaman‌lar bir yazıya konsantirə olduqda, başqa qonuları gəlməyinin  qabağın alırıq. mən belə durumu çox yaşamışam. bir vaqtımın az olduğu, ikinci‌si də hovsə‌lə‌m olmadığı, yazmağın qarşı‌sın alıb. demişəm beynimdə saxlayaram, olmuyub( olsa da ilk gəldiyi formasında olmuyub).
 
   Yazı gəldi‌yi zaman yazmadıq‌da, o duruma uyğun bir daha adamın beyninə gəlmir. əlbət deyə bilərsiz beynimizə yazmaq üçün yox fikirləş‌d‌iyimiz üçün gəlirlər. siz deyən kimi dir, ancaq beynimizə gələnləri saxlamaq üçün yazmağımız gərkir. bu yazı‌lar çiy olsalar da gələ‌cək‌də pişirmək olar. qonu‌lar bütün‌lük‌lə yadımızdan çıxmazlar.
 
    Elə qonular olur ki təkcə bir yol beynimizə gəlir, o zaman dəyərləndirəmə‌sək bir daha beynimizə qondura bilmə‌lərik. beynizdə olan‌lara qayıtmaq üçün yazın(fikirləşdiklərinizə qaynaq düzəldin). yazdıq‌da , şıratan kimi gələn zaman‌lar, yazmağı dayandırmayın. gözə‌nin qabağın alsaz, daha doğrusu kor elə‌səz bir daha o gözədən sü götürnə‌məzsiz. deyirəm yazın, yazılarınızı başarsaz da başarmasazda türkcə yazın. sonra öyrənib əl gəzdirərsiz.  

öngörüş

    İnsan‌aoğlu dünyaya gələndə, yarqı‌sız dünyaya gəlir. böyüdükdə hər kəsi yarqı‌layır. bu yarqı‌lamaq‌lar hər yerdə olur. öz‌içində , iki‌‌likdə, topalaşdığı zaman, dost, düşman içində olur. bu yarqı‌lamağın nədəni‌, beynində yaranan görüş‌lər dir. bu görüşə‌lər zaman sürə‌sində yaranır.
 
    Bir‌ksə‌lə ilgi‌ləndik‌də, sizə necə olmağını gözlərindən oxuya bilərsizmi? yoxsa yox. gözlərdən oxumaq, baxış‌ların qıfıl‌lanmağından alınsa da nə qədər düz düşünməy zamana buraxan‌lar çox olur.
 
    Bu ki insan birlərindən xoşu gəlir, zamana buraxanda, zaman sürə‌sində dışarıdan etgi‌lənmə‌lər bir görüşə həm yaxın‌lada bilər, həm uzaq‌lada bilər. daha doğrusu görüş‌lər yönədilinər.
     Bir‌ksə‌ləri  görəmə‌dən, bizdə ön‌görüş yaranır. ön‌görüş‌ləri yaradan, bizim indi‌lik‌də güvəndiyimiz adam‌lar olur. hər kəsdən yaxşı, insan özünə güvənmə‌li dir. ön‌görüş yaranmadan insan‌larla üzləşməli‌dir.
 
insan‌‌lar zamana buraxmaq yerinə, istək‌lərinin üstünə getsələr, yaxşı sonuclandıra bilərlər.

Monday, January 10, 2011

TEHRANDA YAŞAYANLAR SORUMLUDURLAR

   Tehranda yaşayan‌lardan soruşanda çoxları orda yaşamaqdan gileyə‌li‌dirlər. havanın kötülüyü, vaqtın azlığı, qohum-qəblə‌dən uzaq düşməyi, arvad-uşağın yanında olmamaq, tənbl öyrənmək  və bir çox yetərsizlik‌ləri nədən olaraq, hər kəs tehranın yaxşı yer olmadığı üçün sayırlar.
 
    Tehranda yaşayan‌larıla danışanda, gözyumulu tehranın pis‌lik‌lərin sayırlar. tehranın pislik‌‌lərindən qurtulmaq‌larına tehrandan çıxmağı dedikdə, yüzə‌ doxsan‌ doqquzu artıq göyül vermirlər ki heç, çıxmamaq üçün evli‌lik‌lərin də dağıltmaq istə‌yirlər.
     Tehrandan çıxanda da, hər yeri yox bəlkə təbrizi bəyə‌nirlər (bunlar azərbaycana nostaljı‌lərı olan‌lar üçün dür). özləri hansı yerdən gəlməkələrinə baxmayaraq, arxalarında bir buşalmış yer buraxırlar.
   Yerlərini mənimsə‌mək üçün, yekə‌başı oranı savunmaq olur. savunmaq da dildə olur. bir iş görməyə yetirəndə yiylənməkdən vazeçirlər. tehranın kötülüyündə hərkəs sorumlu dır( tehranda olan‌ları deyirəm, çoxunluğu azərbaycanlı olan‌ların başlığı‌la).

Sunday, January 9, 2011

YAXŞI ADAM KİMƏ DEYİRSİZ?

     " çox yaxşı adam dır " sözünü dönə‌lər eşidib‌, işlə‌dib‌siz. çoxun da ışlə‌tmə‌sə‌z, " yaxşı adam dır "-ı işlə‌dib‌siz. sizcə yaxşı adamın nə özəl‌likləri olmalı‌dır. bu özəl‌lik genəl bir özələlik nəzərə alınır. yanı bu ki, dini görüşlə siyasal düşüncə burda yer almır.
  •  Yaxşı olan adama net bir tərif, varımız dırmı?
      Görürsüz, bu günün yaxşı adam‌lar sabah‌ların kötü adam‌ları olurlar. ölçü‌lər də tərif‌lərdən olur. sənlə yaxşı olsalar, yaxşı adam‌dırlar. sənlə baş-başa qoysalar, kötüləşirlər. görürsən, özəl‌lik‌ləri dəyişmə‌miş qalan biri, dünə‌nin yaxşı‌sı, bu günün kötüsü ya da tərsinə dünənin kötüyə çalanı bu günün yaxşı‌sı olur!.

     Görüş dəyişmə‌lərimiz doğal olsalar belə yaxşı-pis‌dən net bir tərifimizin olmadığı ortaya çıxır. ınsan‌lar öz çıxarlarıla, yaxşı- kötü ünvanını başqalarına verirlər. ( əlbət bir sıra yaxşı, kötülər də genl‌likdə elə tanınırlar ).

    Yaxşı-kötü‌lük toplum‌lar arasında da olur. ancaq orda devlətlər görüş‌ləri yaradırlar. bir sıra devltə‌lərin də qirmizi listə‌sində başqa toplum‌lar olur.  iki devltin araları sazalsa da, adda devlətə bağlı olmayan mərkəzlər kötülük görüş‌lərini yürüdürlər.

Saturday, January 8, 2011

AZƏRBAYCANI TƏRİFLƏYİN

     Biri sizdən istə‌sə azərbaycanı tərif‌ləyə‌siz, siz necə tərif‌ləyə‌cək‌siz. azərbaycanın tərifinin içində yer, dil, dindən başqa nə‌ləri tərif‌ləyə bilərsizmi?
 
     Biri bizdən istə‌sə müsiqi‌sindən deyək, xalq oyun‌larından, geyim‌lərindən, dəb‌lərindən ( toy, yas, doğum, elçi‌lik, bayram, pay‌aparmaq ), pişirili‌ yeməkə‌lərindən, qurudulan yemək‌lərindən, ot‌larından, içmə‌li‌lərindən tərif‌ləyə biləcəyik, yoxsa yox. biri soruşsa bunlardan hansı yaşayırıq, sizcə nə deyə bilə‌cəyik .
 
       Diqqt elə‌səz, biri soruşanda, cavab‌lamaq üçün qanad çalırıq ( hər dən də kimsə‌lər tapılır deyir ki ötürün baba, bir az güncəl‌lə‌şin , ancaq çoxunluq‌da həvəslə tərif‌ləməyə çalışarlar ). özümüz yaşamaq üçün barmaq‌larımızı belə tərpət‌mirik.
 
       Hər kəs istə‌yir, yaşayışı‌nı sadalada. dəb‌lərdən keçmişdə qalıb deyə keçirik. ata-analarımızla fərqli görüşümüzü ortaya qoymaq üçün hər dəb var, dal çeviririk.
 
       Dal çevirməyimiz, ıftıxarla hər yerdə söyləndirilir. sizcə siz azərbaycanı yaşayırsızmı? yaşayırsızsa azərbaycanı özünüz yaşadığınız kimi tərif‌ləyin. görə‌k necə tərif verə‌cək‌siz.

AŞIQLARIN YARADICILIĞI

     Aşıq‌ların yaradıcılığı‌nı bilmək üçün, keçmişdə‌ki aşıq‌ların çıxış‌larına qulaq asmal‌ıyıq. indi‌lik yaxşı aşıq‌larımız olsa da aşıq‌ların bütün görəvlərini daşıyan aşıq‌lar azalıb. əlbət azalıb dedikdə zamanın dəyişildiyinə görə deyilir. yeni‌yetmə‌lərin maraqları, yayın‌lardan etgiləndikləri üçün  dəyişib‌lər. bizlər bu marağı qazanmaq üçün güclü yayın‌larımız olmalı‌dır.
 
   Aşıq‌larda üç iş gözə çarpır. birinci‌si müsiqi, ikinci‌si qoşmaları(şeir ustalıqları)  üçüncüsü rivayət‌çi‌liyi dir. aşıq‌lar rivayət‌çi‌liklə ayın‌düşüncə‌mizi bu günə çatdırıblar.
 
    Son‌da bir daha artırmalı‌yam; Aşıq‌ Ərəb, Aşıq Aslan, Aşıq dəhqan, Aşıq Dərviş kimi aşıq‌ları dinləyin. rivayət‌çi‌lik nə demək‌dir özünüz qolaq‌asdıq‌da çatacaq‌sız.

Wednesday, January 5, 2011

İmkanız olsaydı bu adam‌lardan nə soruşardız?

   Sizə bir imkan verilsəydi aşağıdakı kimsə‌lərin hərəsindən 10 sorğu soruşula, siz nə sorğuları soruşardız? daha doğrusu hansı bilmə‌di‌yimiz sorğuları önmsəyirsiz?
adam‌ları mən seçirəm, siz sorğularınızı soruşun .
1- İmadəddin Nəsimi:

     şair , hürüfilik hərəkatının rəhbərlərindən ( hurufi‌lər‌nin təməlin qoyan şeyx Fəzl‌ullah ‌Nəimidən  də soruşa bilərsiz )
2 - Şah İsmayıl Səfəvi:
 şair , səfəvi ımpraturluğunun binovrəsini qoyan (deyirlər on‌dörd yaşında şahlığa çatdı)
3 - Nadir‌şah:
 özü şah‌lığın qurandan sonra , özündən sonrakı‌lara heç nə qoymadı.  hər yeri öpə-öpə aldı!!
 4 - Ağa Məhəmməd‌xan:
 Qacar ımpıraturluğunun qurucusu, tehranı baş‌knədli‌yə seçdi.
5 - Abbas‌mirza:
qacarların mucadiləli, bacarıq‌lı, nəzər‌əgələn aydın igidi. ruslarınan savaşda bütünlük‌lə azərbaycanda olur.
6 - Nasırəldin şah: 
 şah‌lığın sonuna çatan biri, ondan sonrakı şah‌lar, şah‌lıq eləsə‌lər də şah olanmadılar.
 7 - Şıx‌məhəmmd xiyabanı:
8 - Əli‌ Misyov:
    Məşrutiyyət inqılabının fikri qaynağı, qeybi mərkəzin tanınmış‌larından biri.
9 - Seyid Həsən Təqi‌zadə: 
    Təhlükə‌dən qaçan adam, mason‌ların babası sayılır.
10 - Əhməd Kəsrüy:
        yazar, qoşan, qoşduran, qondaran
11 - Seyid Cəfər Pişəvəri:
        yazıçı , devlət qurucusu , jurnalıst
 12 - Məhəmməd Təqi Zəhtabı:              
       şair , yazıçı , tarixçi 

Otuz il bundan öncə necə yaşayırdıq

   Belə nəzər alın otuz bundan əvvəl bir nəfəri yaşadığımız toplumdan dondurulmuş durumda ayırıb, indi yeni‌dən frizdən çıxarıb toplumun içinə gətirə‌k, nə dəyişik‌ləri görə bilər?

     Teknolojik dəyişik‌ləri nəzərə almayın(onları demirəm). toplumda yaranan davranış, deyim dəyişik‌ləri deyirəm. ya da belə nəzərə alın bir nəfər otuz il bundan öncə, güney‌dən uzaq ölkə‌lərin birinə köçür gedib orda yerlə‌şib. o ölkə ‌də gəlişmiş ölkə olsun, ancaq bu adam öz varlığını saxlaya bilsə(ora asimilə olmayay) güneyə yetişdikədə nə dəyişik‌ləri görə bilər.
   
    Bizim yaşam tərzimiz nə qədər dəyişib , dilimiz nə qədər əriyib. yemək‌lərimiz necə dəyişib. ağızlarımızın dadı necə, ınsan‌ların beyin‌lərində yaranan quruluş‌lar, qol‌landıq‌ları misal‌lar , şeirlər, deyim‌lər necə dəyişilib. sizcə biz ağlamal‌ıyıq yoxsa qayıdan‌lar.

    Dondurulmuş‌la göndərilmiş‌ləri qaytarsaq bizə nə deyə‌cək‌lər? siz dondurulmuş‌larla göndə‌rilmiş‌lərə nə deyə‌cək‌siz?

Dünya , bölgə , ölkə xəbərlərində təbrizin gündh‌ki yeri

    Dünya xəbərlərində Təbrizi axtardıqda tapa bilmərik. təbriz gündəmdə ola bilmir. təbrizi ad apardığım‌da bizi( Güney Azərbaycanı ) mənimsə‌dən tanınmış yerdir. bilmirəm nə zamandan xəbərlərdə yox dır. mən xəbərlə ilgi‌lənəndən, təbrizə görə çox az xəbər görmüşəm. dünya xəbər ajans‌larının ilk xəbərində görməmişəm.
 
    Bölgə (orta doğu) xəbər ajans‌larının da xəbərlərində yerlə‌şmir. təbrizi mənimsəyən xəbər, xəbərajans‌larının xəbərlərinin başında yer alması çox çətin olur. təbrizin özündən bir xəbər deyilməz,  artıq başı bir fəlakətdən xəbər deyilər.
 
    Məntəqə‌də olan doğa‌yla bağlı böyük faciə urmugölü olmağına baxmayara, xəbərlərdə birinci yeri ala bilmir. amerikada nəft‌quyusu patlayan zaman dünyanın birinci xəbərinə çevrilmişdi. ancaq urmugölü bütünlüklə batır dünyanın birinci xəbərləri qalsın qıraqda,  gündəm xəbərlərində yerləşmir.
  
   Ajans‌larda xəbərlə ilgilənən kimsə‌lərin ilgi‌lə‌niri çəkə bilmirik. bizdən bizi‌lə ilgi‌lənən kimsə etibarlı xəbər ajans‌larında yox‌dır. olsa da etgi‌li olanmır.
 

toplumu yazdıqda necə yanaşmalıyıq

    Yaşadığımız toplumu ələ‌şdirmək bir ilkə olaraq bizim toplumda yaşanmır. daha doğrusu hər bir toplumun özünə ayid özəl‌lik‌ləri vardır. biz öz toplumumuza içə‌ridən yaxşı görə bilə‌rik. bir sıra özəllik‌ləri də tam özgə bir kəslər yaxşı görə bilərlər.

     Güney‌azrbaycanın təməl sorunu, toplumun özü‌kimi görünməməkliyi dir. bizi araşdıran‌ların görüşaçıları öz çıxarlarının açısından dır. bizlər də özümüzə istə‌di‌yimiz‌kimi baxa bilmirik. baxış‌larımız, gileylənmək olur. giley‌lənməklə‌rin çoxunun nədəni‌ni bilsək də, təkcə nədəni vurğulanır, çözüm göstə‌rilmir. artırmalıyam bu ki düz görə bilirik ya yox bunu da bilmək çox çətin dir.
     Bizi görməyə, özümüz də görmənilməz açı‌larımızı açmalı‌ıyq, daha doğrusu özümüzü incə‌lə‌ndirmə‌liyik. hər nə olsa biz bir toplumuq. hər bir toplumda olan sorun‌lar da bizlərdə var. bu sorun‌larla yanaşmasaq, sorun‌ları qaçılmaz görüb, onu dəyişməyə çalışmayacayıq .

sənə oxşamır

    Birini tapa bilsəz sizə oxşaya, nə deyirsiz mənə deyin(ürəyinizdə deyin heç kim eşitməsin mənim qulağıma çatar pis olar). hər kəs dünyada tək dir, ona tay kimsə yox dır. tək olduğuna baxmayaraq yaratmaq üçün bir kəs‌lərdən öyrənmə‌li‌dir. yaşamağı davam‌landırmaq üçün başqalarına əl uzatmalı‌ dır. tək olduğuna baxmayaraq cüt yaşamalı‌ dır. yaşadıq‌da heç kəsi özünə tay tapa bilməz. ekiz‌lər bədən‌ləri bir yerdən bir-birlərinə yapışsalar belə tək deyillər.

    Hər kəs bu dünyada özünə özəl, yaşayışı gözəl, acı‌ları hər kəsdən artıq acı, kədərləri hər kədərdən çox kədrdir. səni biri çox sevirsə də ( anan-atan, səni hər kəsdən çox sevirlər ) sənin‌qədər sənə canı yanmaz.

    Ölürsə biri, elə o ölür. doğulursa biri elə o doğulur. hayat onun üçün dayanır. yaxşı yaşamağa, özünə yoldaş seçmə‌li‌dir. yoldaş seçmək‌də çalışır özünə yaxın yoldaş seçə. ancaq nə qədər bir kəs birinə yaxın olsada özü deyil. imkanı var zaman sürə‌sində lap uzaq kimsə ola. bunları bilərək yaxşı yaşamağa heç kəsi özümüz kimi görməmə‌l‌iyik, fərqli baxmalı‌yıq.

özümüzə haqlı olmaq güvh‌ni yaraldan zaman haqqlı‌ıyq

   Çoxunluğu, türk olmayan şəhərlərdə, ya da çoxounluğu türk olub şəhərdə genlə‌lik‌lə ( devləti yerlərdə ) iş‌lə‌nilən dil türkü olmayan şəhərlərdə, toplumun tuplanan yerlə‌rinin ortaq dili devlə‌ti dil olur.

    Bu şəhərlərdə türk‌lərin törə‌nlə‌rinə fars‌lardan bir nəfər qatılsa da, o bir nəfərə görə çalışır‌lar törə‌nin dilin farsı eləsin‌lər. bu çalış‌maları qınamıram (elə düşünürlər, elə də çalışırlar, özlərini haqlı görərək onda da heç bir yanlış‌lıq görmürlər).

     Ancaq türk olan kimsə‌lər də var ki farslara tay düşünürlər ( düşündürülürlər). ortaq dil fars olduğuna görə(bunu da allah tərəfindən yox farslar tərəfindən olub), hər yerdə fars olan zaman farsı danışmağı özünə görəv bilir. belə bir adam fars‌la evlə‌ndikdə də, özünə türkü danışmaq haqqı vermir. bu düşündüyündən asılı olaraq, asmılasyonu fəxrlə boynuna alıb. demokurat yaşamağı seçir ( demokurası‌nı o cür tanı‌dığına görə, özünə haq bilmir).
   Bizim azərbaycanlı‌larda haqlı güvə‌n yaranmadıq‌larına görə, hər yerdə özlərini suçlu görürlər (ona görə də farsı danışmağa çalışırlar, beyinlərinə də çatmır türkü danışıb, farscaya biri çevirsin ya da dil çevirn‌lərdən alsın‌lar) . təkcə haqlı olmaq güvəni yaranan zaman , özünü haq görə bilə‌cək .

Dünyanın yeni ili

   Dünyanın yeni ilıi global‌laşmış dünyada, xırıstı‌yan‌ların yeni illəri olub. bu ildönümünün özü doğal bir olay olmağına baxmayaraq, dini bir don geyib .

    Dini don geyməyinə baxmayaraq, dünyanın çox ölkə‌ləri dünyada çətinə‌li‌yə düşməsin‌lər deyə, yeni ilin başlanışını, xırıstıyan‌larınkı seçib. yeni ili xırıstıyan‌larla birlikdə qutluyurlar. bu qutlamalarda xırıstı‌yan‌ların dəb‌ləri də başqalarına sıçranıb, qaçılmaz olub. ağacı hər kəs alıb bəzəyir.

   Noelbaba, elə o qılıq‌da qargörmüyə‌n ölkə‌lərdə də yaşanır. müsəlman ölkə‌lər də xırıstıyan‌ il başını könüllü‌ olaraq, özələrinə il‌başı seçibə‌lər. seçmiyən‌lər də xırıstı‌yan il‌başı yetirdikdə, janviyəni hər aydan yaxşı tanı‌ıyıb, sevinirlər(aman bu uyanların əlindən). onların içində ürə‌k‌ləri döyünən‌lər də olur.
  Öz il bayramımıza yetirdikdə, sevinmirlər ki heç, dalı‌ qalmış da bilirlər. dünya beləcə global‌laşır.

Azərbaycanlı bilim ataları

   Hərdən bir(münasibətlərlə bağlı) bilim adam‌ların adları qulağımıza dəyir. bu adam‌lar azərbaycanlı bir bilim sahə‌nin atası sayılırlar. bu bilim‌ataları tehranda olduq‌larına görə pay‌olaraq tehrana qalıb‌lar. uşaq‌ları‌la nəvə‌ləri(torunları) də tehran‌da böyüdük‌lərinə görə, özlərini fars bilib, bütünlük‌lə türk‌olmaqdan qurtulub‌lar. bunlar acı olsalar da gerçək‌dirlər. Həsən Rüşdiyyə, profosor Ədl, Şukuhi, Ali‌nəsəb kimi tanınmış adlardan çox saya bilə‌rik.

  Atalar bilim sahələ‌rində ata olsalar da öz millət‌lərini onutdurmağa yardımçı olub‌lar. belə adam‌ların bilmə‌dən başqa yön‌lərə vaqt‌ olmadıq‌larına görə ( ! ! ! ! ) bilmə‌dik‌ləri alına bilh‌rmi ? ?

Tuesday, January 4, 2011

ək ad dır yoxsa eyləm

    Ək sözcüyü internet gələndən çox işələnilir. hər bir deyta‌nı biz artırmaq üçün, onu əklə deyirik. ək ondan başqa dilçi‌lik termini olaraq ( affix ) da işlənilir (başqa adı şəkilçi dir). ordan yararlanalaq, ək‌lə‌mək yaranıb və iş‌lə‌dilib.

   Ək çoxdan‌dır dilimizdə bir eyləm kökü olaraq işlə‌nilib. ondan əkin ( ad ) sözcüyü‌lə, əkmək (məsdər görülüşündə) sözcüyü də lap tanış olan sözcüklər dir. birləşik kəlmə‌lər də ondan yaranıb ( kürəkən , kür=özgə kürü əkən ).
ək-ə  " "(ad, sifət, say...dan feil düzəldən şəkilçi) artırmağımızla feil yaratmağımızı nə qədər düz olub-olmadığına baxmayaraq genişliklə iş‌lənilir .
gələcək‌də necə işlə‌nilə bilər onu da dil uzman‌larından soruşmalıyıq .

tehran‌ dağlarının ətəyində yerlə‌şən kənd‌lərin, adı

    Tehranın qüzeyində‌ki dağların ətəyində yerləşən kəndlərin görüntüləri, ot‌ları, havaları   Azərbaycanın dağlıq ‌yerlərilə bir‌dir. bu dağlar Azərbaycanın dağlarının sırasında yerlə‌şdiyinə görə doğal‌dır. tehranın yerli‌lərinin batı bölgə‌lərinin çoxunun türk olduq‌larını (kəndlər, şəhərlər) hər kəs bilir.
  
      Tehranın qüzey‌ində yerləşən kəndlərin adları çox maraq çəkici‌ dir. bu adlardan, şemşək (şimşə‌k), dizin, suluqan, kən, talqan kimi adları çox eşit‌mişik. bu yerlərə , səngan, gələ‌n‌dövə‌k ( lavasanın adı dır), əfcə, ahar, oşun kimi adları da artırın. gə‌li‌ndövək adının nə olduğunu oranın ( bölghə‌nin ) yerli‌lərindən soruşduqda, bilmə‌dik‌lərini bildirdi‌lər. bunlara tay adlardan oranın kəndlərində çox görürük.

Sunday, January 2, 2011

uzaqgörənlik

     kəsin " uzaq‌görən adam dır" sözünü eşidib‌siz. sizcə uzaq‌görnə‌lik nə dir? ! bizlərin ( Güney Azərbaycanlı‌lar ) içində uzaq‌görən adam tapıla bilərmi? tapılsa da bu uzaq‌görən‌liyi azərbaycanın dəy‌‌ərlərinə sayğı‌sızlıq‌da olur yuxsa sayğı‌lı‌lıq‌da? sözü belə soruşum azərbaycanın dəy‌ə‌rlə‌r‌inə sayğı‌sız olan kimsə, azərbaycanın uzaq‌görə‌ni sayıla bilərmi?
    Bunlardan geçək; ınsan uzaq‌görən olmalı‌dır yoxsa yox? uzaq‌görən adam‌lar toplumumuzda necə tanınırlar? onlara yer var yoxsa yox? uzaq‌gör‌ənlər yaxşı olurlar, yoxsa pis ? ?
    Hər adamda uzaq‌gör‌ənlik bacarığı ola bilər yoxsa yox? bizim toplumumuzda uzaq‌görənlik yarana bilər yoxsa yox?
 uzaq‌görə‌nin qarşılığında yaxın‌görə‌n kimsə‌lər necədirlər ? əsla görmüyə‌n‌lər necə ?

iki çillə gecəsi

   dolu qar yağıb, hava ayazlayıb. odun‌ları içəri təndirə (evin təndirində) yerlşdirib‌lər. biz, bizim şəhərdən, çilləgecə‌si üçün bizim kəndə getmişdik. daha doğrusu gəlin‌payı aparmışdıq. gəlin də mənim əmi‌qizim olurdu. pa verilib, gün batmadan babam‌gilin ( atamın atası‌gilin) evlərində yığışmışıq. əmi‌lər gəlmişdi, əmmə‌lərdən də bizim kənddə olan‌lar gəlmişdi‌lər. tü deyirdin göydə donurdu ( böyük‌lər deyirdi ).
  
    Nənə‌mələ gəlin‌ləri çillə‌gecə‌sinə yeyəcək‌lər hazırlayırdılar‌. qovurqaları nənə‌m qovrurdu. lap böyük gəlin‌bacı şam pişirirdi. anam‌la o biri gəlin‌bacı‌lar hərəsi bir iş görürdülər.
o zaman bizim kəndə ışıq gəlmə‌mişdi. bir çırağ‌qaz‌la hər yer ışıq‌lanmışdı. şam yeyildikdən sonra hamı kürsünün altına girmişdi‌. qovurqalar yeyilirdi, toxum‌lar çıtlanırdı.
babam‌ da geçmişə‌lərdən danışırdı (urus‌ların kəndə gəlmək‌lərindən , kürdlərin yaylaqda onların mal‌larını çaldıqlarından , kəndin əhvalatından) . bizlər də boyumuz kürsüdən qovzanmırdı.
sonra hərə bir ağız aşıq havası oxudular (əlbət kişi‌lər oxudular). əkinlə , kəndli‌lərdən danışırdılar. evdən eşik hər yer səs‌siz‌ idi, qaranlıq ıdı .
       zaman 1389 , yer tehran ( siz deyin kimin şəhəri dir, hər kəsin şəhəri dir hər kəsdən də çox bizim şəhərimizdi deyəsən)
 çoxdan dir soyuxdan xəbr yoxdur. çillə gəlsə də çillə‌lik hava görmə‌mişik.
çillə‌gecə‌sini qayın‌ata gildə olmalı‌ıyq. bizim şəhərdən, bu şəhrə çıllə‌payı gətirib‌lər(yalnış anlamayın mən gəlin deyiləm, mən evin kürəkəniyəm). bir taza gəlin var onun üçün pay gətiribələr. işdən çıxıram, evə gedə‌nə bir saat çəkir. hən-hün eləyə‌nə saat 8 olur. səkgizyarıma hamı yığışır.
çillə‌nin yemək‌ləri bazardan alınıb. sufranı yığışdırmamış televizyon açılır. ev isti‌liyib, hərdən pəncərə‌lər açılır.
   evdə qayın‌atadan sonra hər kəs danışır.  telvizyona baxılıb telvizyondakı‌lara görə danışılır. çillə‌gecəsinə gələn s‌ms-lər oxunulur. həməşə‌ki ‌kimi mənim cib‌telim yanımda deyil. yaranə‌lərdən ( devlət payından ) danışılır. xırıstı‌yan‌‌ların taza il‌ləri gəlir. deyə‌sən çörəyi bahaladacaqlar. hər yerdən danışılar . biz oturan küçə‌də bir maşının şüşə‌sini sindirib zəbtini aparıb‌lar(hər günki olay).
çox oturmuşuq deyə‌sən, səhər tezdən də durmalıyıq.

asimilasyon qanımızda dır

  GüneyAzərbaycan uzun il‌lər dir, asimilasyon‌dan (bə‌nzh‌ətmədən) çəkir. əlbət buranın dərdi təkcə asımılasyon deyil. elinasyon (özgə‌ləşmə) da buranın dərdi‌ dir. eləbil burda olan‌lar özlərini birlərinə gərək oxşadalar. bəlkə 80 illik sürə‌li basqın bu millətin özünə güvəncin əlindən alıb. əlbət GüneyAzərbaycan kütləsi öz ziyalı‌sından (ziyalı adlanan) etgi‌lənməd‌iyi zaman‌lar özünə güvənib.

  Asimilasyon‌dan dadtəpənlər, yeri gəldik‌də başqalarına asimilə olurlar. bəlkə də asimilə olduq‌larına inanmırlar. ınsan‌lar özlərinə güvə‌nmədiklərində necə başqaları onlara güvə‌nsinə‌lər. siz güney‌azrbaycanlı‌nı hər zaman asimilə olmaq durumunda görə bilərsiniz.
 
   elə‌bil burda olan‌lar heç zaman buranı yaşamayıb‌lar, bir il başqa yerdə qaldıq‌ları zaman bütün xuylarını dəyişirlər, danışıq tərzlərini də dəyişirlər. inanmasaz, başqa ölkə‌lərə gedən güney‌azrbaycanlı‌lara baxın. hər yerə gedibə‌lər oranın dilini götürübə‌lər. bir yerin dilinin öyrənməyi suçlanmır, suçlanan götürdiyi dilin onların öz dillərini etgiləməsi dir. 
   İstanbul türkcəsilə farsca yazmaq bacarıq sayılır. bacarığı olan hər bir kəs ilk öz dilində bacarıq‌lı olmalı‌dır. bu dili yazmalı‌dır. dil dərdi varsa ilk özünü toxtat‌malı‌dır. özü toxtadıq‌da başqaların toxtamağını düşünmə‌li dir. yoldaşlar iastanbul türkcəsilə farsa asimilə olmağı bir tutmağımı bəlkə bəyənmiyələr. düzdir istanbul türkcəsi türkü olduğuna görə farscadan fərqli dir. ancaq özüvü(azərbaycan türkcəsini) bütünlüklə yaddan çıxarıb istanbulcani qullanmaq istanbulcaya asimilə olmub özüvü silmək deməkdir. 
 

çillə gecəsi

   İstə‌dim çilləyə görə bir söz yazam. baxdım nasirmənzüri hər nəyi yazıb. ona görə də çillə‌nin özünə yazmadım. aradan getməyinə yazdım.(əlbət çillə aradan getməz, dəbləri yaddan çıxar, nədəni unudular) 
 
  Çillə‌nin gecəsi‌nin uzun‌luğu qalsa da çillə‌li‌yindən bu il xəbər yoxdur. təkcə çillə payları‌ təzə gəlin‌lərə gedir. qarpız da ki samanlıq yox belə saxlanmağa.

    Bilirsiz, qarpızı saman‌lıq‌da saxlayardılar. nə üçün saman‌lıq‌da saxlanmağını siz deyin. soyuq‌dan qurunardı yoxsa başqa nədəni‌ də ola bilərdi. diqqət elə‌səz bütün cümlə‌lər keçmişə işlə‌nir. bəlkə bir yerlərdə qalıb(samanlıq, qarpız, qar, çillə bir yerdə).
fars görmüş evlərdə isə çillə gecəsinin yerinə " şəbe yəlda" işlə‌dirlər. neynə‌sinlər çillə görmüyüb‌lərki ? ! ! ! ! !(yaymağa çox gecikdi, ərəb alfabetində çillədən öncə yayılmışdı).