Sunday, January 2, 2011

iki çillə gecəsi

   dolu qar yağıb, hava ayazlayıb. odun‌ları içəri təndirə (evin təndirində) yerlşdirib‌lər. biz, bizim şəhərdən, çilləgecə‌si üçün bizim kəndə getmişdik. daha doğrusu gəlin‌payı aparmışdıq. gəlin də mənim əmi‌qizim olurdu. pa verilib, gün batmadan babam‌gilin ( atamın atası‌gilin) evlərində yığışmışıq. əmi‌lər gəlmişdi, əmmə‌lərdən də bizim kənddə olan‌lar gəlmişdi‌lər. tü deyirdin göydə donurdu ( böyük‌lər deyirdi ).
  
    Nənə‌mələ gəlin‌ləri çillə‌gecə‌sinə yeyəcək‌lər hazırlayırdılar‌. qovurqaları nənə‌m qovrurdu. lap böyük gəlin‌bacı şam pişirirdi. anam‌la o biri gəlin‌bacı‌lar hərəsi bir iş görürdülər.
o zaman bizim kəndə ışıq gəlmə‌mişdi. bir çırağ‌qaz‌la hər yer ışıq‌lanmışdı. şam yeyildikdən sonra hamı kürsünün altına girmişdi‌. qovurqalar yeyilirdi, toxum‌lar çıtlanırdı.
babam‌ da geçmişə‌lərdən danışırdı (urus‌ların kəndə gəlmək‌lərindən , kürdlərin yaylaqda onların mal‌larını çaldıqlarından , kəndin əhvalatından) . bizlər də boyumuz kürsüdən qovzanmırdı.
sonra hərə bir ağız aşıq havası oxudular (əlbət kişi‌lər oxudular). əkinlə , kəndli‌lərdən danışırdılar. evdən eşik hər yer səs‌siz‌ idi, qaranlıq ıdı .
       zaman 1389 , yer tehran ( siz deyin kimin şəhəri dir, hər kəsin şəhəri dir hər kəsdən də çox bizim şəhərimizdi deyəsən)
 çoxdan dir soyuxdan xəbr yoxdur. çillə gəlsə də çillə‌lik hava görmə‌mişik.
çillə‌gecə‌sini qayın‌ata gildə olmalı‌ıyq. bizim şəhərdən, bu şəhrə çıllə‌payı gətirib‌lər(yalnış anlamayın mən gəlin deyiləm, mən evin kürəkəniyəm). bir taza gəlin var onun üçün pay gətiribələr. işdən çıxıram, evə gedə‌nə bir saat çəkir. hən-hün eləyə‌nə saat 8 olur. səkgizyarıma hamı yığışır.
çillə‌nin yemək‌ləri bazardan alınıb. sufranı yığışdırmamış televizyon açılır. ev isti‌liyib, hərdən pəncərə‌lər açılır.
   evdə qayın‌atadan sonra hər kəs danışır.  telvizyona baxılıb telvizyondakı‌lara görə danışılır. çillə‌gecəsinə gələn s‌ms-lər oxunulur. həməşə‌ki ‌kimi mənim cib‌telim yanımda deyil. yaranə‌lərdən ( devlət payından ) danışılır. xırıstı‌yan‌‌ların taza il‌ləri gəlir. deyə‌sən çörəyi bahaladacaqlar. hər yerdən danışılar . biz oturan küçə‌də bir maşının şüşə‌sini sindirib zəbtini aparıb‌lar(hər günki olay).
çox oturmuşuq deyə‌sən, səhər tezdən də durmalıyıq.

No comments:

Post a Comment