Sunday, May 1, 2011

KİTABA YANSIDANLAR

   Birlərinin ömürlərinin bir kitab‌da yansımasına, kitaba yansıdan kimsə‌lər gərək‌li dir. güclü hakim‌lər pul verib, özlərini yansıt‌dırırlar. kitaba yansıdan‌ların çoxu özləri üçün yansıt‌dırırlar. istə‌dik‌ləri kimi yansıdırlar.

    Yazan‌lar egə‌mənlik‌lə‌rini gerçək fəzada quranmadıqda, əl‌ləri çatdıq‌ları fəzalarda qururlar.  beyinlərində yaranan fəzaların yaradan‌ları onlar olduq‌ları üçün, beyin‌ləri çatdıq‌ları qədər qol-budaq verirlər. istə‌dikləri kimi yarqı‌layırlar.

    Yaratdıq‌larını başqalarına görsətmək istə‌yirlər, hakim‌lərin xoş‌ları gəlməsə onların beyin‌lərində yaratdıq‌ları, günün gun‌ortaçağı ayaq‌larına dolaşa bilərlər. dolaşmalar çətin‌lə‌şəndə, hərdən beyin‌lərində olan‌lar tərsə də işləyirlər. düz başlanqıc yerinə dək, bəlkə də tova düşdükdə dərəni də atlaya bilə‌lər. onda dir ki onların özləri də başqaların kitab‌larına yansı‌ya bilərlər.
   Kitaba yansıdan‌lar, başardıq‌ları qədər istə‌dik‌lərini yansıdarlar. ancaq istə‌dik‌lərinin bütünlüyünün yansımağı ( istə‌nilən kimi ) çox çətin olar, bəlkə də heç olmaz. ‌