Tuesday, March 8, 2011

BAYRAM

   Bayram gəlir çatır, hər il də tikrarlanır. Azərbaycan-dan başlanalaraq, dünyanın çox yerlərinə bayram yayılıb. hər yerin yerli adam­larına uyğun bayram dəb­lərini görmək olur. bir sıra yerlərdə bu dəb­lər ağır, başqalarında bir az yumuşaq olur.
   İnsan­lar bir az özlərin aydın fikir, hiss etdikdə "bu dəb­lər keçmişinki dirlər" deyərə­k özlərini modern göstərmək üçün, bütün Bayram dəb­lərini özlərindən sildirməyə çalışırlar. bayram dəb­lərini vurğuladıq­da təkcə o dəb­ləri yozurlar, çox büyük atdım atdıq­da bir yazı yazırlar, bir rəsim çəkirlər inana bilmədik­ləri bir olayı necə yozub, yorub, naxış­lıyırlar allah bilir!!
  Həlbət yazı yazıb, naxış çəkənlər çox da yaxşı iş görürlər, ancaq bu dəyər­ləri özləri yaşaya bilsə­lər yazıları, naxış­ları artıq­raq cana yatar.
    Vurğulamalıyam, bir dəb yaşamasa, zaman sürə­sində aradan gedib, təkcə xatirəsi qalar. sonra birləri də tapılıb onları yeni­dən qurmaq istə­iy­əndə bu istə­mək yaramaz. yaradıq­da ənə­şuş yarar. hər nə­ tərsə yerinə oturub, yeni­dən quran çalışar beyninədə olanı dəb yerinə, millətə versin. gör­ün verdiyi nə çıxıar!? yerin alar, xalqa işlər, xalq ışlə­dərmi!? neçə il yaşarmı ?! əlbət yarayıb, yaramadığını mən qərar verə bilmərəm, ancaq yaşadığımız illərin təcrübh­si bünün tərsini gösədir. demək olar yaşayan hər bir əsər xalqın yararlandığı olayların axının­da olsa o yerinə oturar.
   Haçandan yaranmağı bilinməyənlə neçə min illərdən qalan dəblərin və kimin yaratdığı bəlli olmayan dəb­ləri açıq­lamaq bu asan­lıq­la olmaz. millətlərin uzun zamanlarda oluşdurduq­ları dəb­lər, zaman sürə­sində tapdalanıb, yontalıb çoxlu donlara girib, aşamaları aşdırıb bizə gəlib çatıb. bu dəb­lərdə din, əfsanə, üstürə, elm, xürafə və . . . . yaşayır.
  Dəb­lərin hansı yeri hansı donu geydiyini bilmək daha çətin dir. bir sıra dəblərin, nədənin bilmə­diyimizdə onu silib qırağa qoymaq büyük yanlış­lıq dir. "Levi İştravsın" Güney Amrıkanın yerli xalq­larının arasında apardığı araşdırmalarda, keçmiş­dən qalan yaşam tərzlərində ayın düşüncə(mithical thought) yaşadığını vurğuluyur;
  Bugün burda olan bilgi­lər onu çözə bilmə­dik­ləri üçün onları geri qalmış düşüncə adlandırırlar. belə adlandırmağın təkcə nədəni bir yönlü baxış­lar dir.
   Bayram­dan uzaq düşmüyə­lim, yer dolanır, günə yaxın­laşır, yer qızır lütlənir, hər nə var içində eşigə tükür, bir şey qalmadıq­da sozalır, saralır gündən uzaqlaşır, lütlə­şdiginə görə ağ don geyir, yer donur, bir daha günə yaxınlaşmaq istə­dikdə bayram olur.
   QIş bütün qış­lığı­la başa çatdıq­da yerin canlanmasının xəbəri, bayrama bir ay qalmış­dan yer göyü bürüyür. bu olayı qutlamaq, belə bir durumu yaşayan yerlərdə yaşanar, yaşamadıq­da düşünüb yaşada bilməz. dəblər yaşamda olan dəyərləri abardıb saxlamaq üçün oluşublar.
   Od-un dəyərini soyuq­da yaşayan insanlar bilər. keçmiş zamanlar ocaq­larının söndüyündə yenidən odu yandırmaq çətin olar. bu çətinlik qışda iki qat artar. bəlkə də onların hayatlarının sonuna apara. elə ona görə­ də ocaq qutsal bir anlam tapır. ­ 
   Zumarın sona çatdığı­la birgə qışın qarqışından qurtulub bir il daha yaşamaq imkanı tapan insanlar təkcə bayram adını belə bir olaya verə bilərdilər. verdilər. bayramı düşündükdə hər nə­ yeni­dən doğulur  yeni­dən başlanır. hər nəyi yeni­dən başlamağa neynəmə­liyik, bu sevinci bütün insanlarla paylaşmalıyıq. qar-la qış aramıza ara saldığı insanları izləyib tapmalı­yıq. diri qaldıqlarına sevinib, ölənləri xatırlayıb, hayatı olduğu kimi yaşamalıyıq.
Bayram özü hər nəyi deyir. hər bir başqa olayın əzizə­mhəsinin başqa adı olmalı dir. quyruq doğur, sunay olur, halay çəkilir halay puzan oyanır, gündüz daralır, gecə uzanıb, çilləsinə çatır.
   Kosalar yola düşür, kiçik çillə gəlir, bayram yeli əsir ( və`də yeli ), son ayın çərşənbə­ləri süvşdürülür, axır çərşənbə keçir bayram gəlir, il dönür. bayram sufraları açılır. bərəkətlərdən yeddisi sufralara qoyulur . hər kəs tapa bildigi, bərəkətlərlə  sufrasını bəzəyir.
  Bərkətlərin yeddisi :
1 - Torpaq bərəkti: Qovurqa, Buğda, Torpaq 
2 - Sü bərəkəti: Balıq, Sü
3 - Ağac bərəkəti: Alma , İdə , Girdəkan(Cəviz) . . .
4 - Mənəvi Göy bərəkəti: Quran
5 - Alış­-Veriş bərəkəti : Pül , Sikkə
6 - Heyvan bərəkəti: Yumurta
 7 - Göyərməyin bərəkəti: Göy Becərtmək
   İslam gəlmə­miş­dən öncə bayram təkcə elə il bayramına deyilirdi. ancaq islam gəldikdən sonra daha iki olaya bayram adı verildi: Qurban bayramı , Fitir bayramı. bu iki bayramda da yeni­lənmək olur. mənəvi yeni­lənmək. içəridən pis­likləri arıtlamaq bayramı. bayram tək deyildigində bilinir il bayramı dir, qurban bayramı­la fitir bayramını dedikdə qurban la fitiri gətiririk. qum qədir də seyidlərin bayramı adlanır. keçmişə­dən qalan dəb­lər din gəldikdə aradan getməyib təzə don geyir. dinilə uyğun­laşır.
   Sonunda artırmalıyam bərkətlərdən yeddisi `Nasir Mənzurı`-­nın Dilmac­ dərgisinin 34-ci sayısında çap olduğu ayın düşüncə mətləbindən alınıb.
Bayramız mubark olsun .
   Yumurtaları qırmızı buyayın. qırmızı balıq­da yaddan çıxmasın. quvurqaya da töv verin. idə, qırmızı alma, göyərtmiş göyün qırmızı qurşağı da yaddan çıxmasın. əlizə xına da qoyun qırmızısı buyanmış yumurtaya çalır. yumurtaları düşün mən gəldim. 

No comments:

Post a Comment