Saturday, January 15, 2011

yenilməyimizə sana bildiyim suç nədənləri

birinci‌si; görə‌bilmə‌myimizi görmə‌məzl‌iyimiz.
ikinci‌si; yersiz özümüzə inandığımız.
üçüncüsü; başqalarıla tez əmoğlo olmağımız.
dördüncüsü; əmoğluların yalanlarına inanmağımız.
beşinci‌si; başqalardan yalan danışmağı öyrənməyimiz.
altıncı‌sı; yalan‌larımıza özümüzün inanmağımız.
yetdinci‌si; hər üzümüzə gülənə vurulmağımız.
səkgizinci; vurqun‌larımızın vurulması.
doqquzuncu; hər kəsə ayaq verməyimiz.
onuncu; ayaq‌alan‌ları durduranmamağımız.
oobirinci; durduranmadığımız‌ların bizi durdurması.
on‌ikinci; quzubalası olmağımız (hər kəs bizə yaxşı desin deyə).
on‌üçüncü; palaza bürünüb, özümüzü selə verməyimiz.
ondördüncü; seldə boğduqda özümüzə gəlməyimiz.
on‌beşinci; özümüzə gəldikdə üzmək başarmamağımız.
on‌altıncı; üzmək öyrəndik‌də, özümüzü üzməyimiz.
on‌yetdinci; dünyada deyilən hər sözlə görüşlə‌rə qatılmağımız.
on‌səkgizinci; biz dünyalıq olub, dünya bizsiz olmağı.
on‌duqquzuncu; ürəyimiz, tanımadığımız hər bir nəyə döyünmə‌si.
yirminci; başqaların hər nəyinə ürək‌ yandırıb, ürə‌klərimizlə isinməyimiz.
yirmi‌birinci; yirmi‌birinci yüz‌‌ilə, beş‌yüz‌ ildən öncə gəlməyimiz.
artıq saymağım gəlmir,
sonuncusu; saymaq‌dan doymamağımız!

No comments:

Post a Comment