Friday, January 14, 2011

Azərbaycanın Ağız Lövhə‌lərinin Dördüncü Bölümü " SİCİR "

     Azərbaycanın ağız ‌lövhə‌lərinin dördüncü bölümü ( kətibe‌haye şəfahı Azərbaycan, 4 )  SİCİR başlığı‌la çap olundu. Nasir Mənzuri bu kitab‌da ədəbiyatın doğuculuq qaynaqı olan sicirdən danışıb. Mənzuri öncə yayılan kitab‌larında sicirdən söz aparsa da, sicirə görə geniş danışmamış‌dı.
    bu kitabda; -ədəbiyat hardan başlanır? -səs, qavram, anlam nə‌dir? sorğularına qısacıq cavab verilir. çaxnayış‌lıq, (Ş, D, Q) səs‌lərin anlamı da açıq‌lanıb. Ayın‌düşüncə ‌ilə, kümpleks düşüncəyə dayanaraq , sicir tərif‌lə‌nilib.
     " SİCİR " sözcüyü bizim folklorumuzda iş‌lən‌sə də, termin olaraq bu kitabda ortaya gəlir. kitabda sicir üç səthə bölünür. birinci səth‌də olan uşudum-uşudum sicirini, səs‌quruluş , qavram(concept) ,anlam (meaning) yön‌lərindən araşdırılır.
   kitab 62 səhfə dir. satış yeri isə, Əndişe No yayın evi‌ verilib.
Bu kitabı oxumaq, Nasir Mmənzuri‌nin bir çox kitab‌larının açarı ola bilər.  bu kitabın oxumaq dadını, damağınıza daddırın.

No comments:

Post a Comment