Tuesday, March 8, 2011

ÇƏRŞƏMBƏ

  İli addımlıya-addımlıya sona çatdırırıq. bayram ayının içindəyik.
Dörd çərşəmbə-nin ikisin atlıyıb üçüncüsünə yaxınlaşırıq. bayram yeli isə hərdən əsir.
Bu il qiş dediyin bir şey görmədik. Çillə-lərdən də xəbər olmadı. soyuqdan da. qışımız belə olduqda yayımız necə olacaq, alla bilir.
   Bu ilin də son çərşəmbəsini Tehranda qalmaq məcbüriyyətində olacağam. neçə illərdi daha şal sallıyanmıram. şal sallıyacağım bütün bacalar məni gözlüyürlər. qorxuram gözlüyüb gözlərinə ağ gələ. bir il, iki il, dörd il, tut get illər boyu gözləməli dirlər.
Günah, bacaların özlərində dirlər. sevitdirənlərini küsdürməməli dirlər. bu küsmək elə küsmək dir ki barışmaq istəyəndə də barış olmur. özümlə deyirəm barışım! olmur!
    Buralarda çox Qar-Çiçəyi axtardım tapa bilmədim. novruz gülünü də tapanmadım. ot yandıracağım yeri də.
   Bərəkətlərdən yeddisni neynirəm! bayram sufrası açacağam ki ora quyam! amma roz yumurta buyuyacağam, kənd yumurtasını hardan tapım axı! rozu buyuyacağam özü də qirmizi.
                                  Bilirsiz! qirmizi mubarək olar mubarək.
   Demədiz yumurtaları neynirsən? özüm deyirəm ayrısından eşitmiyəsiz. gəlib tərsə xəbər verərlər. buyanmış yumurtaları özümdən götürəcəyəm yolda bütün dadıb düşüb düyüşəcəyəm . bütün yumurtalar yenilməlidirlər.
                                                    Küsdürülmüş qayıdır.
    Balığı da saxlıyacağm küsülsəm yoldan keçən çaylardan tutam. kim nə bilir bu küsmək nə qədər sürəcək? siz deyin.
   Bilirsiz bəxtim də yoxdur tonqallardan atlanam. curabımı da toxuyublar. yox toxumuyublar. burda yumaq-yün  tapılmır. tapılsada əyirib, toxuyan tapılmır.



                                                 bu yazı keçən il yazılmışdı.

2 comments: