Sunday, January 23, 2011

ANALAR ANA OLSUN DEYƏ BÖYÜK ANA DÜNYASIN DƏYİŞİR

   Bir ana dünyasın dəyişir. səs‌siz, səmirsiz. başyoldatmadan bir kəsə. gözün yümür gedir. gözü dalda qalsa da, getməyin qaçılmaz bilən ana, gedə‌cək vaqtını, hər kəsin quralı qurulduğu çağda seçir. kimsə yerindən oynamayan zaman. ayağı dəng alan zaman.
 
    Bir zamanın uşağı olan ana, deyəsən hər zaman anaymış, ana. bir zaman‌ların qızı olan ana, bu gün‌lərin anası‌ dır. gəlin‌bacı olan ana, bir ömür bacı qalır hər kəsə, birlərinə gəlin‌bacı, birlərinə təkcə bacı.
    
      Analığı qarnın‌da daşı‌yan ana, ürəyini sevgi‌yə doldurur . ürəyində sevgi doğdurur. ananın sütü qurusa da, sevgiyə dolur. sevgi əmirlər uşaq‌lar. bir ərsiz ananın sevgi‌si təkcə uşaq‌larına çatır.
 
     Hərdən dolar, ağlar ana.
               gözlərindən yanar ana.
                    ağlar, için-için ağlar.
                           ağlar uşaq üçün, ağlar.
                                ağlar ərdən ağlar.
                                            ağlar özünə ağlar.
                                                 güzgüdə gözünə ağlar.
 
    Hər gün didişsə də, uşaq‌ları varkən, dalı oturmaz. analıq‌dan yurulsa da, sevdiyindən qalar. uşaq‌larına baş‌larını dik tutdurar. alın‌larını açdırar. hər bəlanı uşaq‌larından qaçdırar. birgün gələr, uşaq‌ları bir-bir başqalarını sevib gedərlər. sevsə‌lər də gedərlər, sevməsə‌lər də. gün belə gələr ana tək qalar.
 
    Tək qaldıq‌da analığı sona çatar deyə‌sən. analığından neçə ana doğulub, ananın. doğan‌lar, bu günün anaları, o isə keçmişin anası.
   ana, böyük ana olduqda, başqa analar tam ana olmurlar deyəsən. analar, tam ana olsun deyə böyük ana dünyasın dəyişi‌r. səs‌sizcə‌sinə süzüb gedr . birdən görərsən , böyük ana, bacı‌, gəlin‌bacı gəlinliyin geyib gedir. yaxın yola‌salan‌ları, toylarında olub, toyunda olmuyan‌lar olur. o doğan‌lar olur. gəlin‌bacı bir daha ağ geyir. gəlin çıxır.

No comments:

Post a Comment