Sunday, January 30, 2011

BİLMƏDİYİMİZ ŞEYLƏR

   Hərdən, yaxın çevrəmizdən birlərinin iş‌ləri bizlər üçün tanış gəlmir. necə baxırsan özündə sıxışdıra bilmirsən. soruşduqda da cavab alanmayan zaman, özünlə əl‌lə‌şirsən. belə bir durum‌la, çeşitli qarşılaşan‌lar olur. birləri beyin‌lərində sıxışdırmadıq‌larına görə, işi görən kimsə ilə didişməyə keçirlər.
 
   Didişməyə keçən‌lər iki cür olurlar: birisi; görülən iş onu ilgi‌ləndirib, ilgi‌ləndirməyinə baxmayaraq didişməyə keçnə‌lər dirlər. ikinci‌si onları ilgi‌ləndirən zaman didişməyə keçən ‌adam‌lardır (belə adam‌lar öz çıxarlarını düşünürlər).
 
   Didişməyə keçməyən‌lər üç yerə bölünürlər. birləri üzlərinə gətirəmə‌dən uzaq‌laşırlar, başqaları işi‌görən kimsə‌lərə güvəndikləri üçün, işin bütünlüyünə inanırlar. üçüncü dəstə isə, özlərinə aldırmadan, izləyirlər. yeri gələn zaman içərilərin boşaldırlar. bütün təpgi göstərib-göstərməyənlər izlədikləri zamanlar belə yanılırlar. sorunun nədəni bəlli olmayan zaman bütün nədənlər yorumlar olurlar. nədən olmurlar.
 
   Yuxarıdakı‌ların hər biri nədən soruşsa, cavab təkcə bu olur: siz bilmədiyiniz bir şeylər var. cavab‌ları düz dir. ancaq biz bilmirik biz bilmə‌d‌iyimiz şey‌lər bizim üçün yaxşı dır yoxsa pis.
 
Bəlli olan, biz bilmə‌diyimizi bilənlər var. biz bilmədiyimizi bildirənələr də var. bildirən‌lər dost‌dırlar yoxsa düşmən,  bəlli deyil. bildirən‌lər düz bildirirlər yoxsa yanlış, bilənlərlər belə bilmirlər!

No comments:

Post a Comment