Saturday, January 29, 2011

YAZI QURALLARI

   Hər dilin özünə özəl yazı qural‌ları vardır. bir sıra qural‌lar da bütün dünya dil‌lərində ortaq sayılır. ulusal qural‌lardan, yazının çərçivəsi olmaq dır. əlbət çərçivə‌siz yazı‌lar da yazılır. yazı‌ların temləri bəlli olmalı‌ dır. tem‌ hər kəsdən öncə yazar üçün bəlli olmalı‌ dır.
 
    Yazarlar başqalarından etgi‌lənə bilərlər. ancaq başqa yazarları yansılamağa çalış‌salar, ikinci dərəcə‌li yazar kimi tanınmağa da zorlana bilərlər. yansı‌ladıq‌ları fəza isə onların ki olmasa, ikinci dərəcə‌li yazar belə olanmazlar.
 
   Bəlkə çox‌larından ulusal istandardlarla yazmağı eşidibsiz. bu ulusal istandardlar, yazının teknik baxımından olmalı‌ dırlar. yoxsa ulusal‌laşmış bir fəzanı yazmaq, hər zaman başqalarını yansılamaq demək‌dir. ulusal adlanan fəzaları yaşamadığımız üçün, yansıladıq‌larımız da çox gülünc olur. yerli fəzalarını ulusal‌laşdıran kimsə‌lər bacarıq‌lı yazarlar ola bilərlər.
 
    "Lokal yazır" sözünü, çox‌larından eşidib‌siz. hər bir lokal( yerli‌nin ) ulusal‌laşa bilər. hər dilə qayıt‌dıqda, dilin özünə özəl quruluşu var dır. bu quruluş‌da yazılmasa, yazı hər zaman axsayacaq.

No comments:

Post a Comment