Wednesday, January 5, 2011

sənə oxşamır

    Birini tapa bilsəz sizə oxşaya, nə deyirsiz mənə deyin(ürəyinizdə deyin heç kim eşitməsin mənim qulağıma çatar pis olar). hər kəs dünyada tək dir, ona tay kimsə yox dır. tək olduğuna baxmayaraq yaratmaq üçün bir kəs‌lərdən öyrənmə‌li‌dir. yaşamağı davam‌landırmaq üçün başqalarına əl uzatmalı‌ dır. tək olduğuna baxmayaraq cüt yaşamalı‌ dır. yaşadıq‌da heç kəsi özünə tay tapa bilməz. ekiz‌lər bədən‌ləri bir yerdən bir-birlərinə yapışsalar belə tək deyillər.

    Hər kəs bu dünyada özünə özəl, yaşayışı gözəl, acı‌ları hər kəsdən artıq acı, kədərləri hər kədərdən çox kədrdir. səni biri çox sevirsə də ( anan-atan, səni hər kəsdən çox sevirlər ) sənin‌qədər sənə canı yanmaz.

    Ölürsə biri, elə o ölür. doğulursa biri elə o doğulur. hayat onun üçün dayanır. yaxşı yaşamağa, özünə yoldaş seçmə‌li‌dir. yoldaş seçmək‌də çalışır özünə yaxın yoldaş seçə. ancaq nə qədər bir kəs birinə yaxın olsada özü deyil. imkanı var zaman sürə‌sində lap uzaq kimsə ola. bunları bilərək yaxşı yaşamağa heç kəsi özümüz kimi görməmə‌l‌iyik, fərqli baxmalı‌yıq.

No comments:

Post a Comment