İstədim çilləyə görə bir söz yazam. baxdım nasirmənzüri hər nəyi yazıb. ona görə də çillənin özünə yazmadım. aradan getməyinə yazdım.(əlbət çillə aradan getməz, dəbləri yaddan çıxar, nədəni unudular)
Çillənin gecəsinin uzunluğu qalsa da çilləliyindən bu il xəbər yoxdur. təkcə çillə payları təzə gəlinlərə gedir. qarpız da ki samanlıq yox belə saxlanmağa.
Bilirsiz, qarpızı samanlıqda saxlayardılar. nə üçün samanlıqda saxlanmağını siz deyin. soyuqdan qurunardı yoxsa başqa nədəni də ola bilərdi. diqqət eləsəz bütün cümlələr keçmişə işlənir. bəlkə bir yerlərdə qalıb(samanlıq, qarpız, qar, çillə bir yerdə).
fars görmüş evlərdə isə çillə gecəsinin yerinə " şəbe yəlda" işlədirlər. neynəsinlər çillə görmüyüblərki ? ! ! ! ! !(yaymağa çox gecikdi, ərəb alfabetində çillədən öncə yayılmışdı).
No comments:
Post a Comment