Wednesday, December 29, 2010

qar doşabı

    Qar doşabı ünvanında bir yazı qayaqızından gördüm. bu yazıda ad aparılan iki nəsnə, özlərini  özələdilməkləri bildirilir. özələ‌likə‌lə qar dəyərin çox qaldırıb.
   Qar, qış‌la yox payızla gələrdi. xəzan yeli, payızın ilk ayında yarpaq‌ları yerə sərdirə‌rdi. orta ay girməmiş püsə‌r gəlib qardan xəbr gətirərdi. dalısıca qar yağardı. bəlkə ilk yağan qar əriyərdi, ondan sonrakı qarlar, üst-üstə qalanardı. hər bir qar yağının‌dan, yerdə bir iz qalardı. günəş olan yerlər bəlkə əriyəbilərdi, ancaq qüzey‌yerlər ( gün görmüyən yerlər) qişin başa-başı qarı saxlayardı. qişin soyuğu hər zaman küçə-baca, çöl-bayırda gəzrədi.
 
  Soyuq havalarda istilik yemək‌lər yapışardı. isti‌likli əlverişli yemək‌lərin əsas bölümü doşab olardı. qayqanaq hər yemkə‌dən çox sevilərdi.
   Neçə illərdi nə o qarlardan xəbər var, nə də o qayqanaq‌lardan. elə bil yemək‌lərimizi dəyişdiyimizdə havamız da öz-özünə dəyişdi. isti yerlərin yemək‌ləri havamızı da dəyişdi. doğrusu indi doşab var, ancaq hər evdə tapılmır. doşab dedikdə ağzımızın suyu axır. amma neynə‌mək doşab‌lıq qatığımız da qalmayıb.

No comments:

Post a Comment