Tuesday, October 19, 2010

Ruman oxuyanlar

   Nasır Mənzuri ruman oxumağı çox çox önəmli bilir. düzü də elə dir. əlbət ola bilsin siz deyə‌siz biz də ruman oxuyanlardanıq. düzdür siz də ruman oxuyanlardan ola bilərsiz. ancaq sizlər də türk dilində ruman oxumağı bu ki oxuya bilirsiz yoxsa yox onda sözüm vardır. güneydə yazılan ruman‌ların az olmağına baxmayaraq onların bütünlüyü güneydə oxunublar yuxsa yox orda da sözüm vardır. öz dilimizdə ruman və ya mətləb oxumamazlıq‌ların nədənin kimsə araşdırmağın mən görmə‌mişəm.
 
   Türkcə ozun mətləblərin oxunulmamasının nədəni güneydə olan‌ların beyin‌lərinin fars quruluşunda olduqları dir. çox adam‌lar bir türkü mətləbin farscası olanda onu oxuyurlar. əlbət bu arada şeərlər fərqlə‌nir . ancaq uzun mətləbi oxuduqda beyin‌lərinin fəzası bütünlük‌lə türk dilinin fəzasına keçdikdə onlar onu qaldıra bilmirlər. daha doğrusu oxuyub düşünənmirlər. bu sorun bizlərin öz dilimizdə eyitim almadığımızdan yaranıb. böyüdükdə də sorunu çözənlər çox az olub‌lar. bu sorunu aradan qaldırmağa kiçik hıkayə‌ləri oxumaq faydalı ola bilər. bir də hər bir kitabı bir dönə oxuduqda başa düşmə‌dikdə ikinci dönə oxumalıyıq. oxumaq‌lar çoxaldıqda beynimizdə olan quruluş da getdikcə türkləşə bilər.

No comments:

Post a Comment