Tuesday, October 19, 2010

Dünya sorunlarının düşünənin biriyəm

   Kənddə doğulsam da, özümü tanı‌yandan şəhərdə olmuşam. ancaq uşaq‌lığımın bütün yay‌larını kənd də keçirtmişəm. demək mədrəsə qurtulduq‌da durma gəldim, kəndimizə deyərdim. o zaman kəndimiz, abad kənd sayılardı. bizə tay kənddən köçənlər olsaydı da, kənəddə yeni evlər tikilirdi. kənd təpə‌lərdən başlanıb, düzə uzanırdı. bayramda hər kəsi kənddə görə bilərdin. ona görə  məhərrəmliklə bayramda mənimsə‌nilirdi. kəndin hər sorununu özümün sorunum bilərdim. kəndin əhvalatı maraq‌landırardı məni.

   Orta məktbi bitirəndən sonra, artıq bayram‌larla, yay‌ları kənddə keçirmək istə‌məzdim. yoldaşlarla olmağı bəyənərdim. amma kəndə genə darıxardım. yavaş - yavaş şəhərin sorun‌larıla ilgi‌ləndim. sorunlarına bəlkə də qatılmaq isti‌yirdim.
   Zaman keçdikdə mən də təhsil üçün öz şəhərimdən uzaq‌laşıb böyük bir şəhərə yerlşmək zorunda qaldım. bir az yerləşdikdən sonra böyük şəhəri mənimsə‌yib sorunlarını özümünkü bildim. böyük şəhərin məhərrəmli‌yin, bayramın görmək istə‌diyimdə öz şəhərimizdə olanmadım. əsgərliyi bir başqa şəhərlərdə olub, onların sorunlarını mənimsəmə‌səm də maraq‌landım.

    Zaman yenə tovla sürürdü. mən yuxarı təhsil üçün bir başqa şəhərə yerlşmək məcbüriyyətində qalırdım. daha mənim yaşımda olan‌lar iş‌siz qalanmadıq‌ları üçün, mən də iş fikrinə düşdüm. dərsi qurtarıb - qurtarmaz lap böyük şəhərdə özümə iş tapdım. indi əlim ağzıma çatırdı demək. baxdım gördüm bu böyük şəhərin sorunları lap çox‌umuş. sorunları gördük də maraqlandım.
   Yavaş - yavaş dünyanın sorun‌larına maraq‌landım. dedim bax sən allah dünyada nə qədər çətinlik çəkən var ımış. birlərinin evlərini zorluyurlar, birlərinə zor deyirlər, birləri istə‌dikləri kimi yaşayan‌mırlar. kimsə‌lər fəhlə‌lik də tapanmırlar, fəhlə‌lərin pul‌larını vermirlər, çox‌ları pis gündə yaşayırlar. dünyada hər kəs haq‌lardan danışır, danışan‌ların hamısı güclü dirlər. özlərinin haq‌larını savunmurlar. özgə‌lərin haq‌ların savunurlar.

    Mən dünyanı çox ucalardan görmək isti‌yirdim. ucadan baxdıq‌da bir dağılmış yer gördüm, dedim maraqlanım bir. yaxına çəkdikdə kəndimizi gördüm. inanmalı deyil idi, kənddən kəndlik qalmamış‌dı. evlərin çoxu xaraba, tüt ağac‌ları qurumuşdu. tez atama zəng açdım kəndimizin halını xəbər verib niyə belə olduğunu soruşam.

   Niyə belə olduğunu soruşduq‌da atam bir söz dedi, hər kəs sənə tay yolun tütüb burdan gedib, dalına da baxmadı. çox‌ları fəhlə‌lik axtarmağa getdilər, bir sıraları da elə getdilər xəbərləri gəlmədi.

Dönüb özümə baxıram ;
      Yaşımın yarı‌sı sovşub, ev yoxum‌dur, iş də elə ki var, kəndim də ki xaraba qalıb. dünyanın sorunlarına fikirləşirəm.
    Ahan! kəndin yolunun asfaltı aradan gedib, deyirlər dəyməz asfalt eleməyə, gündə cəmi beş on maşın orda keçir, onlar da gözlmə‌li‌dirlər.
    Yadımdan çıxmamış kəndimizin yanında bir zibil‌xana tikdiyin də deyim, şəhərin zibil‌lərin boşaldıb hər dən yandırırlar.
   Hələ şəhərimdən deyim, yox demirəm deyərlər şəhərçi, kəndçi, bölgə‌çi dir! mən dünya sorunlarının düşünənin biri‌yəm!

No comments:

Post a Comment