Monday, October 18, 2010

Dadı damağımızdan qaçırdan acılar

  Badam, təkcə bayram‌da oynanmaz. badam ağac‌larından badam yığılıb , sındırılıb, girdəkanla(cəvizlə) birlikdə qovrulub ya da qovrulmuyub, bayram günlərində hər zamandan çox evlərin bir çoxunda başqa yemiş‌, çıtırqan‌larla birlikdə qonaq‌ları qonaq‌lamaq üçün qollanılar. badam ayilə‌sindən olan bütün badama bənəzlər bətər sevilən yemiş‌lərdən olarlar. badama tay yemişə‌lərin özəlli‌likləri hərdən acı çıxmaq‌ları olar. acı çıxdığında dadı damağımızda olan hər nəyin dadın qaçırdar.
   Badam‌lardan başqa, çərdkə‌lər də badam yerində işlə‌nərlər. bu çərdək‌lərin dadlı‌sı ərik çərdəyi dir. xalqın ağzında belə bir söz var "ərık yeyəndən sonra köpü almaq üçün çərdəyi yemə‌liyik". xalqın sözünə yedikə‌də çatarsız. ancaq bu çərdək‌lərin arasında acı çıxanı çox olar. çərdək‌lərin acı olub, olmadığını mən yeməmişdən bilmərəm, ona görə də acını yedikdə gözlərimlə ağzımı büzüb, ağzımda olan hərnəyi tüpürə‌rəm. hər nə acı çərdək var söyüb, sonunda özümü də söyərəm . o çərdəyin acılığı adamın ağzından qaçınca xeylək çəkər.
   Təkcə badam‌ların yox, adam‌ların da ıçlərı acı olan‌lar vardır. hər bir kəsin acı‌lığına çatmağa uzun zaman vaqt qoymalı‌yıq. badamın acı‌sı tez adamın yadından çıxır, adamın acı‌sı bilmirəm nə‌qədər çəkir, ancaq uzun zaman adamın yadından çıxmaz. ama çərdəyə tay adamın köpün alar. yadımızdan çıxmış zaman‌lar da yadımıza düşdükdə yenə acıdır. badamın acı‌sı ağıza yapışsa, adamın acı‌sı bütün vucuduna yapışır. bir yerdən getsə, başqa yerlərdə yaşıyır.

No comments:

Post a Comment