Wednesday, March 2, 2011

MƏNƏM DAŞQAPI

    Söz verdi, ürəyində olan sözlərini bir kəs‌lərə çatdıra. bu söz hər kəs danışan söz idi. hər kəs danışan sözü ni‌yə çatdırsın, bilmirdi. söz dediyin, şəhərdə olan daş-qapı‌nı uçutmaq idi.
   Daş‌qapı çoxdanın daş‌-qapı‌sı idi. üstundən illər, günlər keçmişdi. kəçemişdə ötən‌ daş‌-qapı‌ya bir təpik vurub keçmişdi. daş‌qapı laxlamışdı. daş‌qapı‌nı allah saxlamışdı. lax qapı‌dan keçmyəə hər kəs qorxurdu. keçən bir təpik vurub keçirdi. dalına baxırdı. başını oğurluyurdu. boynunu qısırdı. qapı titri‌yirdi. keçən tez mısırdı.
Hər gün qapı‌nın ləxşeh‌l‌iyi çoxalırdı.
  Hər kəs qapı‌dan danışırdı. han-han ıdı xalqın başına yıxıla. daş‌-qapı tərpəndik də şəhər tərpnirdi. hər kəs yırqalanırdı. deyə‌sən qapı‌ şəhərin dirəyi idi. hər kəs bu qapı‌dan qurtulmaq istəyirdi. qapı olmadıq‌da, boyun‌lar qısılıb, gözlər yumulmuyacaydı.
    düşünürdü qapı yıxılsa, şəhərin üstünə yıxılacaydı. yox şəhəri baş əüstə quyluyacaydı. şəhərdə olan‌ları basdıracaydı. bilirdi ancaq deyə‌nmirdi. şəhərin darqaları bir kəs qapı‌dan yana olsaydı, basıb döyərdi‌lər. heç kəs qapı‌dan yana ola bilməzdi. əlbət duranlar da olurdu, ancaq onları da sıxma-boğmaya salırdılar. əllərində hər nələrin alıb qovurdular. hər dən quvlan‌lar, şəhərə qayıtdıqda küçələrdə qalırdılar. o da istərirdi, daş-‌qapı‌dan yana ola. daha doğrusu yanaydı. ancaq istə‌mirdi quvula. qotxurdu boğula.
  Taxma adlarla yana duran‌lar var idi. döyənc, daşlı qaya, qap-qaşıq, şəhər-daşı , qapalı şəhər, dirə‌k, kürə‌k, daş ürək kimi adlar eşidirdi. ancaq bilmirdi kimlərdi .
  Sözün tütmüşd . daş‌qapı olacaqdı. daş‌qapı oldu. hər kəs də bildi bir daş‌qapı var. daş‌qapı olmamışdan da daş‌qapı‌nın olduğunu hər kəs bilirdi. istirdi daş‌qapı‌nın içinə girə, hər gün bir yerində ola.
   Gecə‌lər yuxuda daş-‌qapı olurdu. gələn gedəni görürdü.  daş‌qapı‌nı dağıtmağa döyürdülər. dibini oyub  sü bağlayırdılar.  şəhərdə olan‌ların çoxu daş‌qapı‌nı sevirdi‌lər . sevincdən daş‌qapı‌ya təpilirdi‌lər. daş‌qapı titri‌yirdi. a sevnə‌ləri çox idi. onun üçün ölənləri  görürdü. ölümünə and içirdilər.
   daş‌qapı hərdən daş olmaqdan doyurdu. taxta, dəmir olsaydı, indi‌yə dək yüz yol dəyişilmişdi. bu qədər də şəhərə batmamışdı.
   Hər kəs şəhərdə daş-‌qapı olurdu. şəhərdə qapı‌‌lar doyulurdu. kim olduq‌ları soruşulduqda, qapı dalından səs gəlirdi; aç qapı‌nı, mənəm daş‌qapı.

No comments:

Post a Comment