Saturday, December 11, 2010

şəhərli kəndlilər

şəhərli kəndli‌lər , kəndləri şəhər olan kəndli-şəhərli‌lərə deyilir. belə bir şəhərli‌lər şəhərliyi qazanmaq üçün elə vaqt‌lar olur savaşıb, qan tökürlər. hər nə olsa, yerləri böyüyüb, özünə bulvar, xiyavan, park, bilim‌yurdu, xəstə‌xana, bələdiyyə başqanı və . . . istə‌iyir.
    Şəhərli kəndli‌lər kənd işə‌lərinin bütününü görürlər. bu iş görənələrin içində şəhərli‌lərə tay adam‌lar da var. biri tukan dulandırır, biri devlət işinə girir. birləri də boş-boş gəzib pul tuplamağı bəyə‌nirlər (belə pul qazanmaq indi‌likə‌də kəndlərə də girib) . sümük‌ləri ağırlanan‌lar, ata-babalarından qalan yerləri ( şəhər olduqda metirə düşür, əkin əkmək yerinə bölüb metirini istə‌diyi pula satır ) satıb-sovırırlar. eninə-boyuna xərcl‌iyib səsini gürüldə‌dirlər. şəhərli‌kəndli‌lər başlar içində baş çıxartmağı bəyənirlər. şəhərlər arası hər yarışmaya qatılırlar.
    Özlərini çox bəyə‌nmək‌lərinə baxmayaraq gözləri başqa şəhərlərdə gəzir. daha doğrusu başqa şəhərləri özlərinə örnək götürüb gəlişdirirlər. bilmirlər örnək götürdükə‌ləri şəhər, başqa şəhəri özlərinə örnək götürüb‌.
     Bu şəhərlərin özlərinə məclis vəkil‌ləri olmadıq‌ları üçün gözləri başqa böyük şəhərdən çıxan vəkil‌də olur. hərdən məclisə vəkil yollamaq üçün bütün güc‌lərin vururlar, olmur ki olmur.

No comments:

Post a Comment