Saturday, December 18, 2010

sözcüklər toxunduqları üçün silinirlər

   Bilirsən nə yazacaqsan, başlayırsan yazmağa, bir an görürsən yazıb‌san. lap yaxşı‌da yazıb‌san. bilmirsən nə zaman bu qədər yazdın. dönürsən yeni‌dən oxumağa, yazı‌lar cümlə-cümlə silinir. hər cümlə‌də nəzərivə birinə toxunmaq iyisi gələn cümləni silirsən. sətirdən sətirə silinir. kəlmə-kəlmə silinir. sözcü‌klər toxunduq‌ları üçün silinirlər. heç nə qalmır. təkcə bir başlıq qalır. başlığa baxırsan, o da özüvə toxunub. özüvə toxunduğuvu görmüyə bilərsən, deyirsən olmuya başqaları səni korlamaq üçün yazıb. başlığı da silirsən.
 

No comments:

Post a Comment