Monday, February 28, 2011

bireysəl güvənc

    Uşaqlıq‌dan, bir‌kəs‌ləri özümüzə yaxın bilib, onlara arxalanıb gün keçitmişik. elə o günlərdən, birlərinə güvənməyi öyrənmişik. darda qaldığımız zaman‌lar, onların yardımına inanmışıq.
    Bizə arxa duran‌ların güclərinə dayanaraq, ayağımızın ölçüsünü tapmışıq. boy atıb böyüdükcə, başqalarının güvəncini qazanmağa çalışmışıq. yeni güvənc alanları, özlərilə sorumluluq‌lar da gətirib‌lər. bu sorumluluq‌lar, uşaqlıqdan güvəndiymiz kimsə‌lər ilə qarşı durmağa nədən ola bilir. onda, seçmək zorunda qalarıq. yeni güvənc qaynağı, əsgi güvənc‌lərimizin yaratdığı qadağaları pozmağa görə çəkici olur.
   Yeni güvənc qaynağı yeni olduğu üçün, onu saxlamağa çalışdığımız zaman, keçmişdə güvənən‌lərimizdən uzaq‌laşırıq. belin bağlanan yeni arxa‌‌daş‌ların nə qədər bərk olduğunu çətin‌li‌yə düşən çağ‌larda anlayırsan.
    Güvəndik‌lərimizi dəyişməyə alışırıq. güvəncimizi əldən verdi‌gimiz dönələrin hər birində,  yeni öyrəndik‌lərimiz olur.
     Yavaş-yavaş öyrə‌nir‌ik özümüzdən sonra kimsəyə güvə‌nməyək. daha bir sözə yetiririk; ilk güvəndik‌lərimiz  kimsələr sonra güvəndiyimiz hər kəsdən çox güvənmə‌li imişlər. toplum‌da hər kəsə güvə‌nməməyimizi öyrənirik. biz güvə‌nmə‌d‌iyimizdə başqaları da bizə güvənmirlər. güvənc olmayan yerdə hər yer uçuruma dönüşür.

No comments:

Post a Comment