Friday, February 4, 2011

KİTABIN YAYIN SORUNLARI

  
   Bir kitabı, yazıb ona yaymaq izni alıb, basdırıb, yaydırıb pul‌ların qaytarmaq (basın‌la yayın pul‌ları) çox çətin dir. biri bu işləri görüb əlibaş çıxsa börkünü göyə atmalı dır. kitabın dili türkcə olduqda, ıranda olan durum‌la asılı, sorunlar neçə qat artır.

   Sorunların başında, dilimizin devləti oxunulmaması durur. devləti dil olmadığına görə devlətə bağlı eyitim mərkəzlərində oxunulmur. bütün dərs‌oxuyan‌lar, türkcəni öyrənmək zorunda qalmırlar.

    Farsı öyrənmək zorunda qalanlar, 3 dövrə‌li oxumaq dönmə‌lərini bitirdik‌də, türkcə‌ni öyrənmirlər. türkcəni öyrənənələr könüllü öyrə‌nmirlər. könüllü öyrə‌nməyə neçə qat artıq vaqt qoymalı olurlar. könüllü öyrənənlərin say‌ları çox olsa da, toplumun bütünlüyülə tutuşduranda az olurlar. ikinci sürün elə ondan asılı olur. Türkcə‌ni bilib oxuyan az olur.

  Üçüncü sorun, yaymaq izni istə‌diymiz‌kimi almamaq dır. kitabın içi necə olmaq pülçüyi qalsın qıraqda, yazı ‌qaydalarının pülçükləri yazarı yorur. bu da fars‌‌dililə türk dilində ünlü‌lərin fərqli‌yinə qayıdır. fars‌larda ünlü‌lərin yazılmaması‌nın sorunu, türkcə‌dən az olur. devləti eyitim bir modəl yazıldığından hər kəs elə yazmaq zorunda qalır.

    Dördüncü sorun, yazarın bütün iş‌lərin dalısıca qaçmağı‌dır. yazıb, tayp edir. əlindən gəlsə qabığın  özü düzənləyir. yaymağına da pülü cibindən qoyur. yaymaq yeri ilə özü danışır. basdırılan kitab‌ları özü çiyininə ‌alıb şəhərlərə daşıyır.

   Beşinci sorun, kitabı yayıb yolla‌dığından sonra, pulların qayıtmağı dır. kitab‌ların dəyə‌ri qədər pul‌ları almağa xərclə‌‌məli dirlər. ikinci kitabı, sırada olsa yazıb, yaymağından peşman‌layır. sonunda da hər kitabı yazıb, yaymağına cibindən bir ilinin artırdığını qoymalı olur (yan‌-yövrə‌nin qaxıncı‌ yaddan çıxarmayaq).

  yuxarıdaki sorun‌ların nədəni‌ ilə, ömürlərində bir cild kitab oxumuyan‌lar, toplumun örnək‌ləri olurlar. pul‌qazanmaqdan sonra heç nəyə vaqt qoymadıq‌larından, hər nəyi pul‌la alırlar. yeri gəldi‌yində bilmədiyi qonularda onların adına kitab‌lar yazılır.

No comments:

Post a Comment