Saturday, November 13, 2010

Alım Qasımof Xoyda

   Keçən yetdi‌günündə xoyunan urmuda təbrizli şəmsin ağırlama törəni keçirildi. belə bir törənələrin qurulmağının dəyərləndirmək istə‌mirəm. ancaq xoy‌ şəhərinə etgi‌sini buraxmışdı. şəhər canlanmışdı. heç olmasa törə‌nin çevrə‌sində danışıq‌lar şəhərin gündminə gəlmişdi.

   Törə‌nin son gününə ( qapatma gününə ) fars oxuyan şəhram nazırını çağırmışdılar. onun oxumağına təbrizli şəmsin məzarında yer vermişdilər. şəmsin türbəti açıq yer olduğuna görə hər kəs ora gələ bilərdi. daha doğrusu törə‌ni dulandıran‌lar hər kəsin ondan faydalanmağını ayarlamışdılar. şəhram nazırının o gün çıxış elə‌məyə neçə gün öncə‌dən bütün yayın bacalarından yayılırdı. bu iş doğal iş idi.
  Çərşəmbə günü axşam üstü böyük parçalarda azərbaycanın adlım oxuyanı ( Alim Qasımov ) cuma axşamı xoyun səmin hotelinin talarında konsert olacağını bilindirdilər. bu konsertə kimə‌lər qatıla bilə‌ckələrini bildirmhəmişdilər. bu ki Alim xoya gəlib, bir konsert verə‌cək‌di sevindiricidi. ancaq bu ki Alimi şəms adına çağırmışdılar, şəmsin törəni qapanandan sonra konsert verəcək‌idi,  bir böyük oxuyanı dəyərsizləndirməyin görsə‌dirdi.

  Bir yandan da Alimin konsertinə hər kəs qatıla bilməzdi( bir sıra adam‌lara çağırış verilmişdi ), Alimi bəyə‌nən‌lər ( vurqunları ) necə olmalı olsaydı, Alimin konsertini əldən verməzdilər. Alimin xoyda olduğu gec yayıldığına görə hər kəs bilənmə‌di. bilsəydilər nə edə bilərlərdi bilmirəm. heç bir yerdə bilit satılmırdı.

  Buna baxmayaraq konsert günü 2000 adama yaxın Alimi dinləməyə getdilər, qalabalıq olduğuna görə, gedənlərin qabağın alanmadılar, 700ـə yaxın ayaq üstə Alimi dinlə‌dilər ( oturmağa yer yox idi ). hər necəydi Alim oxudu, dinləyən‌ləri dinlə‌dilər.

Doğrusu Alimin olmağını xoyun özəl sayt‌ları yaymamış‌dılar!

No comments:

Post a Comment