Tuesday, November 16, 2010

geniş baxmalıyıq

   Yan-yövrə‌mizdə olub-keçən bütün olay‌lar, varlıq‌lar, nəsnə‌lər və başqaları çeşitli açılardan baxılır. hərkəs gördüyünə inanıb, onları açıq‌lamaqda ınadıq‌larına dirənib, bir addım dalı çəkilmir. belə bir görüş‌lərin üstə‌lərində sərt dayanmaq son on‌illikə‌lərdə çox azalıb. dünyada başqa görüşdə olan‌ları da görmək‌ istəyən‌lər çoxalıb. hər nəyə ağ-qara baxmaqdan dünya uzaq‌laşmağa çalışır. əlbət bu uzaq‌laşmaq inanc‌larından uzaq‌laşmaq demək‌ deyil. başqa yönləri nəzərə alaraq öz gördükləri açını yaymağa çalışırlar.
 
    Bu sürəc fikir yaranan yerlərdə olub, ancaq üçüncü dünyanın fikri alanlara gec qatılmaq‌larından ötrü, sorunların üstündə çevrə‌li baxmaq‌lar da az olub. daha doğrusu çevrə‌li baxmayan‌lar az olub‌lar. ona görə də hər kəs başqası‌nı onun görüşündə olmadıqda ınsan‌lıq duşmanı‌ kimi o adama toxunub.
 
   Ağ-qara görüşlər dalı‌sı tutulub. geniş baxmaq sözü ortaya gəlsə‌ də beyin‌lərin geniş baxmaq ölçüləri olmuyub.

No comments:

Post a Comment