Friday, December 24, 2010

urmu gölünü hər zaman ağlamaq olar

   Bu ki urmu gölü ni‌yə bü‌ günə qalıb. hər kəs bilir!! sizcə bilmir? hər kəsdən soruşduqda nədən‌ləri bir-bir anladır. hər kəs deyir deyirlər "körpüdən, sədlərdən, quraq‌lıq‌dan, gözə‌lərin dolmağından və bir bollu bunlara tay nədən‌lərdən dir". nədənləri sanasalar da,  bu sürəcin necə qabağın almağını deyən yoxdur.
    Bu arada araşdıran‌lar da olub(babal deyənlərin boynuna). nə araşdırıb‌lar mən bilmirəm. ancaq deyirlər araşdırıb‌lar. özaramızdı gölün yan-yövrə şəhərlərində olan‌lar necə ilgi‌lənirlər bilmirəm. danışırlar, danışmağını ancaq nə qədər ciddi olmağını mənimsəyə bilə‌lər bəlli deyil.


   Bəlkə indi‌lik‌də onlar üçün sorun‌lar başlanmaya, gələ‌cək‌də necə olmağını başa düşmək olar. urmu gölünə bu gün ağlamaq gərək‌li dir. ancaq bu ağlamağımızı saxlayaq gölü quylayandan sonraya. hər zaman ona yas saxlayıb , ağlaya bilərik. indilik dava-dərmana fikirləşmə‌li‌yik.
                                                              

  Görək bizim əlimizdən ağlamaq‌dan sevay nə gəlirki elə‌mirik?! görəsən bu gölə çara varmı?! arazdan pay alaq, yoxsa öz çay‌larını qaytaraq. bəlkə də gölə bir örtü örtək, suyu bundan artıq buxarlanmasın. deyirsiz duzunu azaldaq, şorluğu azalsın, tez qurumasın.

No comments:

Post a Comment