Sunday, February 6, 2011

NİFRƏT

    Nifrət (Disgust) doğuran adam‌ların fəzasına girmək, ınsanı nifrətə sürüklüyür. nifrətə sürük‌lənmə‌kdən qurtulmaq üçün, nifrət doğurulan fəzalardan uzaq gəzməliyik. nifrət doğuran‌lar, analarının qarın‌larından nifrəti özlərilə bu dünyaya gətirməyiblər. dünyada yaşadıq‌ları sür‌əcdə nifrət onlarda canlanıb. nifrətin canlanmağı, insanın ruhu boşluq‌larından yarana bilər.
 
     Toplumda alınmamaq‌lar, gözlə‌nilən yerlərdə olmamaq‌lar, nifrətin yaranmaq nədən‌ləri ola bilərlər. kimsə‌lər olduqları yerlərinin gərçək görmədik‌ləri üçün onlar düşündük‌ləri yerlərdə duran‌lardan nifrət‌lə‌nərlər.
 
    İnsan‌larda nifrət yarandıq‌da, bütün yetə‌nək‌ləri nifrəti yaşatmağa yönlə‌nilir. belə bir kimsələrin beyin‌lərində, pozmaqdan sonra heç bir şey yer almır. bir iş görsə‌lər də pozmaqdan ötrü görərlər. bu adam‌lar özəlüklərində sorun olmasalar da, topluma yansadıq‌larında toplumu nifrətə doğru yönəldə bilərlər. bunların qarşılarında duran adam‌lar isə istər-istə‌məz nifrətə dolarlar. birdən görərsən, nifrət toplumun bürüyüb.
 
      Nifrtdən qaçmaq, nifrət‌doğuran kimsə‌lərin çevrə‌lərindən uzaq‌laşmaq dır. nifrəti doğuran‌lar, ilk baxışda nifrət‌li görünməzlər. daha doğrusu nifrət‌li belə davranmazlar. yaxın‌laşdıq‌da nifrət‌lərini başqalarının başına qusarlar. nifrət qoxusundan qurtulmağa, bir ömür qusl gərə‌kər.

No comments:

Post a Comment