Tuesday, February 8, 2011

ƏBƏLƏRİMİZDƏN BALA QOL QAPILARI YARATDIQ

    "Əbəqola" adında oyunu uşaqlıq‌da Xoy-da oynayardım. uşaq oyun‌larının çeşitli‌liyi hər oyunu öyrənib yaxşı oynamağına təkin olardı. bölgədə oynanan oyunların hamısını oynayardıq. uşaqlar özləri oynayardı, kimsələr oynatmazdılar! eyitim toplumun içindəydi.

     Oyun‌lar durum‌lardan(isti-soyuq-yay-yaz..) asılı fərqli olardı. oyun‌ların çoxuna açıq alan gərkli idi. bir sıra oyun‌larda "ƏBƏ" adını görə bilirik. gizlən-panç oyununda da "əbə", gözlərini yummaq yerini bəlli eləyir. gizlə‌nə‌nlərin hər birini gördükdə əbə şübə‌lə‌nmə‌li‌ idi.
    Əbəyə yaxın sözcük oba(ulusal termin olaraq azərbaycanlılara təriflənməyib)  qulağınıza tanış olmalı dır. əbə ilə oba bir kəsin özünə qurduğu yuva deyilir. əbə oyun üçün yiyələnə yuva, oba isə gündəki yaşamda yurdlarda qurulub yiyələnən yuva dır(ev ilə evcik kimi). əbə ilə oba dan yiyə‌lənməsək başqaları onları yiyə‌lənə bilərlər. əbə‌siz qalan kimsə‌lər əbə tapanacaq qola dalısıcan qaçmalı‌dır‌lar. qolaya başqaları gücləri çatana qədər zıplayarlardılar. yaxın‌laşdırıb ana əbəyə salmağı qalsın, qıraqda özünə bir əbə baş‌bağlamağa bir gün çərləmə‌li idi. allah heç kəsi yurd dalısıca çərlət‌m‌əsin!
     Uşaqlıq‌da öyrənd‌iyimiz oyun‌ları, daldan gələn uşaq‌lara çatdırmadan yadırqadıq. bütün yurdlarımızı alıb əbə‌lərimizi doldurdular. yaxşı baxdıqda yadırqamaq‌lar birdən birə oldu. heç kəs bilmə‌di necə oldu. əbə‌lərin yerinə neçə‌qat naylon top‌larla bala qol‌lar(miniqapılar)  gəldi‌lər. kiçi, böyük, hər kəs top dalısıca qaçırdı, ayağı tutub-tutmayan şürt‌lüyürdü.
      Azərbaycan uşaq oyun‌ların bir sırasının çəkici‌l‌iyi büyün dünyalaşmış oyun‌lardan çoxudu. düşünürəm yadırqamış‌larımızı qaytarmaq üçün, bir nəsl çərlə‌mək də yetməz. bəlkə bizdən qalan oyun‌lar bir gün bizdən hüşlü-başlı olan toplum‌ların tərəfində yeni‌dən yarandı.

No comments:

Post a Comment