Wednesday, February 9, 2011

TOPLUM EYİTİMİ

   Eyitimi‌ni sağlayan toplum, sonrakı nəsillərin çaşmağından qorxmaz. bir toplumun eyitim sağlamasında toplumda olan hər kəsin payı olmalı dır. toplumda olan‌lar milli varlıq‌larını yiyələ‌nirlər. toplum çeşitli insan‌lardan oluşduğundan, bütün qonularla maraq‌lanan‌lar olur. bu seçimdə heç bir zor olmur. uşaq‌lar da toplumun axını‌la yetişdirilirlər. uşaqlar yetişənə dək dəbləri(ənənə- gələnək) öyrənirlər.
 
     Toplum özü-özünü yetişdirdikdə başqa millət‌lə də özünü tütüşdürür. yaxşı‌larını seçir, yavalarını(kötülərini) buraxır. belə tutuşdurmalar dünyanın dəngəli gedişində olur. dəngələr pozulduqda, toplumlar qurbanlıq olarlar.
 
     Toplum‌ların aralarında fərqliklər çox olduqda(başqa toplumların gəlişmələri qabardırıldıqda), bir sıra toplum‌lar başqa toplum‌lara düşgün‌ləşirlər. bir sıra kültürlər dünyalaşırlar(golobalizate). dünyalaşmış eyitim sistemlərin(International Education) oluşdururlar. düşgün‌ləşmək toplum‌ların aydın‌larından başlanır. düşgün‌ləşmiş toplum, düşgünü olduğu toplum, ya da toplum‌ların bütün dəb‌lə, varlıq‌larını mənimsə‌məyə başlayır. mənimsənilən varlıq‌ları yaymaq üçün fərqli eyitim‌ləri gərkli ‌görənlər, yeni yaratma eyitim‌lərini toplum‌larına sağlayanacan, örnək toplum‌lar, özələrini dəyişdirirlər. aydın‌lar da özlərini örnək toplumlara yetişdirənmirlər.
 
    Keçmişdə‌ki eyitim‌lər (toplum öz dəyərlərini başqa nəsillərə toplum içində çatdırmağı ) heç bir pül xərclənilmə‌dən yaşam sürə‌sində yetənəkli irəliləyirdi. başqa təhər yönətmək istə‌yən‌lər toplumun iç eyitiminə yügürürlər. əl‌lərindən gələn, keçmişdə qalan bütün dəb‌ləri, milli varlıq‌ları pozub yerinə irəliləmiş toplum‌ların varlıq‌larını yerləşdirirlər. toplum‌ların fərqli‌ yerləşim‌ yerləri olduqları üçün heç zaman başqaların varlıq‌ları yerinə oturmurlar.
 
Başqaları irəlilədikcə biz özümüzdə yerlə‌şməyə çalışırıq. itirdik‌lə qazandıq‌larımız ödəşmirlər.

No comments:

Post a Comment