Sunday, February 13, 2011

VALENTAYN DÜNYALAŞMIŞ SEVGİLİLƏR GÜNÜ

   Fevralın on‌dördü, valentayn adlanan dünyada sevgi‌lilər günü, dünyalıq şənlik günü olaraq qutlanılır. dəyərlərin dəyişilmə‌si, keçmişdə yaşanan yasaq dəb‌lərin simbolik gününü, gündəmimizdə bayram kimi ortaya gətirir.

    Sevgiyə qarşı‌ durmaq hər zaman yaşasa da, xoş alınmayıb. toplum‌ların çoxunda belə sevgi‌lərə qaçaq yolu tapılıb. bu sevgi‌lərlə sərt davranmaq‌ların inanılmazları osturəyə çevrilib‌lər. qarşı‌durmalara təpgi‌göstərmək üçün günlərin birini simbolik olaraq abartmaq gözəl iş dir.

    Azərbaycan‌da Aslı-Kərəm çoxdan yaşayır. çoxdan dedik, Aslı-Kərəm də insan yaşayışının ilk günlərinə qayıda bilər. ancaq zaman sürə‌sində toplumun inanc‌larını  öz içinə alıb( artıq bilgi‌ni Mir Əli Seyidsəlamət-in Aslı-Kərəmi açıq‌ladığı kitab‌dan oxuya bilərsiz). başqa millət‌lərin də arasında belə yanaşmalar çox olub.

    Valentayn gününü dünyalaşdıran xırıstıyan‌ların gücü olub‌dır. dünyaşlaşmağına qarşig‌ələn deyilik. bu gündə xırıstı‌yan‌ların keşiş‌ləri sevgi‌li‌ləri bir-birinə qovuşdurmaqda suçlanır. yasaq olunmuş evli‌lik‌lərə qarşı gəlir. əlbət bu yasaq‌lanmaq insanın təbiətinə qarşı yasaq‌lanmaq dır. Azərbaycan toplumunda belə yasaq‌lanmaq olmuyub.

     Dünyalaşmış günləri qut‌lamağa qarşı gəlmək xoş deyil, ancaq dünyalaşmış günlər özümüzə ayid olan  miflərimizi yadırqatdırır. yadımzdan çıxmasın Aslı-Kərəm Azərbaycan ayın‌düşüncəsi‌nin(Mythycal Thought) açarlarından biri dir.

     Xatırlatmalı‌yam; sonayı ( Nasir Mənzuri Avava rumanında təsvirə çəkib) sevgi‌li‌lər günün yerinə işlətməyi vurğulayan‌lar olur. vurğulayan‌lar, sonayı əbədi sevgi‌lənmək, tikralanan sevgi nəzərdə almalı‌dırlar. yanı valentayn‌-la bir tutmamalı‌dırlar.

      Biz bu tikrarlanmağı Aslı‌la Kərəmdə də görə bilirik. onların yanmağından gül‌lər açılıb, böyüyür. yeni‌dən birbirlərinə çatmaq istə‌yəndə yanırlar. əbədi tıkrarlanır. bu da, azərbaycanın ayındüşüncəsinin özəlliklərindən biri sayılır.

No comments:

Post a Comment