Saturday, February 26, 2011

DUMANLI TƏBRİZ

" Dumanlı Təbriz ", Məhəmməd Səid Ordubadı -nın ölüm‌süz rumanının adı dır. təbrizə dumanlı təbrizdən sonra başqa ad yaraşır mı?  heç zaman duman təbrizin başından çəkilməyib, təkcə azalıb-çoxalıb.

Bu günlər, iranın devlət ‌telvizyasının birinci tele ‌kanalında " təbriz dər meh " adında bir dizi yayılır(ekran edilir). dumanlı təbrizi, "təbriz meh ‌alud" adına farscaya çeviribi‌lər. mən görən sekans‌larda qacarlar özəl‌likə‌lə Abbas Mirza təsvirə çəkilib. Azərbaycan rus‌larla savaşmağa yadaq‌lanır.

   Sekans‌lar Azərbaycanda(təbrizdə) azərbaycanlı‌ların arasında keçsə də, danışıq‌ların bütünlüyü farscadır. farsca olduğundan karakterlərə yanaşmaq farsca olub(elə bil azərbaycanlılar utana-utana farsı danışırlar, yanlış duyulmasın bu utanc farslardan utanmaq dır, dillərini düz danışılmadıqları üçün). yönətmən azərbaycanlı‌ların azərbaycan toplumunda davranış‌ların araşdırmayıb. Abbas ‌Mırza, azərbaycanlı, türk göstərilə‌rək türk karakterin özəl‌lik‌lərini daşı‌mır.

    Keçn il, "Şəhriyar"-a çəkilən dizi‌də də Şəhriyarı, istə‌dik‌ləri kimi göstərmişdi‌lər. Şəhriyar, fars‌lara şeir demişdi. şeirlərindən onu təsvirə çəkmə‌li‌dirlər. amma çəkməmişdi‌lər. Azərbaycanı istə‌diyimiz kimi filmə‌lərdə(kinolarda) izləməyə həsrət qalmışıq.

    Savet‌lər devri azərbaycan respublikasında Azərbaycan kinoları(filmləri) çəkilib. o film‌lərin indi də, baxıldıqda gözl‌lik‌ləri üzə çarpır. nə qədər baxsan genə baxmaq üçün maraqlanır‌san(elə ona görə də bütün azərbaycanın bütün telekanalları iki də bir onları yayır!).

     O gözəl film‌lər də azərbaycanı bir özəl görüş açısından(sol görüşü filmlərə yansıdılıb) təsvirə çəkdik‌ləri üçün azərbaycan fəzasını olduğu kimi göstərənməyiblər. bulanmağına baxmayaraq onlar hələ də əl çatılmazdılar.
    Gözlərimiz dumanlı təbrizdə azərbaycanı mənimsə‌dən yönətmə‌ni axtaracaq.

No comments:

Post a Comment