Saturday, February 26, 2011

XALQ DÜZ DANIŞIR

    Biraz dildən başları çıxan‌lar(daha doğrusu özləri özlərinin baş‌ları çıxmağına inananlar) dilin necə işlənməyinə kəsin höküm verirlər. bunların bir çox‌ları sözlərini qanıt‌lamağa, keçmişdə yazılan kitab‌lardan yararlanırlar(filologiya). belə yararlanmaq sünnəti, dilə yanaşan‌ların obrazı dır. onların oxuduq‌ları kitab‌lardan eşiyə hər nəyi yalnış bilirlər.

      Onlar əllərinə bir kəsər(qeyçi) alıb, dilin obaş-bubaşını yontuyub tər-təmiz dil ortaya qoyurlar(azarkeş, təşəbbus, ihatə dayirəsindən xarıc, sərbəst, nuşabə və bir bollu bunlara tay uydurulmuş sözlər). ütülənmiş dil ortada olduqda gördük‌ləri iş‌lərdən belə fəxrlənirlər.
  
   Ortamı da elə götürürlər hər kəs onlara tay düşünmə‌sə, xalqın dilinin düşmani tanınıla. xalq dili deyib, bu dili aşağılayan‌lar yaratdıq‌ları qisir dil formalarını topluma çatdırırlar. yeni bir sözcüyə gərək olursa, qol‌larını çırmalayıb, yeni sözcüyü ütülü çıxarırlar(sözcüklərin ütüləri baş kəsir). dili ütülüyən‌lərə ütülənən hər bir nəyin xabı getməyini vurğulamalı‌yam. xabı getmək ( köhnə‌lib, ütülə‌dikdə şax duranmayan nəsnə ).

    Bir dildə danışan‌lar, çeşitli yerlərdə, çeşitli ağızlarınan danışırlar. bu ağızlarda yaranan sözcük‌lər, dilin doğulucuğu sayılmalı dır. xalq içində yaranan sözləri görmüyənlər xalqın danışığına pülçük quşmamalı‌ dırlar. onlar bilmə‌li‌dirlər; xalq düz danışır.

No comments:

Post a Comment