Saturday, February 26, 2011

DİL VARLIĞI 1

    Dili insan‌ların ilgi‌lənmək aracı tanı‌ıyrlar. bu günkü dünyada, siyasət‌çi‌lərin dilə görüş‌ləri hakim dil‌lərin ortaqlığında dünyalıq bir ortamı qurub, ilgi‌lənməyi sağlamaq‌ dır. bu görüş‌ləri rəsmi danışıq‌da dilə gətirmə‌sə‌lər də, qeyr rəsmi yerlərdə onların ağzından deyilib, iqdam olunur.

   Dilə yanaşmalar, elmi adam‌larının arasında fərqli olur. toplum bilim uzman‌ları, pesixoloji uzman‌ları, dilçi‌lər, filsof‌lar, yazarlar, şairlər və bir çox başqa uzman‌lar özlərinə özəl yanaşmaları vardır. hər bir özəl yanaşma alanının, çox çeşitli yanaşmaları olur. elmi yanaşan‌lar, dilin necə yönlənməyinə höküm verənmirlər. onlar təkcə dili öz görüş‌lərilə açıq‌layırlar.

    Dilin yönləndirəməyi siyasət‌çi‌lərin əli ilə olur. dil‌lərin necə yönlənməkləri, onların seçdiyi siyasi görüş‌ləridən asılı olaraq fərqli olur. bu yanaşmalardan neçə‌sini sizlə birlikdə gözdən keçirirəm.
     Komonist ‌ölkə‌lərin hakim‌lərı, görüş‌lərinin alt yapısını iqtisad tutaraq, böyük dəyişik‌liklərin nədənini ekonomi biliblər. iqtisadla birlikdə xalq‌ları savunduq‌ları iddialarına görə xalq‌ların dil, kültürlərinə sayğı‌lı olduq‌larını göstrəməyə çalışırdılar. bu çalışmalarda uzun sürə‌li siyasətlərində xalq‌ları bir ana xalqın(hakim xalqın) çevrə‌sində birləşdirəməyi sürdürürdülər(qardaş xalqların ortaq dilləri olamalı idi o da hakim xalqın dili olacaq, niyə ki ortada olduqları üçün bütün xalqlar bü dillə tanışlıqları başqa dillərdən çox dır). belə davranmada birləşdirmə təkcə iqtisadda olduğuna görə başqa yönlərdə qabarılmırdı.

   Libral dəmokurat ölkə‌lərinin hakimləri görüşə‌lərində olduqca diqqətli dirlər. basqı‌ları üzə çıxartmırlar. ancaq onlarda da bir dil hakim olur. hakim olan dili də hər kəs öyrənmə‌li olur . ancaq onlarda bütün dil‌lərini istə‌yən‌lər dilə‌lərini qorumaq imkanı verilir. onlar öz dil‌lərini hakimli‌yni yayın‌larda ( filim, dərgi, kitab, tiyatr, müsiqi‌ ) sağlayırlar.

    Bu iki görüş‌dən sonrakı görüş‌lər, faşıstı görüş‌lər olurlar. bu ölkə‌lərdə üstün soydan olmağı çığırırlar. bu çığırışdan utanc yox fəxr eləyirlər. güc‌ləri çatan‌ları silməyə çalışırlar. bu görüş‌lər tarixin binövrə‌sini quran olub. son yüz illərdə bütün böyük savaş‌lar elə bu görüşə dayanaraq olub.
   İkinci dünya savaşından sonra belə düşüncə‌lərin aydın‌ca deyilmə‌si gəlişmiş ölkə‌lərdə aradan gedib. ancaq bu görüş‌lər üçüncü dünya adlanan ölkə‌lərə bir siyasi görüş olaraq yansıdıqdan sonra, indi də var yaşayır. əlbət üçüncü dünya ölkə‌lərində bu görüş‌ləri yaşadan‌lar gəlişmiş ölkə‌lərin adam‌ları olub(uydurduqları yazılarla millətləri bir-birinin canına salıblar).

   Müstəşriq adlanan bütün avrupalı‌lar, bilim adamı yox, bəlkə politik adam‌ları olublar. ona görə də çizdik‌ləri hər bir çizik, millət‌lərin düşmənliyinə nədən olub.

    Artırmalı‌yam, üçüncü dünya ölkə‌lərinin bütün görüşlər‌də olan siyasətçi‌ləri ( komonist, socalst , libral dəmokurat, dinçi ) ilk şüvünist olub sonra başqa görüşə yönlirlər.

    Bu günkü dünyada dillərin yaşamağı, rəsmi olmadıq‌‌da çətin‌lə‌şir. üstlərinə basqı olduqda ölümə gedirlər. bütün dillər rəsmi olmadığı sürəcdə, zaman boyu ölməyə irəliləyəcəklər. bu irə‌li‌lə‌məyin qarşısını almaq, o dildə doğulub , yaşayan‌ların boynuna dır .

    Yuxarıda dediyim kimi, dil‌lərin ölməyinə səbəb olan‌ yanaşmalar, siyasal yanaşmalar dır. qudrətə çalışdıq‌ları üçün, dildən də güc simgə‌si olaraq faydalanırlar.

No comments:

Post a Comment