Sunday, February 27, 2011

DİL VARLIĞI 3

      Dil, ilgi‌‌ni sağlayan arac ‌dır. insanda dilin yaranıb, gəlişməsi‌nin haçandan başlandığını dəqiq‌cə‌sinə bəlirlə‌də bilməyib‌lər. insanın dilinin keçmişini araşdırmaq üçün, əsgi‌dən qalan yazılı (şəkil, xət, cızıq, simbol və . . . ‌ ) abidə‌lərdən yararlanırlar.

   Yazılan abidə‌lərdən neçə‌si zamanın həcməsindən qurtulub qalmağını heç kəs bəlirl‌‌əyənmiyib. zaman sürəsində quylanıblar.
     Abidə deyilən tapıntı‌ların neçəsinə inana bild‌iyimizi indi‌likdə bir kəs deyə bilmir. ancaq indiki dünyada keçmişdən qalan abidə‌lərə, yüksək dəyər verirlər. yazılı löhə‌lərin qundarma olub-olmadığının indilikdə bəlirlənsə də, hər kəsə qanıt‌lanmır. millət‌lərin dil‌, tarix‌, kimliklərini bilindirən‌lərin siyasal görüş‌lərini nəzərə alsaq, onların əldə etdikləri hər nəyə şübhə‌li yanaşmalı‌yıq.

    Onların sonuc‌larını,  dil‌lərin indiki durum‌ları etgiləndirə bilər. dil‌lərin son iki yüzildə teknoloji gəlişmhəsinə yanaşmağı nəzərə almasaq ( teknoloji gəlişmə‌sində dil‌lərə yerlə‌şən sözlər qondarma sözlər olub.) dil‌lərin quruluşunun uzaq-yaxın keçmişini bəlirləyə bilə‌lərik.

     Dilin kültür daşıma rolunu nəzərə alsaq, bir dilin o kültürə ayid özə‌l‌lik‌lərini görəmə‌li‌yik. bu özəl‌lik dünya görüş‌, inanc‌, doğaya yanaşmaq, kütləvi yaradıcılq‌ və dəb‌lərini özündə daşı‌malı‌dır. özəl‌liklərin zaman sürəsində başqa kültürlərdən etgi‌lənmə‌si də özünü dildə yansıdır.

   Dilin önəmi dünyada, adını bir millətə verhəbiləcək qədər yuxarı dır. bir çox ölkə‌lə‌rin adları, oralarda yaşan toplumun dili‌lə adlanıb. dünyada 3000-6000 arası dilin olduğunu bildirirlər. lap çox dil bilənlər, 10-yirmi dildən artıq bilənməzlər. bu dillərin içində barmaq‌sayı dil‌lər ortaq dil ola bilirlər. zaman sürə‌sində hər bir ana dilin içində olan ağızlardan yeni dillər yaranırlar.
    dil‌lərin içində ölənləri də olur. keçmişdə‌ki dil‌lərin içində Sumer, Elam dil‌ləri ölüb‌lər(onlarda danışan kimsələr qalmayıb). sümerlərin özəl‌lik‌lərini biz bölgədə olan dillərdə görə bilirik. ancaq bu dil‌lərdə danışan‌lar olmadıq‌larına görə ölü dil sayılırlar.

     Bir sıra dil‌lərin ölməyilə birlikdə, başqa dillər doğulurlar. bu dillər neçə dilin ortaqlığıla yaranırlar(pidgin). hər dildən də bir sıra özəl‌likə‌ləri qazanırlar. belənçi dilələr, ana dilinə çevrildikdə, yeni dil yaranır(kriyol). bu dil yeni olduğu üçün , özünə özəl dünya görüşü də olmur. başqaların dünya görüş‌lərini mənimsəməyə başlayırlar. belə dil‌lər, devltəi dil olduğunda, yaşamaq imkanı tapırlar. ancaq belə bir dildə, hər nə qondarma olur.

    ana dil‌lərin keçmişi dil‌lərin içində dir. dil‌lər yazılıb, yazılmadığına baxmayaraq, xalqın içində işlə‌nilən dil, dilin keçmişindən xəbər verir. dil‌lərin birbirlərindən etgi‌lənməyin nəzərə alsaq, ana dillərin içində özləşmiş başqa dil‌lərə ayid özəl‌likə‌ləri də görə bilə‌rik. belə bir dil‌lər gələnlərə donlarını geyindirirlər.

    Azərbaycanda olan türk dili, ana dil‌lərdən olduğu üçün, keçmişini dilin özündə saxlaya bilib. başqa dilləri etgi‌ləyib, etgi‌lənib . bu dildə yazılan bəlgə‌lərin çoxu indi‌likdə gözlərdən itirilsə də, bu dil öz içində, milləti‌nin keçmişini saxlayıb. bu dil-‌lə duruşan‌lar bunu başa düşənməyib‌lər.

     Türkcəmiz basqı‌lara baxmayaraq, bölgəyə yansı‌yan kültür varlıq‌larını (bayram, çərşəmbə‌lər, bərkət‌lərin sufrası, qış, çillə, çilləgecə‌si, sonay, sürgün və . . . ) son yüz il‌lərə kimi saxlayıb. nə qədər dünyada başqaları zorlasalarda, hələ də dil kimli‌yin bütün yükünü təklik‌də daşı‌yır. bu dil təkcə azərbaycan yox, bölgə‌də olan‌ başqa xalq‌ların mə`nəvi mirası sayılır.
     Bu dili qorumaq, hər millətdən çox, azərbaycanlı‌ların görəvi ‌dir. ancaq başqa millət‌lər də , kimlik‌lərinin bir parçalarını bu dildən aldıq‌ları üçün, bu dili qorumalı‌ dırlar .

No comments:

Post a Comment